Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-781/2023 10.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 , Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, X2, Cavabdeh23 və Cavabdeh24 qarşı "torpaq sahəsindən çıxarılması, torpağın istifadəyə qaytarılması, torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 , Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, X2, Cavabdeh23 və Cavabdeh24 qarşı "torpaq sahəsindən çıxarılması, torpağın istifadəyə qaytarılması, torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 5.151423 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.214886 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.668521 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.8634 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.8186 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 0.978198 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.707349 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.1552 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 1.9564 ha, 13 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 0.784046 ha, 14 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 7.220889 ha, 14 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 3.6361 ha , 14 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 0.456499 ha, 14 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 0.473952 ha, 14 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.1022 ha, 14 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 1.1865 ha, 14 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.893196 ha, 14 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 1.091027 ha, 15 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 8.404107 ha, 15 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 9.284864ha, 15 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 4.157983 ha, 15 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 6.304643 ha, 15 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.4236 ha,15 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 3.205734 ha, 15 mart 2007- ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 1.8866 ha, 15 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 6.074208 ha, 16 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 0.712 ha, 16 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 8.679296 ha, 16 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 1.287807 ha, 16 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 4.522096 ha, 16 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.673095 ha, 16 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 7.816186 ha, 16 mart 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 4.625087 ha, 26 aprel 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 0.474599 ha, 26 aprel 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 0.316424 ha, 26 aprel 2007-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 0.141799 ha, 25 aprel 2008-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 1.2767 ha, 25 aprel 2008-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 1.2698 ha, 08 dekabr 2009-cu il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 4.4202 ha, 04 fevral 2010-cu il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.299701 ha, 08 iyun 2011-ci il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 2.5534 ha, 28 dekabr 2013-cü il tarixli ******* saylı Çıxarışla mülkiyyətində olan 1.9859 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3İbrahim oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19Əliyəddin oğlu, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, X2, Cavabdeh23 və Cavabdeh24 çıxarılması, torpağın istifadəsinə qaytarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən qanunsuz istifadələrinin dayandırılması, torpaqdan istifadəsinə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı tərəfindən ayrı-ayrı Çıxarışlar əsasında mülkiyyətinə verilmiş ayrı-ayrı torpaq sahələrindən cavabdehlərin çıxarılmaları, istifadələrinin dayandırılması və maneələrin aradan qaldırılması xahiş edilmiş olsa da, konkret olaraq hansı torpaq sahəsindən konkret olaraq hansı cavabdehin çıxarılması, hansı istifadələrinin dayandırılması və hansı maneələrin aradan qaldırılması iddia tələbində göstərilməmişdir, yəni iddia bir neçə cavabdehə verilmiş olsa da onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı;: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən cavabdehlərin iddia ərizəsində göstərilən yaşayış ünvanı ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehlərin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar - şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s. iddia ərizəsində göstərilməmişdir. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrara məhkəməyə müraciət edə bilər. X4 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olananlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdim: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 , Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, X2, Cavabdeh23 və Cavabdeh24 qarşı "torpaq sahəsindən çıxarılması, torpağın istifadəyə qaytarılması, torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Nümayəndə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-781/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-781/2023
10.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver