Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-711/2024 26.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair mülki iş üzrə (Açar sözlər: pulun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təmir işlərinə görə qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 33.000 manatın, həmçinin vəkilə göstərdiyi xidmət üçün ödənilmiş 200 manatın və ödənilmiş 186 manat dövlət rüsumunun xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti 12 ünvanında (təzə ünvan 154) yerləşən fərdi yaşayış evimi əsaslı təmir etdirmək istəyirmiş. Bu məqsədlə İntiqam adlı qonşusunun yeznəsi Cavabdeh ilə təmir işləri barədə 2023-cü ilin mart-aprel aylarında sövdələşmişlər. Aralarındakı razılığa görə o, usta kimi ona məxsus adı çəkilən evin əsalı təmir işləri barəsində, o cümlədən evin qapılarını, piləkənlərini, parket işlərini, evin zirzəmisində olan sauna işlərini görməli imiş. Görüləcək işlərin qiyməti barədə evin 11 qapısı, hər bir qapı 700 manat olmaqla 7.700 manat, parket işlərinin görülməsi üçün ona, birinci mərtəbə üçün 6.500 manat, ikinci mərtəbə üçün 4.500 manat, sauna üçün materiallarla birlikdə 2.000 manat, iki mərtəbənin piləkələri üçün 13.000 manat, cəmi bütün təmir işləri üçün 35.700 manata razılaşmışlar. İşə başlamazdan əvvəl o, ona təklif etmiş ki, onun başqa yerdə görüləsi işləri var, həmin işlər üçün ona 7.500 manat pul lazımdır, 7.500 manat pulu ona versin, həmin işləri yerinə yetirdikdən sonra onun işlərinə başlayacaqdır, etiraz etməmiş və işə başlamazdan qabaq 2023-cü ilin martında ona 7.500 manat pul vermiş, bir müddət sonra, işlərinə başlamaq üçün razılaşdıqları məbləğdən ona əlavə olaraq pul verməyini istəmiş, inandığı üçün etiraz etməmiş, hissə-hissə üst-üstə razılaşdıqları məbləği aşmaqla, başqa işlərin də görüləcəyi vədini verərək 2023-cü ilin aprel ayına kimi ondan 55.000 manat pul aldıqdan sonra işə başlamışdır. Razılaşdıqları işlərdən heç birini tam olaraq yerinə yetirmədən, işləri yarımçıq qoyaraq, müxtəlif bəhanələrlə işi yerinə yetirməkdən yayınmağa başlamışdır. Etdiyi bütün cəhdlər nəticə verməmiş, aralarındakı səs yazıları vardır, həmin səs yazılarında başqa yerdə olan işlərini qurtarıb, evində yarımçıq qalmış işləri görəcəyini bildirmiş, lakin gəlməmiş, işləri yarımçıq qoymuşdur, işlərin yarımçıq qalmasını əks etdirən foto şəkillər çəkilmiş, yarımçıq qalmış işləri başqa usta yerinə yetirmişdir. Cavabdehə verdiyi 55.000 manatdan cəmi 22.000 manatlıq təmir işləri görülmüş və qalan işlər üçün onun hazırda ona 32.000 manat borcu qalmışdır. Aralarındakı münasibətlər pozulduğundan və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ondan artıq aldığı 33.000 manat pulu qaytarmağa əvvəl söz versə də, sonradan vədinə ələl etməyərək 2023-cü ilin noyabr ayından ondan gizlənməyə başlamış və telefon zənglərinə cavab vermir. Cavabdeh aralarındakı şifahi razılaşmanın şərtlərini pozmuş, üzəinə götürdüyü öhdəliyi qüsurla, yarımçıq yerinə yetirmiş, artıq ödənilmiş 32.000 manat pulun qaytarılmasını tələb etmiş, lakin pulu qaytarmaqdan müxtəlif bəhanələr gətirərək əvvəllər yayınmış, sonra isə imtina etmiş, məcburiyyət qarşısında qalaraq məsələ ilə məhkəməyə müraciət etməli olmuşdur. Görülmüş təmir işlərinin yarımçıq qalması barədə cavabdehlə aralarındakı danışıqları özündə əks etdirən telefon mesajları, pulun verilməsində iştirk etmiş və bu işdən xəbərdar olan şəxslər sübut növü kimi məhkəməyə təqdim olunacaqdır. Ona məxsus fərdi yaşayış evində təmir işlərinin aparılması üçün tərəflərin hüquq və vəzifələrin müəyyən edilməsi barədə cavabdehlə aralarında yazılı müqavilə olmasa da, şifahi razılaşmaya əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığından, təmir işlərinə görə ondan qabaqcadan aldığı puldan qalıq qalmış 33.000 manat məbləğində pulun cavabdehdən xeyrimə tutulması zəruridir. İddiaya etiraz: Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 33.000 manatın, həmçinin vəkilə göstərdiyi xidmət üçün ödənilmiş 200 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini qəbul etmir, tamamilə əsassız və iddiaçının öz mülahizələrinə uyğun olaraq tərtib edilmiş ərizə böhtan və yalan məlumatlarla doludur. İddiaçı 30 ildir ki, tanıyır. Belə ki, o, ev alqı-satqısı ilə məşğul olurmuş və o da həmin dövrdlərdə kirayə ev axtarışında olarkən onunla münasibətləri yaranmışdır. 2023-cü ilin təxminən mart-aprel aylarında yaxın yoldaşın evini satması üçün Nüsrətə müraciət etdikdə o, ona bildirmiş ki, bəs neçə vaxtdır ki, onu axtarır, çünki evinin təmiri üçün ona lazım imiş. Bunda sonra onun Xətai r-nu, Gəncə prospektində yerləşən 4 mərtəbəli fərdi yaşayış evinə gəlmişlər və həmin evdə ölçü işlərini aparmışlar. Ona bildirmiş ki, evin pilləkənlərini, parket işini, mansart hissəsini saunanı, qapıları və parketin naxış hissələrini təmir etdirmək istəyir. İlk dəfəsində işə başlamamışdan öncə ona 3500 manat pul vermiş və bildirmiş ki,ona sənin işin lazımdır, başqa yerdə iş götürməsin və çağıranda gəlib işə başlasın. Təxminən 1 ay sonra evə işə başlamaq üçün gəlmiş, birinci mərtəbəni ölçüb parketini sifariş etmiş və parket gələndə malın dəyəri olan 5000 manat pulu malı təhvil verən sürücüyə verərək yola salmışlar. Birinci mərtəbənin parket işini tamamlamış və ona 1000 manat ödəniş etmişdir. Hətta parketin üstündə olan naxış işlərini də görüb bitirmişdir. Sonra ikinci mərtəbənin parketini sifariş vermişlər və eynilə parket təhvil veriləndə malın dəyəri olan 5500 manat pulu sürücü ilə yola salmışlar. İkinci mərtəbənin parket işini bitirdikdə ona 700 manat ödəniş etmiş və bildirmiş ki, otaqların kənarını naxışlı istəyir və o da naxışları öz hesabına alaraq yerinə yetirmişdir. Üçüncü mərtəbənin döşəməsinə vurulacaq laminatı özü almış və o da övladı ilə birgə işləmişlər. Sonra bütün mansartın 400-500 metrlik tavan hissəsinin kant sistemini materialı ondan olmaqla işləmiş və bu işə görə ona 1000 manat pul ödəmişdir. Bundan sonra saunanın cökə ağacından olan materialını gətirtmiş və həmin materialın enli olmasını bildirərək nisbətən ensizini gətirməyimi istəmiş və o da ensiz olanını təşkil etmiş və saunanı da yığıb təhvil vermişdir. Əvvəlki gətirdiyi materialın pulunu isə ödəmədən özü üçün istifadə etmişdir. Daha sonra üç mərtəbənin 1.80-2 metrlik ölçüdə olan taxta pilləkəninin materiallarını gətirtmiş və buna görə də 4000 manat ödəniş etmişdir. Pilləkənin fiqurları üçün isə 2000 manat pul ödənişini etmişdir. Beləliklə o pilləkənləri tam yerinə yığmış və bundan sonra gördüyü işlərə görə pul istədikdə ona bildirmiş ki, pul vermiş, işini bitirərsən sonra pulunu alarsan. O isə ona aralarında olan razılığa görə gördüyü işlərin müqabilində pulunu alacağı barədə razılaşdıqları nəzərinə çatdırdıqda ona aqressiv şəkildə bildirmiş ki, lazım olsa onu burada zəncirləyib işlədər ifadəsini işlətmişdir. Bundan sonra aralarında narazılıq yaranmış və işini qaldığı hissədə yekunlaşdıraraq oradan getmişdir. Ümümilikdə gördüyü işlərə görə ona zəhmət haqqı kimi ayrı-ayn vaxtlarda 3500, 2400, 1000, 200, 700 və 500 manat ödənişlər etmişdir. Yuxarıda göstərdiyi qalan pullar isə evə işlənən mal-materiallar üçün iddiaçı tərəfindən edilmiş ödənişlər olmuşdur. İddia ərizəsində göstərildiyi kimi təmir işləri üçün 35700 manat razılaşmaqla bağlı göstərilənlər tamamilə əsassız və yalandır. Qeyd etdikləri ilə bağlı kifayət qədər şahidləri vardır və zərurət olarsa məhkəmə iclasında dindirilmələri tərəfindən təmin ediləcəkdir. Beləliklə, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib,iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, ifadəsində göstərmişdir ki, onlar 30 ildir bir-birlərini tanıyırlar, iddiaçı kiçik qaynının qonşusudur. Bir gün iddiaçıya zəng edərək“ev var onu sata bilərsənmi?” deyə soruşmuşdur. Nüsrət də ona demiş ki, neçə vaxtdır onu axtarır. Evinin təmir işini ona vermək istəyir. O da razılaşmışdır. Oturub kafedə söhbət etmişlər. Görülməli işlərə qapılar, parket, pilləkən, mansar, sauna daxil imiş. Nüsrət demiş ki, iş hələ başlamayacaq, başlayanda özü xəbər edəcəkdir. O da bildirmiş ki, əgər dəqiq söhbətdirsə işini bilsin, başqa iş götürməsin. Kafedə oturub söhbət edəndə 3500 manat ona pul vermiş ki, götür bu pulu, işi 100 faiz o görəcəkdir və başqa iş götürməsin, lazımdırsa özünə xərcləsin. Onsuz da ona pul verəcəkdir. 1 ay sonra zəng eləmiş ki, gəl işə başla. Parketdən başlamaq qərarına gəlmişlər. Aralarında o qədər böyük münasibət var imiş ki, ümumi xərci razılaşdırmamışlar. Ona demişdir ki, narahat olma qardaş kimi arxandadır. İşə parketlə başlamış. Nüsrət ona demiş ki, sən al gətir,o pulunu həll edecəkdir. Birinci dəfə 100 kvadrat metr parket gətirmişdir. O da gətirdiyi parketin pulunu, yəni 5500 manat vermişdir. O isə həmin pulu parketi gətirdikləri sürücüyə vermişdir. Daha sonra parket işinə başlamışdır. 1-ci mərtəbənin parketini vurmuşdur. Aralarında münasibət çox geniş olduğundan demiş ki, zalın parketinin naxışlarını ona hədiyyə edəcəkdir. Parketin naxışlarının hər birini salmışdır.Təkcəşiprofka eləməmişdir. Ola bilsin ki, 1-2 xırda detal qala bilərmiş. Amma kantları, lüstur altlarınadək hər bir yeri işləmişdir. Daha sonra 1-ci mərtəbə 120 kvadrat metr olduğuna görə 2-ci dəfə 20 kvadrat metr parket gətirmişdir. Onun üçün də 1000 manat pul vermişdir. 20 kvadrat metr parketi də vurduqdan sonar 2-ci mərtəbənin parketini vurmağa başlamışdır. Ora da 120 kvadrat metr imiş. Lakin 2-ci mərtəbədə parketi diaqonaldandiaqonala vurduğu üçün parket çatmamış və əlavə 18 kvadrat metr parket də gətizdirmişdir. Bunlar üçün ümumilikdə 6000 manat pul vermişdir. Həmin parketin qiyməti əslində 80 manatdır. Sadəcə o qiymətə təşkil eləmişdir. Qardaş kimi olduqları üçün 2-ci mərtəbənin parketini vurarkən təklif etmiş ki, bu mərtəbənin otaqlarına da kant vursunlar. Onun qiyməti də həmin pulun içərisində imiş. 2-ci mərtəbənin də parketlərini kant vuraraq tamamlamışdır. İşlər gedərkən bir gün Nüsrət zəng etmiş ki, onun pula ehtiyacı var, onsuz da işləyir, 2600 manat lazımdır. Pulu verəndə 2400 manat vermişdir. Nüsrətə demiş ki, onun 2600 manatla işi düzəlir. Çıxarıb 200 manat da vermişdir. Pilləkən işi başlamadığı üçün 1-ci və 2-ci mərtəbədə yalnız şiprofka işi qalmışdır. Bundan sonra 3-cü mərtəbəyə keçmiş. 3-cü mərtəbədə laminantı özü almışdır. Ona görə və bir də mansarın bütün kantları üçün ona 1000 manat pul vermişdir. Parket işi qurtardıqdan sonra 2-ci mərtəbənin ortasına 1 ədəd lüsturaltı gətirib vurmuşdur. Bundan sonra pilləkən işinə keçmişdir. Pilləkənin ancaq pillələrinin materialını gətirmişdir. Onun üçün də 4000 manat pul vermişdir. 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər pillələri hazırlayıb yerinə yığmışdır. Qıraqların kalonlarını, naxışları yığmışdır. Təkcə bariskalar və perlanın qoyulması qalmışdır. İşləyən müddətdə xırda-xırda pullar da alırmış. 2 dəfə 500 manat, bir dəfə 200 manat, bir dəfə 300 manat lazım olduqca pul almışdır. Pilləkənin pillələri bitdikdən sonra demiş ki, baleskalar hazırlanmalıdır. Baleskaların müxtəlif modellərini gətirmiş və hər birinin qiymətini söyləmişdir. Seçdiyi baleskanın bahalı olduğunu demişdir. Nüsrət isə demiş ki, narahat olma,onluqdur. Hazırlayıb gətirdikdən sonra demiş ki, qabaq tumbalar çox qəşəng tumbalar olsun. Tumbaları 1600 manata danışmışlar. Baleskalar üçün də 2000 manat vermişdir. Penaları özü hazırlamışdır. Pilləkəni yığdıqdan sonra saunaya keçmişdir.. Demiş ki,saunanı onun üçün neçəyə yığarsan? O da bildirmişdir ki, 2000 manat hələ materialı edir. Nüsrət isə demiş ki, o, material ilə birlikdə1500 manat pul verə bilər. Saunanı 1500 manata danışmışlar. Saunanın cökə taxtasını gətirmişdir. Materialı gətirdikdən sonra şəkillərdə görmüş ki, ensiz material daha gözəl görünür. Demiş ki, qardaş bu material da həm düyün var, həm də ensiz daha gözəl görünür. Sonra təzə material gətirsin. Gətirdikdən sonra əlavə pul almamışdır. Sonradan gətirdiyi materialı vurmuşdur. 1-ci gətirdiyi sauna materialı isə qalmış, qaytarmamışdır. Onu da özü besetkasına işlətmişdir. Onun üçün də əlavə pul almamışdır. Saunanı yığdıqdan sonra ona demiş ki, onun Gəncədə oğlunun işi var. Neçə ildir ordan çörək yeyir. Gedib onun işini görüm gəlib sənin işini davam edəcəkdir. Gedib həmin adamın işini görmüş, lakin bitirə bilməmişdir. Ona zəng edəndə demişdir ki, 3 günə, 5 günə gələcəkdir. Sonra Nüsrətə demiş ki, əgər bunu yarımçıq qoyub gəlsə,onun yanında fikirli-fikirli işləyəcəkdir. İşini bitirib gəldikdən sonra Nüsrət onunla mübahisə etmişdir. O da səhvini başa düşmüşdür. Nüsrətə demiş ki, bir səhvdir etmişdir,axı onlar qardaşdır, o da onun balasıdır. İşini görməsə problemə düşə bilərmiş. Kafedə söhbət edərkən Nüsrət ona demiş ki, onun işini yarımçıq qoyduğuna görə polis çağırar. Başqa bəzi ifadələr işlətmiş və demiş ki, lazım gəlsə ayağına zəcir bağlayıb onu işlədəcəkdir. Bundan sonra öz-özünə demiş ki, gündəlik pul almamış işləməyəcəkdir. Mağazaya borcu olduğu üçün, yanında işləyən işçilərə çörək pulu vermək üçün pul istəmişdir. Bir dəfə 180 manat pul vermis,sonradan pul verməmişdir. İddiaçının tələbi əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. 15 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X6 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. Arif onun yanında Nüsrətdən pul almışdır. Bir günün içində sauna üçün 2000, yoldaşının onkologiya xəstəliyinə görə 3000 manat pul almışdır. 2023-cü ilin may ayı imiş. Onların arasında mübahisə yarananda kafedə oturmuşlar. Nüsrət Arifə demiş ki, onun pullarını geri qaytarsın, qalan işləri başqası görəcəkdir. O, 55 min manat pul hesablamış və demiş ki, gördüyün işlərin pulunu çıxıb qalanını qaytar. Arif də demiş ki, pulu yoxdur, gəlib qalan işləri görəcəkdir. Nüsrət isə razılaşmamışdır. O isə Nüsrətə demiş ki, Arifin pulu yoxdur, gəlib işləri görsün. 15 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X7 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun tanışıdır. O, Nüsrət müəllimin evində qalan işləri görən ustadır. Baleskalar, malyarka, parketin yarımçıq içləri və digər işlər onun tərəfindən görülmüşdür. Qapılar, pilləkənlər birlikdə 22000 manat pul almışdır. 15 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X9 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, Nüsrət bəyin maliyyə işlərini görür. Ona 2000 min manat vermiş ki, Arif usta ilə birlikdə qapılar üçün getsin. Rasim ustanın yanına çatanda 2000 stolun üstünə qoymuş və institutdan çağırdıqları üçün getməli oldmuşdur. Bundan sonra Arif usta 1000 manat yenidən istəmişdir. Sonradan məlum olmuş ki, Arif usta həmin pulları Rasimə verməmişdir. 15 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun qohumudur. Arif dayının yanında İddiaçı evində 1 ay 20 gün işləmişdir. Onun oğlu Xaqani ilə birlikdə parketləri vurmuşlar. Arif dayıdan gördüyü işə görə 1970 manat pul almışdır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai RP-nin 36-cı Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh Cəbrayıl oğlu tərəfindən evlərinin təmirinin tam edilməyərək, pulu geri qaytarılmaması ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 42 nömrəli Hesabatda göstərilmişdir ki,Yarımçıq qalmış təmir işinin tam başa çatdırılmasında görüləcək işlərin siyahısı 1. Parketin alınması - 20 m2 2. Parketin vurulması zəhmət haqqı - 20 m2 3. Parketin 165 m2 üzərində naxışların işlənməsi 4. Parketin cilalanması zəhmət haqqı 5. Parketin dolğusu və laklanması zəhmət haqqı 6. Parketin doğusu (material) 7. Parketin plintusları (material) 8. Parketin plintuslarının vurulması zəhmət haqqı zəhmət haqqı 9. Pilləkan qəfəsinin əl tutacağının və tumbalar böyük tumba-11 ədəd balaca tumba-126 ədəd (material) 10.Pilləkan tumbalarının başlığı (2 ədəd) 11. Pilləkan qəfəsinin əl 12.Daxili qapıların alınması və quraşdırılması (12 ədəd) tutacağının quraşdırılması və boyalanması 13.Sauna otağının qapısının alınması və quraşdırılması (1 ədəd) Tikinti materiallarının dəyəri və zəhmət haqqı 1. Parket 20 m2 x 65 manat = 1300 manat 2. Parketin vurulması 20 m2 x 50 manat = 1000 manat 3. Parketin üzərində naxışların işlənməsi (165 m2zəhmət haqqı) - 5500 manat 4. Parketin cilalanması, dolğulanması və laklanması (material və zəhmət 220 m2 - 5300 manat haqqı) 5. Parketin plintusları (material və zəhmət haqqı) 25 metr - 1900 manat 6. Pilləkan qəfəsinin tumbaları, böyük tumba-11 ədəd, balaca tumba-126 ədəd, 2 ədəd tumba başlığı quraşdırılması və boyalanma işləri (material zəhmət haqqı)- 10500 manat 7. Daxili qapılar (material zəhmət haqqı)- 1 ədədi 1000 manat x 12 ədəd = 12000 manat spubukasi Bakthaqqı)
8. Sauna otağının qapısının dəyəri quraşdırılması ilə birlikdə (zəkmət 1 ədəd - 550 manat . Yuxarıda göstərilənlər və toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yarımçıq qalmış təmir işlərinin (tikinti materialları və zəhmət haqqı) tam başa çatdırılmasına çəkiləcək xərcin dəyəri 38050 (otuz səkkiz min əlli) manat təşkil edir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, xx.xx.1967-ci ildə Tovuz rayonunda anadan olmuş İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci ildə Qəbələ rayonunda anadan olmuş Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 385.1Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında şifahi “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh (podratçı) müqavilə bağlandığı gündən razılaşmalarına əsasən iddiaçıya məxsus fərdi yaşayış evində təmir işlərinin (əsaslı təmir, evin qapıları, pilləkən, parket və evin zirzəmisində olan sauna işləri) aparılmasını öhdəsinə götürmüşdür. Bu işin mübahisəsiz halıdır və hər iki tərəf bu halı etiraf etməkdədir. Lakin vəkalət alan Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və təmir işlərini tam yerinə yetirməməsini Cavabdeh məhkəmədə ifadəsində də etiraf etmişdir. İddiaçı evin təmiri üçün Cavabdeh ümumilikdə 55000 (əlli beş min) manat pul verdiyini, lakin cavabdehin onun evində 22000 (iyirmi iki min) manatlıq təmir işləri gördüyünü, ona 32000 (otuz iki min) manat borcu qaldığını göstərib, həmin pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edərkən tələbinin əsası kimi istinad etdiyi halları şahidlərin verdiyi ifadələrlə və ekspert rəyi ilə əsaslandırmağa çalışmışdır. Cavabdeh isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə zamanı ifadəsində iddiaçıya borcu qalmadığını bildirmişdir. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında xidmətlər göstərilməsi ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin şifahi razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehə evin təmiri üçün müəyyən məbləğdə pul verilmişdir. Cavabdeh isə iddiaçıdan evin təmiri üçün ümumilikdə 55000 manat aldığını etiraf etməsə də, ondan mal material ilə birlikdə 30980 manat pul aldığını, lakin iddiaçıdan aldığı pulların çox hissəsini evin təmiri üçün alınan materiallarına verdiyini qeyd etmişdir. Həmçinin məhkəməyə bununla bağlı çoxlu şahid dəvət edə biləcəyini qeyd etsə də, məhkəməyə cavabdeh tərəfindən bir şahid dəvət edilmiş, həmind şahid X2 ifadəsində işinə görə Cavabdeh ümumilikdə 1970 manat aldığını qeyd etsə də, Cavabdeh İddiaçı aldığı pulları materiallara xərcləməsi barədə heç nə deməmişdir. X1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı 2023-cü ilin mayın ayında Cavabdeh ilə onunla birlikdə görüşən zaman İddiaçı Cavabdeh ümumilikdə 55000 (əlli beş min) manat verdiyini qeyd etmiş, işlədiyi işin əvəzini çıxmaqla qalan pulunun qaytarılmasını tələb etmişdir. Lakin həmin vaxt Cavabdeh 55000 manat qiymətə etiraz etməmiş, ancaq pulu qaytara bilməyəcəyini, əvəzində işlərin yekunlaşdırmasını istıdiyini bildirmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə evin təmiri üçün 55000 manat verildiyi müəyyən edilmişdir. Eyni zamanda cavabdeh üzərinə götürdüyü evin təmiri barədə öhdəliyi qismən yerinə yetirməsini də həm məhkəməyə göndərdiyi etiraz ərizəsində, həm də məhkəmə zamanı ifadəsində etiraf etmişdir. Cavabdeh iddiaçı tərəfindən ona verilən pulların xeyli hissəsini evin materialları üçün xərclədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto-şəkillərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən podrat müqaviləsi üzrə üzərinə götürülən öhdəlik tam yerinə yetirilməmiş, evdə aparmalı olduğu təmir işləri qismən həyata keçirilmişdir. Bu hal da iddia tələbinin əsaslı olduğuna dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tələb olunan 33000 manatla bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, yarımçıq qalmış təmir işinin tam başa çatdırılması üçün hansı məbləğin müəyyən olunması üçün idddiaçı tərəfindən ekspert rəyi alınmış, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yarımçıq qalmış təmir işlərinin (tikinti materialları və zəhmət haqqı) tam başa çatdırılmasına çəkiləcək xərcin dəyəri 38050 (otuz səkkiz min əlli) manat təşkil edildiyi göstərilmişdir. Lakin iddiaçı iddia tələbində cavabdehdən 38050 manat deyil, 33000 manat tələb etmişdir. Həmçinin sözügedən rəyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, sözü gedən ekspert rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 42 nömrəli rəyi) sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə evin təmiri üçün ümumilikdə 55000 manat verilməsi müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən həmin məbləğin evin materiallarına xərclənməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsümü Cavabdeh alınaraq İddiaçına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 200 manat xərcin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli,Cavabdeh 33000 (otuz üç min) manat məbləğində pul, 200 manat vəkil xidmət haqqı və 186 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33386 (otuz üç min üç yüz səksən altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 33000 (otuz üç min) manat məbləğində pul, 200 manat vəkil xidmət haqqı və 186 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33386 (otuz üç min üç yüz səksən altı) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Abbas Əliyev