Məhkəmə qərarları › İş №e-2(025)-720/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-720/2024

01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-720/2024 01.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X3 xx.xx.1948-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Seyidqışlaq kəndində, X2 və anası X11 olmaqla doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, yəni Ərizəçi xx xxxxxxx 1974-cü il tarixdə Qutqaşen (indikiQəbələ) rayonu, Həzrə kəndində anadan olmuşdur, İ Qarabağ müharibəsi veteranıdır və İİ dərəcəli əlilliyi olan şəxsdir. X8 və anası Lətifova (Cavadova) Elmira Bədrəddin qızı olmuş, atası 28 mart 2016-cı il tarixdə kəskin beyin qan dövranı pozulmasından, anası X5 isə 11 dekabr 2017-ci il tarixində ürək çatmamazlığından vəfat etmişlər. Hal-hazırda notariat ofisində anası və atasından qalmış miras əmlakın qəbulu ilə əlaqədar notariat əməliyyatı aparılmasını istəsə də, anasının doğumunu təsdiq edəcək sənəd doğum haqqında Şəhadətnamə tələb olunmuş, həmin sənəd isə aşkar olunmamışdır. Belə ki, anası xx.xx.1948-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Seyidqışlaq kəndində ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda, anasının doğumundan 75 il ötmüşdür. Həmçinin, anasının atası, yəni babası X9 və anasının anası, yəni nənəsi X11 olmuş, babası və nənəsi də vəfat etmişlər. Mərhum anasının doğum haqqında şəhadətnaməsinin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubunda qeyd olunmuşdur ki, Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri və avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yoxlanılmış, lakin anası X3 doğum haqqında akt qeydi aşkar olunmamış, bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Ona görə də anası Cavadova (Lətifova) Elmira Bədrəddin qızının doğum faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur və anasının doğum faktı məhkəməyə təqdim olunmuş təsərrüfatbaşına çıxarışlarda, nikah haqqında arayışda, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X16 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, X6 ilə eyni kənddən, yəni Seyidqışlaq kəndindəndirlər. Elmira onunla eyni yaşda olmuş və bir sinifdə oxumuşlar. Elmira ilə toyları eyni ildə olmuş, Elmira Həzrə kəndinə köçmüşdür. Elmiranın atası ilə onun atası bibioğludurlar. Məhkəmə iclasında X1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin anası Elmira Seyidqışlaq kəndində doğulmuşdur və onunla qonşu olmuşlar. Sonradan Həzrə kəndinə ərə getmiş və orada yaşamışdır. Elmiranın anası və atasında tanımışdır. Atasının adı Bədrəddin, anasının adı isə Xalisə olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X12 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun tanışıdır. Elmira xanımın doğulduğu Qəbələ rayonu, Seyidqışlaq kəndindəndir. Mərhum Elmira xanım bacısı Sonayla bir sinifdə oxumuş, uşaq vaxtı bacısı ilə oynamağa onlara gəlmişdir. Elmira xanımdan 10 yaş balacadır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ rayon İHB-nin Həzrə kənd İƏD üzrə nümayəndəliyinin 13 dekabr 2017-ci il tarixdə verdiyi AZ-İ seriyalı, 912864 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, Ərizəçi 11 dekabr 2017-ci il tarixdə «ürək çatmamazlığı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 04073585 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1948-ci il tarixdə Qəbələ rayonu Həzrə kəndində doğulmuş, Qəbələ rayonu Həzrə kəndində qeydiyyatdadır. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli, 3-16-5/7-L-2xx-xx/2024 nömrəli nikah haqqında arayışdan görünür ki, X17 ilə X3 12 mart 1967-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Lətifov, arvada Lətifova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli, 3-16-5/8- 1321/2024 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X3 ata adı “X9”, ana adı “X11” kimi göstərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi mərhum anası X6 15 oktyabr 1948-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Seyidqışlaq kəndində doğulmuşdur. X2, anası X10r. Lakin mərhum X3 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X3 15 oktyabr 1948-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Seyidqışlaq kəndində doğulması, atasının X9, anasının X11 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar