Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-719/2024 25.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun, yəni Cavadova (Şeydayeva) Nəzmirə Bədrəddin qızının xx.xx.1951-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Seyidqışlaq kəndində X1 və anası X6 olmaqla doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 1951-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Seyidqışlaq kəndində anadan olmuşdur. X1 və anası X6 olmuşlar və onlar halhazırda vəfat etmişlər. xx.xx.1971-ci il tarixində X7 ilə nikaha daxil olmuş və soyadını “Şeydayeva” kimi qeyd etdirmişdir. O, ev şəraitində doğulmuşdur və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda onun doğumundan çox müddət keçmişdir. Onun adına doğum haqqında şəhadətnamənin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs 05 aprel 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubunda qeyd olunmuşdur ki, Maraqlı şəxs arxivindəki doğum haqqında akt qeydləri və “Vətəndaşlıq vəziyyəti aktlar”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yoxlanılmış, lakin onun doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, Maraqlı şəxsndən ona məhkəmənin qərarı olmadan doğumumun qeydə alınması mümkun olmadığını bildirmişlər. Ona doğum haqqında şəhadətnamə valideynləri öldükdən sonra ondan miras qalmış əmlakın notariat ofisində vərəsə kimi rəsmiləşdirilməsidir. Hazırda doğum haqqında şəhadətnamə olmadığından, müvafiq sənədləşmə işlərinin aparılması mümkün deyildir. Onun doğum faktı məhkəməyə təqdim olunmuş şəxsiyyət vəsiqəsində, təsərrüfatbaşına kitablardan çıxarışda, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X3 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısından yaşca balacadır və evin böyük uşağı bacısı Nəzmirədir. Bacısına məxsus şəxsiyyət vəsiqəsi də vardır, lakin həmin vəsiqədə doğum tarixi göstərilməmişdir. Məhkəmə iclasında X5 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı 1951-ci il təvəllüdlüdür. Onlara məlum olmayan səbəblərdən bacısının doğum akt qeydi tapılmamıışdır. Lakin bacısına məxsus şəxsiyyət vəsiqəsi mövcuddur. Məhkəmə iclasında X8 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə eyni kənddə yaşayırlar və ərizəçi onun uzaqdan qohumudur. Kəndlərində Nəzmirə yaşlarında adam az qalmışdır. Ərizəçi 1951-ci il tarixdə doğulmasından məlumatlıdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1951-ci il tarixdə Qəbələ rayonu Məlikli kəndində doğulmuş, Qəbələ rayonu Məlikli kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.1977-ci il tarixli, АЭ seriyalı, 157351 №-li evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1951-ci il olaraq göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli, 3-16-5/8-xxxx/2024 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X2”, ana adı “X6” kimi göstərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi 15 oktyabr 1951-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Seyidqışlaq kəndində doğulmuşdur. X1, anası X4r. Lakin Ərizəçi ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 15 oktyabr 1951-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Seyidqışlaq kəndində doğulması, atasının X2, anasının X6 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-719/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-719/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver