Məhkəmə qərarları › İş №e-2(025)-690/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-690/2025

02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-690/2025 02.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx xxx 1956-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonda (şəhərində) anadan olub X10 və X3 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X11 izahatında göstərmişdir ki, o, xx xxx 1956-cı ildə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olub X10 və X3 törəmişdir. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmiş və valideynləri ilə qohumluq faktını təsdiq edən sənəd olmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll edə bilməmişdir. Ona görə də, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X4 göstərmişdir ki, o, xx xxx 1956-cı il tarixdə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olub X10 və X3 törəmişdir. xx xxx 1956-cı ildə anadan olmuş Ərizəçi onun doğma qardaşıdır. İşdə olan AZ-T 053891 nömrəli “nikah haqqında şəhadatnamə”yə əsasən xx.xx.1956-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş Ərizəçi və xx.xx.1958-ci il tarixdə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş X2 nikahı 16 sentyabr 1983-cü il tarixli 80 nömrəli nikah akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan ИЗ ******* nömrəli “Hərbi bilet”in surətində görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X12 03.05. 1975- xx.xx.1977-ci illlərdə həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan AZE ******** nömrəli AR Vətəndaşının Ş/V-nin surətinə əsasən xx xxx 1956-cı il tarixdə Qəbələ şəhərində anadan olmuş Ərizəçi Qəbələ şəhəri, Axundov küçəsi ev 33-də yaşayır. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli 3-16-5/8-13- 272/24 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan АЗ 090491 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən 18 fevral 1962ci il tarixdə Qutqaşen rayonunda anadan olmuş X1 Seyid Zahid oğlu və X6 törəmişdir. İşdə olan AZ-İİ 249558 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X10 27 aprel 2007-ci ildə ölmüşdür. İşdə olan AZ-İ 886202 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X8 22 iyun 2017-ci ildə ölmüşdür. İşdə olan AZE ******* nömrəli “Şəxsiyyət Vəsiqəsi”nin surətinə əsasən Ərizəçi xx.xx.1956-cı ildə Qəbələ şəhərində anadan olmuşdur. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxx 1956-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunda (şəhərində) anadan olub X10 və X3 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx xxx 1956-ci ildə Qutqaşen (indiki Qəbələ) şəhərində anadan olub X10 və X3 törəmiş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (indiki Qəbələ) şəhəri ; doğum tarixi – xx.xx.1956-cı il; anası X8; atası X10 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar