Məhkəmə qərarları › İş №e-2(025)-771/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-771/2025

30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-771/2025 30.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx xxxx 1952-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Ziring kəndində anadan olub X3 və X4 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, xx xxxx 1952-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Ziring kəndində anadan olub X3 və X4 törəmişdir. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmiş və bu səbəbdən vərəsəlik işi ilə əlaqədar məsələni həll edə bilməmişdir. Ona görə də, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X7 göstərmişdir ki, o, 19 noyabr 1958-ci il tarixdə Qəbələ rayonu Ziring kəndində anadan olub X3 və X4 törəmişdir. xx xxxx 1952-ci ildə anadan olmuş Ərizəçi onun doğma qardaşıdır və alinənin digər üzvləri ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu Ziring kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. İşdə olan AZE 00****** nömrəli Ş/V-nin surətinə əsasən AR vətəndaşı Ərizəçi xx.xx.1952-ci ildə anadan olmuşdur. İşdə olan НЗ ******* nömrəli “Hərbi bilet”in surətində görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi xx.xx.1972 – xx.xx.1974-cü illlərdə həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan İİ-ЖГ 468453 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1952-ci ildə anadan olmuş Ərizəçi ilə xx.xx.1962-ci ildə anadan olmuş X2 nikahı xx.xx.1982ci il tarixdə 5 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 3-16-5/7-105 nömrəli məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan İ-ИЕ 615478 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən 19,06,1958-ci il tarixdə Qutqaşen rayonu Ziring kəndində anadan olmuş X1 İdris Əbdürəhim oğlu və X4 törəmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.1993--cü il tarixli 10 saylı ölüm akt qeydinin surətinə əsasən X9 xx.xx.1993-cü il tarixdə Qəbələ rayonunda ölmüşdür. İşdə olan Maraqlı şəxs xx.xx.1990-cı il tarixli 7 saylı ölüm akt qeydinin surətinə əsasən X3 xx.xx.1990-cı il tarixdə Qəbələ rayonunda ölmüşdür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxx 1952-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Ziring kəndində anadan olub X3 və X4 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx xxxx 1952-ci ildə Qəbələ rayonunun Ziring kəndində (Qutqaşen rayonu, Ziring kəndində) anadan olub X3 və X4 törəmiş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (indiki Qəbələ) rayonu Ziring kəndi; doğum tarixi – xx.xx.1952-ci il; anası X9; atası X3 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar