Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-7/2022 05.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, iddiaçıların vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı "torpaq sahəsindən çıxarılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməklə Cavabdeh1 onlara məxsus torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.11.2020-ci il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 yeni cavabdehlərin əlavə edilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq Cavabdeh3 və Cavabdeh2 mülki iş üzrə yeni cavabdehlər qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar Qəbələ rayon, Tüntül kəndində yaşayırlar. Qəbələ rayon Tüntül kəndi ərazisində torpaqlar xeyli müddət əvvəl dövlət tərəfindən bölünmüş və hər birinin ailəsinə torpaq sahəsi verilmişdir. Bu bölünmə nəticəsində hər birinə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin aktlar əsasında onlara verilmiş torpaq sahələrinin rəsmi sənədlərdə göstərilən hüquqi vəziyyəti ilə faktiki vəziyyəti arasında fərqlər mövcuddur. Belə ki Cavabdeh1 qanunsuz olaraq onlara məxsus torpaq sahələrinin müəyyən hissələrini zəbt etmişdir. Bu isə mülkiyyətlərində olan torpaq sahələrinin hüquqi və faktiki vəziyyətində fərqlərin yaranmasına səbəb olmuşdur ki, bu da öz növbəsində iddiaçıların qanunvericiliklə qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, mübahisəli torpaq sahəsindən o 30 ildir ki, istifadə edir. Həmin torpaq sahəsi ona 1998-ci ildə islahatlar gedən zaman verilib və orada qoz-fındıq ağacları əkmişdir. İddiaçının tələbləri tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının iddia ərizəsi ilə razılaşmır və iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının torpaq sahəsi hazırda özündədir. Hazırda o və qonşularının yerləri yeni yaradılmış elektron xəritə ilə onların mülkiyyətindədir və yerləşmə vəziyyəti ilə elektron xəritədə olan plan sxemi eynisini təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza müstəqil ekspertiza olduğundan və onlarda hazıki elektron xəritə olmadığından X4 1995-ci ildə islahat vaxtı aparılan plan sxemə əsasən rəy vermişdir. Halbu ki, iddiaçılar və həmçinin ekspert özü də bilir ki, həmin torpaq sahələri qismən sürüşdürülmüş və yerdəyişmə olmuşdur. Lakin yeni elektron xəritədə isə faktiki vəziyyətə əsasən yeni plan sxem yaradılmış və digər cavabdehlərində yeri daxil olmaqla onun da yeri faktiki yerinə düşür. Onun torpaq sahəsinə dair texniki pasport verilərkən də hazırki kordinatlara uyğun sərhədlər müəyyən olunmaqla (real vəziyyət) ona texniki pasport verilmişdir. Həmin texniki pasport verilərkən də DƏDRX-in Qəbələ Ərazi İdarəsindən mütəxəssislər gəlmiş və yerində ölçü götürmüşdülər. Hər hansı bir yerdəyişmə və ya başqa şəxsin yerinə daxil olma olsaydı DƏDRX tərəfindən ona ümumiyyətlə texniki pasport verilməzdi. İddiaçıların təqdim etdiyi mülkiyyət sənədlərindən də göründüyü kimi onların sənədi torpaq şəhadətnaməsidir. Onlar yeni Çıxarış alsaydılar onların da yeri cari vəziyyətə uyğun sərhədləri müəyyən olunduğu açıq aşkar görünərdi. Həmçinin bir müddət əvvəl Əmlak Komitəsinin Respublika üzrə elektron xəritənin yaradılması ilə bağlı xarici ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə yerli baxış da keçirilmiş və qonşuları da daxil olmaqla onun hazırkı vəziyyətdə plan ölçüsü sistemə daxil edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək göstərdi ki, mübahisəli torpaq sahəsi 1998-ci ildə onlara verilib. O da həmin torpaq sahəsində əkin-biçin işləri aparmışdır. Həmin sahədən məhsul götürərək dolanır. Digər Cavabdeh2 ilə qonşudur. Onun torpaq sahəsi meşəqırağında sonuncu torpaqdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri də vardır. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Qəbələ Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. JN-322 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və JN-328 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edilməklə, həmin torpaq sahələri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahələrində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “X4” MMC-nin 19.05.2021-ci il tarixli, 126 saylı ekspert rəyi ilə müəyyən edilir ki, İş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında JN-322 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 322 konturu üzrə 0.8943 ha torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 324 konturu üzrə 0.9942 ha torpaq sahəsinin və JN- 328 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 328 konturu üzrə 0.8152 ha torpaq sahəsinin naturada və kompleks layihə xəritəsində mövcud olan daşınmaz obyektlərə (oriyentirlərə) istinadən Kompleks Yerquruluşu Layihəsi və Aerofotoplan üzərində dürüstləşdirilməsi nəticəsində natura üzərində hüdudları müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, xüsusi X3 proqramları vasitəsilə ortofotoplan üzərində tərtib olunan planda göstərildiyi kimi koordinatları müəyyən olunan torpaq sahələrinin - JN- 324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 324 konturu üzrə 0.9942 ha torpaq sahəsinin 0.2652 ha hissəsinin və JN- 328 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 328 konturu üzrə 0.8152 ha torpaq sahəsinin tam həcmdə cavabdehlərin - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 faktiki istifadəsində olması müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan iddiaçılara məxsus 0.2652 ha və 0.8152 ha torpaq sahələrinin cavabdehlərin istifadəsində olan torpaq sahələri olmaqla arası metal torla (setka) ayrılmışdır. Məhkəmənin 09.06.2021-ci il tarixli qərardadına əsasən iş üzrə mütəxəssis rəyinin əldə olunması üçün təkrarən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. 1. JN-322 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və JN-328 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edilməklə, həmin torpaq sahələri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahələrində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi?
4. İddiaçıların cari vəziyyətdə istifadəsində olan torpaq sahəsi iddia etdikləri sənədlərə əsasən nə qədərdir?
5. İddiaçıların təqdim etdiyi torpaq sənədlərinə əsasən ətrafında onlar tərəfindən zəbt edilmiş və ya boş torpaq sahəsi varmı?
6. İddiaçıların iddia etdikləri torpaq sahələrinə əsasən yeni elektron xəritə ilə sərhədləri hardan müəyyən olunur və cavabdehlər tərəfindən zəbt edilmişdirmi? Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 14.10.2021-ci il tarixli, **********80 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında JN-322 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 322 konturu üzrə 0.8943 ha torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 324 konturu üzrə 0.9942 ha torpaq sahəsinin və JN- 328 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 328 konturu üzrə 0.8152 ha torpaq sahəsinin torpaq sənədlərində göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Həmçinin qeyd olunur ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərman ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasi Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. 15 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianın dəlillərinə aydınlıq gətirmək məqsədi ilə məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 14.10.2021-ci il tarixli, **********80 saylı mütəxəssis rəyi nəzərə alınaraq məhkəmə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. JN-322 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və JN-328 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edilməklə, həmin torpaq sahələri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahələrində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi?
4. İddiaçıların cari vəziyyətdə istifadəsində olan torpaq sahəsi iddia etdikləri sənədlərə əsasən nə qədərdir?
5. İddiaçıların təqdim etdiyi torpaq sənədlərinə əsasən ətrafında onlar tərəfindən zəbt edilmiş və ya boş torpaq sahəsi varmı?
6. İddiaçıların iddia etdikləri torpaq sahələrinə əsasən yeni elektron xəritə ilə sərhədləri hardan müəyyən olunur və cavabdehlər tərəfindən zəbt edilmişdirmi? Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2022-ci il tarixli, 10/7108 saylı ekspertiza rəyi ilə müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında JN-322 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 322 konturu üzrə 0.8943 ha torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 hektar torpaq sahəsinin 324 cizgisində qeyd edilmiş 0,99 hektar hissəsinin və JN-328 (kod ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 hektar torpaq sahəsinin 0,82 hektar hissəsinin Dövlət aktlarında göstərilən cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında Qəbələ rayonu Tüntül kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən uyğunsuzluq müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş JN-322 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-324 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998ci il tarixli, 10 saylı qərarına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-328 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998ci il tarixli, 10 saylı qərarına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-331 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998ci il tarixli, 10 saylı qərarına əsasən Qəbələ rayonu Tüntül kəndində Cavabdeh3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********10; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 24.05.2017-ci il) görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 1.2621 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 oğlunun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 36 nömrəli vərəqinə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********72; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 24.05.2017-ci il) görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,8702 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh2 oğlunun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 41 nömrəli vərəqinə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının “torpaq sahəsindən çıxarılmasına” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.21 ha torpaq sahəsi JN-322 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçı X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə, Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.39 ha torpaq sahəsi JN-324 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə və Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli 1.14 ha torpaq sahəsi JN-328 saylı, kod 40616018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçılar qeyd olunan mübahisəli torpaq sahələrinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia edir və torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməklə cavabdehlərin onlara məxsus torpaq sahələrindən çıxarılmasını tələb edir. Cavabdehlər isə Qəbələ rayonu Tüntül kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının olduğunu göstərib, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus torpaq sahələrini zəbt etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edərək, torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməklə cavabdehlərin onlara məxsus torpaq sahələrindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etsələr də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı JN-322 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 322 konturu üzrə 0.8943 ha torpaq sahəsinin, JN-324 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 324 konturu üzrə 0.9942 ha torpaq sahəsinin və JN- 328 nömrəli (kod: ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktına əsasən Qəbələ rayonu Tüntül kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 328 konturu üzrə 0.8152 ha torpaq sahəsinin torpaq sənədlərində göstərilən cizgi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq aşkar edilmişdir. Torpaq sahələri üzrə mövcud uyğunsuzluq mülkiyyətçilər - İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən aradan qaldırılmamışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahələri üzrə mütəxəssislər və ekspertlər tərəfindən araşdırma aparılması mümkün olmamışdır. Məhkəmə həmçinin, təqdim edilmiş “X4” MMC-nin 19.05.2021-ci il tarixli, 126 saylı ekspert rəyi ilə razılaşmır, bununla bağlı qeyd edir ki, təqdim edilmiş rəy iş materiallarına, torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənədlərə uyğun tərtib edilmədiyindən mötəbər sübut hesab edilə bilməz. Bələ ki, Qəbələ Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərardadı əsasında “X4” MMC-nin ekspertləri tərəfindən araşdırılma aparılaraq iddiaçılara məxsus torpaq sahələrinin natura üzərində hüdudları müəyyən olunmuş, ekspert tədqiqatı nəticəsində həmin torpaq sahələrinin bir hissəsinin cavabdehlərin istifadəsində olduğu müəyyən edilmişdir. Lakin, 09 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 vəsatətinə əsasən yenidən ekspertiza keçirilməsi qərara alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 14.10.2021-ci il tarixli, **********80 saylı mütəxəssis rəyi ilə torpaq sahələrinin torpaq sənədlərində göstərilən cizgiləri ilə faktiki istifadə vəziyyəti arasında yuxarıda qeyd olunan uyğunsuzluq aşkar edilmişdir. Qeyd olunan ekspertiza rəyi və mütəxəssis rəyi arasında mövcud ziddiyyətləri nəzərə alaraq 15 noyabr 2021-ci il tarixdə məhkəmə iclasında təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2022-ci il tarixli, 10/7108 saylı ekspertiza rəyi ilə torpaq sahələri üzrə qeyd olunan uyğunsuzluq təsdiq edilərək, ekspertiza təhqiqatının aparılmasının mümkün olmadığı bildirilmişdir. Beləliklə məhkəmə tərəfindən sözügedən qərardad ilə “X4” MMC-nin ekpertləri qarşısında qoyulmuş sual tam olaraq cavablandırılmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Ekspertlər torpaq sahələrinin mülkiyyət hüququna dair torpaq sənədlərində göstərilən cizgilər üzrə naturada istifadə vəziyyətini müəyyən etməmiş, bununla da ekspertizanı düzgün aparmamışdırlar. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2n mübahisəli torpaq sahələrinin sərhədlərini dəqiq müəyyən etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 onlara məxsus torpaq sahələrindən çıxarılmasını tələb etsələr də, məhkəmə araşdırması zamanı iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmiş, ümumiyyətlə iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında torpaq sənədlərində göstərilən cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında Qəbələ rayonu Tüntül kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən uyğunsuzluq müəyyən olunmuşdur. Həmçinin məlum olmuşdur ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərman ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasi Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Beləliklə, iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq “X4” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq “X4” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elman İsayev