Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-720/2025 14.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin qızının cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin qızının cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 3də yerləşən 143.20 kv/m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq cəmiyyətə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı ASC ilə X4 oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 5-SKMF-1-0-416-15 saylı kredit müqaviləsinə əsasən X4 oğluna cəmi 12.000,0 manat məbləğində kredit verilmiş, Qəbələ şəhəri, Nəsimi küçəsi 3-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 143,20 kv/m olan fərdi yaşayış evi həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin olunması üçün ipoteka ilə yüklü edilmişdir. X4 oğlu krediti qismən ödəyərək cəmi 9517,99 manat borclu qalmış və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-89/2022 saylı qətnaməsi ilə həmin məbləğ vərəsələrdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilmiş və tutma ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilmişdir. Bundan sonra borcdan 3000,0 manat qaytarılmasına baxmayaraq cəmi 6000,0 manat borca görə həyətyanı sahə ilə birlikdə 120.000,0 manat qiyməti olan fərdi yaşayış evi 74210,0 manat məbləğində qiymətləndirilərək hərraca çıxarılmış və sonuncu hərracda İddiaçı ASC tərəfindən alınaraq X4 oğlunun varislərinə cəmi 40.000,0 manat ödəniş edilmişdir. Həmin məbləğ qəbul edilməyərək Banka qaytarılmış və “Bakı Hərrac Mərkəzi”nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi haqqında iddia qaldırılmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-89/2022 saylı qətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli, 5-SKMF-1-0-416-15 saylı kredit müqaviləsinə əsasən X4 oğlunun mülkiyyətində olan Qəbələ şəhəri, Nəsimi küçəsi 3-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 143,20 kv/m olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli 5-SKMF-1-0-416-15 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-89/2022 saylı qətnamənin surətinə əsasən cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 9517,99 manat əsas borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat , 20 manat xidmət haqqı və 19,67 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilmiş və tutma Cavabdeh1, Cavabdeh2 və X1 mülkiyyətində olan Qəbələ şəhəri Nəsimi küçəsi 3-də yerləşən 2 otaqlı fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilmişdir. İşdə olan AR Qəbələ RİHB-nın Qəbələ Şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 3487 saylı arayışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 oğluna məxsusdur və həmin evdə Cavabdeh1 Rasul qızı, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatdadırlar. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ şəhəri, Nəsimi küçəsi, 3-də yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 143.20 kv/m yaşayış sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına xx.xx.2023-cü il tarixdə **********30-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ şəhəri, Nəsimi küçəsi 3-də yerləşən 2 otaqlı fərdi yaşayış evi 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə xx.xx.2015-ci il tarixli 5-SKMF-1-0-416-15 nömrəli kredit müqaviləsi üzrə X2 Qasım oğlunun öhdəliyinin icrasının təmin olunması üçün ipoteka ilə yüklü edilmiş, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədilə tutma ipoteka predmetinə yönəlmiş və ipoteka predmetini təşkil edən vahid daşınmaz əmlak obyekti xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. «İpоtеkа Hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 59.3.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda yaşayış sahəsini tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər tutma ipoteka predmetinə yönəldildikdə yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin mülkiyyətində olan (reyestr nömrəsi: **********30-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2023) Qəbələ şəhəri, Nəsimi küçəsi 3-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 143,20 kv.m olan fərdi yaşayış evindən cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxmalı və fərdi yaşayış evini boşaldaraq cəmiyyətə təhvil verməlidilər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan (reyestr nömrəsi: **********30-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2023) Qəbələ şəhəri, Nəsimi küçəsi 3-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 143,20 kv.m olan fərdi yaşayış evindən cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-720/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-720/2025
14.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver