Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-785/2024 06.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Cavabdeh 10301,0 manat əsas borc, 204,0 manat mediasiya ödənişi və 71 manat dövlət rüsumu tutularaq cəmiyyətin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı MMC–də satıcı, kassir vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə inzibatçı vəzifəsinə keçirilərək xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləmişdir. Cavabdeh ona həvalə edilmiş vəzifələri X3 haqqında müqavilə əsasında icra etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Oba Nasosnu 2” mağazasında aparılmış inventarizasiya nəticəsində 11.692,93 manat məbləğində əskikgəlmə aşkar edilmiş və müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 10.301,0 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ona verilmiş müddət ərzində cəmiyyətə vurulan maddi zərəri ödəmədiyinə görə xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq indiyədək borcunu ödəmədir. Ona görə də, Cavabdeh 10301,0 manat əsas borc, 204,0 manat mediasiya ödənişi və 71 manat dövlət rüsumu tutularaq cəmiyyətin hesabına keçirilməsi iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC–də satıcı, kassir vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə keçirilərək İddiaçı MMCnin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Oba Nasosnu 2” mağazasına müdir təyin olunmuşdur. 2023-cü ilin oktyabr ayında o, ailə problemləri ilə bağlı xx.xx.2022-ci il tarixdən işə gələ bilməməsi barədə “mail poçt” vasitəsilə iki dəfə İddiaçı MMC-nin rəhbərliyinə bildirmiş və xx.xx.2022-ci il tarixdən işə çıxmamışdır. Həmin tarixdən sonra “Oba Nasosnu 2” mağazası başqa şəxs tərəfindən işlədilmişdir. xx.xx.2023-cü il tarixdə “Oba Nasosnu 2” mağazasında keçirilmiş inventarizasiya yoxlamasıonun iştirakı olmadan aparılmışdır. O, yoxlamanın bitməsinə az qalmış gəlmiş və zərər aktını imzalamamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən Cavabdeh həmin tarixdən İddiaçı MMC–də satıcı, kassir vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən Cavabdeh həmin tarixdən İddiaçı MMC–də inzibatçı vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli “X3 haqqında” müqavilənin surətinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tam məsuliiyyəti ilə üzərinə götürmüşdür. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı; müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli; cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməsini İddiaçı MMC-dən tələb etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən işçinin işəgötürənə vurduğu zərərin məbləği barədə Akt tərtib edilir və işçi həmin aktla tanış edilir. Müqavilənin 3.5-ci bəndinə əsasən maddi məsul şəxs təqsirli hərəkətləri (qəsdi və ya ehtiyatsızlığı) səbəbindən İddiaçı MMC-yə dəymiş maddi zərərin əvəzini ödəməlidir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2021-ci il tarixli 129 saylı əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC–də inzibatçı vəzifəsinə keçirilmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2023-cü il tarixli 76x saylı əmrdən çıxarışa əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqailəsinin müddətinin qurtarması) xitam verilmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli 136 nömrəli əmrə əsasən yaradılmış daimi fəaliyyətdə olan inventarizasiya komissiyasın tərkibində xx.xx.2023-cü il tarixli əmrlə yaradılmış işçi qrupu tərəfindən tərtib edilmiş İnventarizasiya siyahısının surətinə əsasən İddiaçı MMC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Oba Nasosnu 2” (1273) maqazası həmin tarixdə naturada yoxlanılaraq cəmi 59.184,1 manat dəyərində 33.506,552 ədəd müxtəlif adda mal qalığı ilə təhvil alınmışdır. İşdə olan İddiaçı MMC üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İmtina aktının surətinə əsasən itinventarizasiya nəticəsinə dair yekun Akt üzrə İddiaçı MMC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Oba Nasosnu 2”(1273) maqazasında maddi məsul şəxs Cavabdeh öhdəsində olan ticarət mallarının yoxlanılması məqsədilə inventarizasiya prosesində iştirak etmiş, lakin tərtib edilmiş aktları təsdiqləməkdən imtina etmişdir. İşdə olan İddiaçı MMC üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli itinventarizasiya nəticəsinə dair yekun Aktın surətinə əsasən sistem üzərindən “Oba Nasosnu 2”( 1273) maqazasında malın uçot qalığı 70.652,81 məbləğində, faktiki sayılan malların dəyəri 58.959,88 manat məbləğində olmaqla fərq 11.692,93 manat təşkil etmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli 136 nömrəli əmrə əsasən yaradılmış komissiya (Maliyyə direktoru K.D.Kərimova; Mühasibatlıq Departamentinin müdiri G.İ.Mövsümova; Satış Departamentinin müdiri V.İ.İsmayılov; Daxili Nəzarət Departamentinin müdiri M.O.Muxtarov; İnventarizasiya şöbə müdiri P.C.Əliyev) tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair” yekun Aktın surətinə əsasən İddiaçı MMC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Oba Nasosnu 2”( 1273) maqazasının xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsi aparıldıqda uçot qalığı cəmi 70.740,02 məbləğində 43.132,683 ədəd, inventarizasiyanın nəticəsi üzrə mal qalığı cəmi 59.184,1 manat məbləğində 33.506,552 ədəd olmaqla əsgikgəlmə 11.697,66 manat təşkil etmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı MMC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Oba Nasosnu 2”(1273) maqazasında 11697.66 manat məbləğində əskikgəlmə aşkar edilmiş və satış dövriyyəsinin qarşıladığı müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh İddiaçı MMC-ə olan ümumi borcu 10.301,0 manat məbləğində müəyyən edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC–də inzibatçı vəzifəsinə qəbul edilərək Cəmiyyətə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Oba Nasosnu 2” (1273) mağazasında tam maddi məsul şəxs qismində işləmişdir. xx.xx.2023-cü il tarixdə həmin ticarət məntəqəsində aparılmış inventarizasiya nəticəində cəmi 11.697,66 manat məbləğində əskikgəlmə aşkar edilmiş, Cavabdeh mal qalığını təhvil verməkdən imtina etmişdir. İddiaçı MMC-də daimi fəaliyyət göstərən təftiş komissiyası tərəfindən inventarizasiya nəticələrinə dair yekun Aktın göstəricilərinə əsasən və satış dövriyyəsinin qarşıladığı müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh cəmiyyətə olan ümumi borcu 10.301,0 manat məbləğində müəyyən edilmişdir. AR Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən “Oba Nasosnu 2” (1273) mağazasında tam maddi məsul şəxs kimi işlədiyi müddətdə (xx.xx.2022-xx.xx.2023) ona işəgötürən tərəfindən etibar edilərək verilmiş malların saxlanması, satışı və müəyyən edilmiş satış pulunun cəmiyyətə ödənilməsi ilə bağlı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək cəmiyyətə cəmi 10.301,0 manat məbləğində maddi zərər vurmuşdur. Zərərin mümkünlüyü və ödənilmə qaydası tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “X3 haqqında” müqavildə nəzərdə tutulduğuna görə Cavabdeh zərərvurmaya səbəb olan hərəkətləri cinayət tərkibi yaratmır. Ona görə də, ”Oba Market” MMC-yə vurulmuş 10.301 (on min üç yüz bir) manat məbləğində maddi zərər Cavabdeh tutularaq ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 10.301 (on min üç yüz bir) manat əsas borc, 204,0 ( iki yüz dörd) manat mediyasiya ödənişi və 71 (yetmiş bir) manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-785/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-785/2024
06.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver