Məhkəmə qərarları › İş №e-2(025)-716/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-716/2024

16.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-716/2024 16.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********21-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Xırxatala kəndi ərazində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,72 ha yaşayış məntəqələri torpaq sahəsindən onun və ailə üzvlərinin istifadəsinə cavabdehlər tərəfindən törədilən manelərə son qoyulması və cavabdehlərin həmin torpaq sahəsinə girişinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********21-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Xırxatala kəndi ərazində onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,72 ha yaşayış məntəqələri torpaq sahəsindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 29 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-4138/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş faktiki onun istifadəsində olan, lakin cavabdehlərin mülkiyyətində olan 0,0563 ha torpaq sahəsi istisna olmaqla) onun və ailə üzvlərinin istifadəsinə cavabdehlər tərəfindən törədilən manelərə son qoyulması, cavabdehlərin həmin torpaq sahəsinə girişinin qadağan edilməsi və mülkiyyətində apardığı tikinti işlərinə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvləri X3, X13, X11, X5 və X8 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********21-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Xırxatala kəndi ərazində 1,72 ha yaşayış məntəqələri torpaq sahəsi verilmişdir. Ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Xırxatala kəndi ərazisində başqa torpaq sahəsində yaşayır və həmin torpaq sahəsi mülkiyyətlərində olan 1,72 ha torpaq sahəsinə yaxınlıqda yerləşməkdədir. Ailə üzvləri ilə mülkiyyətində olan 1,72 ha torpaq sahəsinin ətrafı hasarlanmış, içərisində ağaclar kəsilmişdir. Lakin Cavabdeh1 sözügedən torpaq sahəsinin kənarlarının bir hissəsini sökmüş, yuxarı hissəsini yandırmış, calağ ağacları (foto-şəkillər iddia ərizəsinə əlavə edilmişdir) kəsmişdir. Buna nəinki o və ailə üzvləri, həmçinin bütün kənd camaatı şahiddir. Cavabdeh1 əsassız olaraq torpaq sahəsinin ona məxsus olmasını, islahat dövründə ona torpaq verilməməsini əsas gətirərək onun və ailə üzvlərinin mülkiyyətini mənimsəmək istəyir. Dəfələrlə kənd icra nümayəndəliyi, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Ərazi İdarəsinin nümayəndələri cavabdehlərə sözügedən torpaq sahəsinin onun mülkiyyəti olmasını bildirsələr də, cavabdehlər öz əməllərindən əl çəkmirlər. Belə ki, cavabdehlər mülkiyyətlərində olan torpaq sahələrinə girmək istəyən zaman problemlər yaradır, səs-küy yaradır, polisə əsassız şikayətlər edirlər. Polisdə də bununla bağlı araşdırmalar aparılmış, cavabdehlərə etdikləri əməllərin qanunsuz olması bildirilmiş, lakin mülki məsələ olduğundan məhkəməyə müraciət etmək hüquqları onlara izah edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçıqeyd edilənlərə uyğun izahat verib, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, mütəxəssis və ekspert rəylərində cavabdehlərə məxsus 0,0563 ha hissənin onun istifadəsində olması göstərilmişdir. Həmin torpaq sahəsini cavabdehlərə könüllü surətdə verir. Lakin cavabdehlər onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən istifadəyə digər formada maneələr yaradır. Belə ki, torpaq sahəsinə girməklərinə imkan vermir, söz-söhbət salırlar. Həmçinin torpaq sahəsinin biçiminə də imkan verməmişlər. Torpaq sahələrinin ətrafındakı hasarları sökmüşlər, ağacları yandırırlar. Öz mülkiyyətinə girəndə isə polisə əsassız şikayət edirlər. Cavabdehlərin onların torpaq sahələrinə girmələrinə qadağan olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı saxtakırlıqla onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt etmişdir. Ona islahat dövründə az torpaq sahəsi düşmüşdür. Qalan torpaq sahələri isə iddiaçı və digər şəxslər tərəfindən saxtalaşdırılaraq öz mülkiyyətlərinə keçirilmişdir. Bu səbəbdən iddiaçıya həmin torpaq sahəsinə girməsinə maneə yaradır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onlara məxsus torpaq sahəsini saxtakarlıqla ələ keçirmişdir. İddiaçıya sözügedən torpaq sahəsində ot biçiminə icazə verilməməsinə səbəb onların da özlərinin ota ehtiyacı olmasıdır. Belə ki, onların da heyvanları vardır. Cəmi 40 sot torpağın içində qalmışlar. Bu səbəbdən iddiaçını həmin torpaq sahəsinə buraxmamışlar. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlərlə 12-13 ildir qonşuluqda yaşayırlar. Cavabdeh1 onlarla da torpaq iddiaları var. Belə ki, zəbtlərində olan bələdiyyə torpaqlarının ona məxsus olmalarını iddia edir. Cavabdeh1 qonşuluqda, yəni sərhəddə yerləşən ağacları yandırmış, nəticədə 50-yə yaxın ağac məhv olmuşdur. Bununla bağlı polisə və prokururluq orqanlarına şikayətləri olmuşdur. Cavabdeh həm iddiaçı Faiq Seyudovun, həm də onların torpaqlarının özlərinə məxsus olmasını iddia edərək, mülkiyyətdən istifadə etməyə lazımı qaydada imkan yaratmırlar. Cavadehlərin islahat dövründə başqa torpaqları olmasına baxmayaraq əsassız iddialar irəli sürür. Cavabdehlə bununla bağlı mübahisə etdikdə özü deyir ki, “İstəyirəm məni vurasız”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlər onların qonşularıdır. Cavabdeh1 təxminən 2 ay əvvəl Cavabdeh1 İddiaçıla sərhədlərində olan hasarları yandırmışdır. Hadisə yerinə Fövqəladənin əməkdaşları da gəlmişdir. İddiaçı uşaqlıqdan həmin torpaq sahəsinə nəzarət etdiyini görmüşdür. Cavabdeh1 isə 12-13 ildir kənddə yaşamasına baxmayaraq bütün torpaqların ona məxsus olmasını iddia edir. Məhkəmə iddiaçının və cavabdehlərinizahatlarını, şahidlərin ifadələrinidinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 1,72 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı, X2, X12, X10, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN-368A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2, X15 və X7 ümumi birgə mülkiyyətinə JN-368A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,71 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 29iyul 2024-cü il tarixli, 3-21-3-42/2-4138/2024 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı, X2, X12, X10, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 1,72 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmamışdır. Lakin Qəbələ rayon AlK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2, X15 və X7 mülkiyyətinə JN-368A (kod********) nömrəli "Torpağın Mülkiyyətə verilməsinə dair şəhadatnamə"yə əsasən verilmiş 0,71 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0,0563 ha hissəsi İddiaçı istifadəsindədir. Cavabdehlər Cavabdeh1 Ağamməd oğlu və Cavabdeh2 tərəfindən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/1-10/6374 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>-a əsasən İddiaçı, X2, X12, X10, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 1,72 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmamışdır. Lakin Qəbələ rayon AlK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2, X15 və X7 mülkiyyətinə JN-368A (kod********) nömrəli "Torpağın Mülkiyyətə verilməsinə dair şəhadatnamə"yə əsasən verilmiş 0,71 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0,0563 ha hissəsi İddiaçı istifadəsindədir. Cavabdehlər Cavabdeh1 Ağamməd oğlu və Cavabdeh2 tərəfindən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»aəsasən Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 1,72 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı, X2, X12, X10, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir.Lakin iddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin istifadəsinə cavabdehlər tərəfindən maneəçilik törədilməsi nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir.Cavabdehlər isə məhkəmə zamanı verdiyi ifadələrində iddiaçının iddia etdiyi torpaq sahəsini zəbt etmədiklərini, lakin iddiaçının istifadəsinə maneələr törətmələrini etiraf etmişlər. İşin bu halı şahidlərin izahaltarı ilə də sübuta yetirilməkdədir. Belə ki, cavabdehləriddiaçının sözügedən torpaq sahəsini saxta yollarla adına keçirdiyini, həmin torpaq sahəsinin onlara məxsusluğunu bildirmişlər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi mülkiyyət hüququnun qorunması üçün 3 ünsürün, əmlaka (əşyaya) sahiblik, istifadə və sərəncam hüquqlarının birlikdə mövcud olması lazımdır. Məhkəmə tərəfindən iddiaçının öz mülkiyyətinə sahib olmaq hüququnun mövcud olmasını müəyyənləşdirilməsini üçün mütəxəssis və ekspert rəyləri almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 29 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-4138/2024 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/1-10/6374 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli <Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>-a əsasən İddiaçı, X2, X12, X10, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 1,72 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmamışdır. Lakin Qəbələ rayon AlK-in 15 may 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Cavabdeh1, Cavabdeh2, X15 və X7 mülkiyyətinə JN-368A (kod********) nömrəli "Torpağın Mülkiyyətə verilməsinə dair şəhadatnamə"yə əsasən verilmiş 0,71 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0,0563 ha hissəsi İddiaçı istifadəsindədir. Cavabdehlər Cavabdeh1 Ağamməd oğlu və Cavabdeh2 tərəfindən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmir. Göründüyü kimi iddiaçı mülkiyyətində olan torpaq sahəsi üzrə sahiblik hüququnu tam formada həyata keçirməkdədir. Əksinə olaraq mütəxəssis və ekspert rəylərində iddiaçının cavabdehlərə məxsus 0,0563 ha hissəsini zəbt etməsi göstərilmişdir ki, iddiaçı da həmin torpaq sahəsini cavabdehlərə könüllü şəkildə verəcəyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, mülki məcəlləyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Hazırkı halda iddiaçı cavabdehlərin öz mülkiyyətindən istifadə hüququnu pozduqlarını, istifadəsinə maneələr yaratdıqlarını iddia edir. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçının mülkiyyətindən istifadəsinə maneələr törətmələrini etiraf etmişlər və bunu onunla əsaslandırmışlar ki, iddiaçı sözügedən torpaq sahəsini mülkiyyətinə saxta formada keçirmiş və əslində həmin torpaq sahəsi onlara məxsusdur. Həmçinin məhkəmə iclasında iştirak edən şahidlər də cavabdehlərin iddiaçının mülkiyyətindən istifadəsinə maneələr törətmələrini öz izahatları ilə təsdiq etmişlər. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.Həmin maddədən göründüyü kimi iddiaçınınmülkiyyətində olan torpaq sahəsindən istifadəsinə, eyni zamanda iddiaçının mülkiyyətində apardığı tikinti işlərinə cavabdehlər tərəfindən törədilən manelərə son qoyulmasını və cavabdehlərin həmin torpaq sahəsinə girişinin qadağan edilməsinitələb etməsi üçün ilk öncə onun həmin torpaq sahəsinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» ilə sübut olunur.Belə ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz yolla əldə etdiyinə dair etirazları, həmçinin həmin torpaq sahələrinin onlara məxsus olmalarını iddia etmələri həqiqətəndə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinindən istifadəsinə maneə törətmələrinə dair məhkəmədə haqlı olaraq inam yaradır. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasənəgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi1,72 hektar təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı, X2, X12, X10, X4 və X6 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 1,72 ha yaşayış məntəqələrinin torpaqlarına istifadə edilməsinə cavabdehlər tərəfindən maneələr törədildiyindən, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi mülkiyyətindən istifadəyə edilən maneələr mövcud olduğundan iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, həmin torpaq sahəsinin istifadəsinə cavabdehlər tərəfindən maneələr törədilir ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehlərməhkəmə iclasında verdikləri ifadələrində göstərmişlər ki, iddiaçının iddia etdiyi torpaq sahəsi əslində onların mülkiyyətinə verilmiş və iddiaçı həmin torpaq sahəsini saxta yollarla mülkiyyətinə keçirmişdir. Məhkəmə cavabdehlərin iddiaçıya məxsus olan hüquq müəyyənedici sənədin (çıxarışın) əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. İşin faktiki hallarından göründüyü kimi iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxs (iddiaçı) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsinə dair İddiaçı adına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük, qadağa və s. qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, İddiaçı adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə zamanı ödənilmiş mütəxəssis xərci və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********21-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Xırxatala kəndi ərazində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,72 ha yaşayış məntəqələri torpaq sahəsindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 29 iyul 2024-cü il tarixli, 3-21-3-42/2- 4138/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş faktiki İddiaçı istifadəsində olan, lakin cavabdehlərin mülkiyyətində olan 0,0563 ha torpaq sahəsi istisna olmaqla)iddiaçının və ailə üzvlərinin istifadəsinə, eyni zamanda iddiaçının mülkiyyətində apardığı tikinti işlərinə cavabdehlər tərəfindən törədilən manelərə son qoyulmalı və cavabdehlərin həmin torpaq sahəsinə girişi qadağan edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestr nömrəsi – **********21-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2024 olan «Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Xırxatala kəndi ərazində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,72 ha yaşayış məntəqələri torpaq sahəsindən (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 29 iyul 2024-cü il tarixli, 3-21-3-42/2-4138/2024 nömrəli mütəxəssis rəyində göstərilmiş faktiki İddiaçı istifadəsində olan, lakin cavabdehlərin mülkiyyətində olan 0,0563 ha torpaq sahəsi istisna olmaqla) iddiaçının və ailə üzvlərinin istifadəsinə, eyni zamanda iddiaçının mülkiyyətində apardığı tikinti işlərinə cavabdehlər tərəfindən törədilən manelərə son qoyulsun və cavabdehlərin həmin torpaq sahəsinə girişi qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar