Məhkəmə qərarları › İş №e-2(025)-683/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-683/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-683/2025 08.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 15 fevral 1955-ci ildə Qəbələ rayonunun Aydınqışlaq kəndində anadan olub X12 və X2 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, 15 avqust 1982-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Aydınqışlaq kəndində anadan olub X10 və X1 törəmişdir. X10 xx.xx.1955-ci il tarixdə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X5 doğum haqqında akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X5 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X11 izahatında göstərmişdir ki, o, 12 iyul 1963-cü ildə Ağdaş rayonu, Aydınqışlaq kəndində anadan olub X12 və X2 törəmişdir. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X10 da X12 və X2 törəmişdir və onun doğma qardaşıdır. İşdə olan AZ 462354 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən X11 12 iyul 1963-cü ildə Ağdaş rayonu, Aydınqışlaq kəndində anadan olub X10 və X1 törəmişdir. İşdə olan AZ-İİ 391489 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X10 10 fevral 2024-cü ildə ölmüşdür. İşdə olan Vİİİ-ЖГ 450751 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən 15 avqust 1982-ci il tarixdə Qutqaşen rayonunda anadan olmuş Hacıyev X7 Rəşid Abbas oğlu və X1 törəmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli 3-16-5/8-13- 692/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X5 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Aydınqışlaq kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-51/2-115-2025 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü X10 vəfat etdiyi xx.xx.2024-cü il tarixinədək Qəbələ rayon Aydınqışlaq kəndində qeydiyyatda olmuş, həmin ünvanda yaşamış və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan İİ-ЖГ 383913 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1955-ci il tarixdə Qutqaşın rayonu, Aydınqışlaq kəndində anadan olmuş X10 ilə xx.xx.1962-ci il tarixdə Qutqaşın rayonu, Kiçik-Əmili kəndində anadan olmuş X3 nikahı xx.xx.1981-ci il tarixdə 11 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Cavadova soyadı verilmişdir. İşdə olan AZE 04523371 nömrəli “Şəxsiyyət Vəsiqəsi”nin surətinə əsasən X10 xx.xx.1955ci ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuşdur. İşdə olan НЗ ******* nömrəli “Hərbi bilet”in surətində görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X10 xx.xx.1975- xx.xx.1977-ci illlərdə həqiqi hərbi xidmətdə olmuşdur. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X10 15 fevral 1955-ci ildə Qəbələ rayonunun, Aydınqışlaq kəndində anadan olub X12 və X2 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 15 fevral 1955-ci ildə Ağdaş rayonu, Aydınqışlaq kəndində (indiki Qəbələ rayonu, Aydınqışlaq kəndində) anadan olub X12 və X2 törəmiş X5 doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X5 doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Ağdaş rayonu, Aydınqışlaq kəndi (indiki Qəbələ rayonu, Aydınqışlaq kəndi); doğum tarixi – xx.xx.1955-ci il; anası X4; atası X12 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar