Məhkəmə qərarları › İş №e-2(025)-77/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-77/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-77/2025 06.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən məcburi qaydada çıxarılma) Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və mənzildən çıxarılma tələbi barədə iddia ərizəsinə dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və mənzildən çıxarılma tələbi barədə iddia qaldıraraq ona məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evindən Cavabdeh (xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X9 ilə birlikdə) çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 2013-cü ildə X10 ilə rəsmi nikaha girərək ona məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsində 1994-cü ildə inşa edilmiş ümumi sahəsi 171,80 kv/m olan 2 mərtəbəli fərdi yaşayış evinə köçmüş və ailənin digər üzvləri ilə birgə təsərrüfat aparmışdır. Onun həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X9 adında uşaqları olmuş və öz ailə üzvləri ilə birlikdə evin 1-ci mərtəbəsinin mətbəx kimi istifadə olunan otağında qalmışdır. Evin 1-ci mərtəbəsinin digər iki otağının birində o, digərində isə X11 qalmış, 2-ci mərtəbə təmirsiz olduğundan yaşayış üçün yararsız olmuşdur. Cavabdeh evli olduğu müddətdə X5 davamlı surətdə (bir neçə nəfərlə) xəyanət etmiş və 2024-cü ildə ifşa olunduqdan sonra boşanmışdır. Boşandıqdan sonra X10 evə gəlməmiş, o isə Cavabdeh tərəfindən mütəmadi qaydada təhqir və təsirlərə məruz qoyulduğu üçün evdən çıxıb həyətdəki təsərrüsat damında yaşamışdır. Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşaqlar X2 himayəsinə verilmiş və o, uşaqlarla birlikdə Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən həmin evdə yaşamaqda davam edərək onu yaşayış sahəsindən və mülkiyyətdən məhrum etmişdir. Halbuki, Bakı şəhəri, Hökməli qəsəbəsində Cavabdeh valideynlərinə məxsus hər cür kommunal şəraiti olan dörd otaqlı fərdi yaşayış evi vardır və o, xəyanəti ifşa olunarkən həmin evə köçüb bir müddət yaşadıqdan sonra mübahisəli evdə yaşamasına mane ola biləcək şəxslərin olmadığını bildiyi üçün yenidən onun evinə qayıtmışdır. Cavabdeh evin yaşayış sahəsini tutaraq həyətyanı sahədən istifadə etməsi ailən digər üzvlərinin mənzil hüququnu pozmuş və onu mülkiyyətdən faktiki surətdə məhrum etmişdir. Ona görə də, mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evindən Cavabdeh (xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X9 ilə birlikdə) çıxarılması haqqında iddia qaldırmışdır. İddiaçı nümayəndəsi Nümayəndə izahatında İddiaçı göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 ilkin hazırlıq iclasında bildirmişdir ki, Cavabdeh 2013-cü ildə X10 ilə rəsmi nikaha girərək Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçmüş və ailənin digər üzvləri ilə birgə təsərrüfat apararaq 2015-ci ildə həmin ünvanda daimi pasport qeydiyyatına alınmışdır. Onun həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X9 adında uşaqları olmuş və 2024-cü ilin dekabr ayında boşanmışdır. Boşanmadan sonra uşaqlar Cavabdeh himayəsində qalmışdır və onların başqa yaşayış sahəsi yoxdur. Bundan başqa birgə nikah dövründə qazanılmış vəsait hesabına mübahisəli evdə əsaslı təmir-tikinti işləri aparıldığı üçün Cavabdeh əmlak hüquqları yaranmışdır. Ona görə də, iddia tələbi əsassızdır. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətinə əsasən X10 ilə Cavabdeh arasında 22 iyun 2013-cü il tarixdə bağlanmış (76 saylı nikah akt qeydi) rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 Ayşən Ələkbər qızının yanında qalmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə X3 hər uşaq üçün 125,0 manat olmaqla hər ay 500,0 manat sabit pul məbləğində aliment tutulmuşdur. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə (reyestr nömrəsi: **********96-10301) xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Cavabdeh ilə X10 arasındakıl ər arvad münasibətləri Cavabdeh xəyanəti səbəbindən pozulmuş və bundan sonra o, Qəbələ rayonu, Bum qəsəbəsində yaşadıqları evdə ailənin digər üzvləri yola gedə bilməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olmunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2013-cü ildə X10 ilə rəsmi nikaha girərək İddiaçı məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüş və ailənin digər üzvləri ilə birgə təsərrüfat aparmışdır. Onun həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X9 adında uşaqları olmuş və xx.xx.2024-cü il tarixdə boşanmışdır. Cavabdeh X10 ilə birgə nikahda olduğu dövdə yaşadıqları evdə əsaslı təmir-tikinti işləri aparılmamışdır. (Fərdi yaşayış evinin texniki pasportu və işdə olan fotoşəkillərdə əks olunan görüntülərlə təsdiq olunur) AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh boşandıqdan sonra İddiaçı ailə üzvləri sırasından çıxdığı üçün sonuncuya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində, 0,3240 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatmadıqlarından İddiaçı ilə aralarında olan ailə münasibətlərinə xitam verilməmişdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evində (reyestr nömrəsi: **********96-10301) Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi üçün o, qeyd olunan ünvanda yerləşən mənzil sahəsini boşaltmalı və 0,3240 ha həyətyanı torpaq sahəsindən çıxmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evindən (reyestr nömrəsi:**********96-10301) Cavabdeh çıxarılsın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar