Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-71/2025 19.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı “torpaq sahəsinin qanunsuz sahibliyindən azad edilməsi, yolun açılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, cavabdehlər, X6 və Cavabdeh1 Niyazi oğlunun a iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı “torpaq sahəsinin qanunsuz sahibliyindən azad edilməsi, yolun açılması və qanunsuz tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, Cavabdeh3 və X5 qarşı “torpaq sahəsinin qanunsuz sahibliyindən azad edilməsi, yolun açılması və qanunsuz tikililərin sökülməsi” tələbi barədə iddia qaldıraraq A 185555 saylı «Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********75; Qeydiyyat tarixi: xx.xx.2017-ci il; Qeydiyyat nömrəsi: **********) sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.45 ha həyətyanı torpaq sahəsinində cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, Cavabdeh3, X7 tərəfindən tikilmiş tövlə, ayaqyolu və təndirxananın sökülməsi, üzərində yığılmış tikinti materiallarından təmizlənib ərazinin boşaldılaraq ona təhvil verilməsi və torpaq sahəsinə gedən bağlanmış gediş-gəliş yolunun açılaraq istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.67 ha həyətyanı torpaq sahəsinin 0,45 ha ərazisini xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Cavabdeh1 Niyazi oğlu həmin torpaq sahəsinə gedən yolun üzərində yerləşən tövlə, ayaqyolu və təndirxananı sökərək yolu açmaqdan imtina etmiş və həmin vasitə ilə özgəninkiləşdirdiyi torpaq sahəsini qanunsuz şəkildə zəbt edərək ərazidə yetişən meyvə ağaclarının məhsulunu indiyədək özü toplayaraq onu mülkiyyətdən məhrum etmişdir. Ona görə də, A 185555 saylı «Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********75; Qeydiyyat tarixi: xx.xx.2017-ci il; Qeydiyyat nömrəsi: **********) sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.45 ha həyətyanı torpaq sahəsinində cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, Cavabdeh3, X7 tərəfindən tikilmiş tövlə, ayaqyolu və təndirxananın sökülməsi, üzərində yığılmış tikinti materiallarından təmizlənib ərazinin boşaldılaraq onlara təhvil verilməsi və torpaq sahəsinə gedən bağlanmış gediş-gəliş yolunun açılaraq istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması barədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi Nümayəndə İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 Niyazi oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.67 ha həyətyanı torpaq sahəsinin 0,45 ha ərazisini xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı 22500,0 manata satmışdır. İddiaçı 18.000,0 manat ödəmiş və 4500,0 manat borclu qalmışdır. Ona görə də, iddia tələbi əsassızdır. Cavabdeh X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0.67 ha həyətyanı torpaq sahəsinin 0,45 ha ərazisi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı 22500,0 manata satılmışdır. İddiaçı sonradan torpaq sahəsini X1 və o, sonuncu ilə birlikdə ərazidə 28mx8m ölçüdə daş tövlə tikmişdir. İddiaçı iddiası ilə həmin daş tövlənin sökülməsi nəticəsində ona 6000,0 manat məbləğində maddi zərər dəymiş və tələb etməsinə baxmayaraq ödənilməsindən imtina edilmişdir. Ona görə də, iddia tələbi əsassızdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 185555 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,45 ha (reyestr nömrəsi: **********75) torpaq sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1780/2025 saylı Mütəxəssis rəyinə əsasən **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkyyətinə verilmiş A 185555 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,45 hektar torpaq sahəsi üzərində Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tövlə və təndirxana inşa edilmişdir. A 185555 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,45 hektar yaşayış məntəqələri torpaq sahəsinə gedən yol **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsindən ayrılmışdır. Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş tövlə **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsindən ayrılmış yolun üzərində yerləşir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/3251 saylı ekspert rəyində göstərilmişdir ki, **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkyyətinə verilmiş A 185555 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,45 hektar torpaq sahəsi üzərində Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tövlə və təndirxana inşa edilmişdir. A 185555 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,45 hektar yaşayış məntəqələri torpaq sahəsinə gedən yol **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsindən ayrılmışdır. Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən inşa edilmiş tövlə **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsindən ayrılmış yolun üzərində yerləşir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan A 185555 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən (reyestr nömrəsi: **********75) yeri təyin olunan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsində onun icazəsi olmadan 0,0009 ha sahədə təndirxana tikilmiş və həmin torpaq sahəsinə gedən yolun keçdiyi 0,0136 ha ərazi üzərində 0,0018 ha sahədə tövlə tikilərək zəbt olunmuşdur. Əraziyə başqa yerdən yol yeri nəzərdə tutulmamışdır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan A 185555 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə (reyestr nömrəsi: **********75) əsasən yeri təyin olunan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi üzərində AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1780/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 2 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,009 ha sahədə tikilmiş təndirxana sökülməli və ərazi tikinti materiallarından təmizlənərək İddiaçı özünə təhvil verilməli, o cümlədən AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2- 1780/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 4 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0136 ha ərazi üzərində 0,0018 ha sahədə tikilmiş tövlə sökülməli və ərazi tikinti materiallarından təmizlənərək gediş-gəliş yolu kimi istifadəsinə törədilən maneçilik aradan qaldırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan A 185555 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə (reyestr nömrəsi: **********75) əsasən yeri təyin olunan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi üzərində AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1780/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 2 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,009 ha sahədə tikilmiş təndirxana cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, Cavabdeh3 və X4 hesabına sökülsün və ərazi tikinti materiallarından təmizlənərək İddiaçı özünə təhvil verilsin; AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 21-3-42/2-1780/2025 nömrəli Mütəxəssis Rəyinə əlavə edilmiş 4 nömrəli yerquruluşu plandında qeyd olunmuş koordinatları əhatə edən 0,0136 ha ərazi üzərində 0,0018 ha sahədə tikilmiş tövlə cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, Cavabdeh3 və X4 hesabına sökülsün və ərazi tikinti materiallarından təmizlənərək gediş-gəliş yolu kimi istifadəsinə törədilən maneçilik aradan qaldırılsın. Cavabdehlər, Cavabdeh1 Niyazi oğlu, Cavabdeh2, Cavabdeh3 və X3 müştərək qaydada 100,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-71/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-71/2025
19.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver