Məhkəmə qərarları › İş №e-2(025)-786/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-786/2024

10.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-786/2024 10.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızına qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızına qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızına qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq, Cavabdeh 7810,0 manat əsas borc, 104,0 manat mediasiya ödənişi və 49,0 manat dövlət rüsumu tutularaq cəmiyyətin hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Mehdiyeva ( Səmədzadə) Fərqanə Oktay qızı xx.xx.2021-ci il tarixdə İddiaçı MMC–də satıcı, kassir vəzifəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə inzibatçı vəzifəsinə keçirilərək xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləmişdir. Mehdiyeva ( Səmədzadə) Fərqanə Oktay qızı ona həvalə edilmiş vəzifələri X1 haqqında müqavilə əsasında icra etmişdir. Mehdiyeva( Səmədzadə) Fərqanə Oktay qızının işlədiyi Qəbələ şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba Qəbələ 8” mağazasında xx.xx.2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində 2529,07 manat məbləğində əskikgəlmə, xx.xx.2023cü il tarixdə mağazasında aparılmış inventarizasiya nəticəsində isə 5932,4 manat məbləğində əskikgəlmə aşkar edilmiş və müvafiq güzəştlər tətbiq edildikdən sonra Mehdiyeva ( Səmədzadə) Fərqanə Oktay qızının yekun olaraq qalıq borcu cəmi 7810,0 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ona verilmiş müddət ərzində cəmiyyətə vurulan maddi zərəri ödəmədiyinə görə xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq indiyədək borcunu ödəmədir. Ona görə də, Cavabdeh 7810,0 manat əsas borc, 104,0 manat mediasiya ödənişi və 49 manat dövlət rüsumu tutularaq cəmiyyətin hesabına keçirilməsi iddia qaldırmışdır. Cavabdeh Səmədzadə (Mehdiyeva) Fərqanə Oktay qızı iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı MMC–də satıcı, kassir vəzifəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilərək İddiaçı MMC-nin Qəbələ şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba-Qəbələ 8” mağazasına müdir təyin olunmuşdur. “Oba Qəbələ 8” mağazasında xx.xx.2023-cü il tarixdə aparılmış inventarizasiya onun iştirakı ilə aparılmış və 2529,07 manat məbləğində əskikgəlmə aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə mağazada aparılmış inventarizasiya yenə də onun iştirakı ilə aparılmış, lakin əskikgəlmə məbləği həmin gün yox, 10 gün sonra çıxarılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində mağazada 4 gün “SMART” cihaz işləməmiş, satılan mallar kompüter aparatı vasitəsilə qeydə alınmışdır. Ona görə də, xx.xx.2023-cü il tarixdə aparılmış inventarizasiyanın nəticəsini qəbul etməmiş və tərtib edilmiş aktı imzalamamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızı həmin tarixdən İddiaçı MMC–də satıcı, kassir vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızı həmin tarixdən İddiaçı MMC–də inzibatçı vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “X1 haqqında” müqavilənin surətinə əsasən Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızı İddiaçı MMC tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tam məsuliiyyəti ilə üzərinə götürmüşdür. Müqavilənin 1-ci bəndinə əsasən Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızı İddiaçı MMC tərəfindən ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı; müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı; işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli; cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir. Müqavilənin 2.2-ci bəndinə əsasən Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızı qəbul edilmiş qaydalar əsasında invertarizasiyanı həyata keçirməsini İddiaçı MMC-dən tələb etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən işçinin işəgötürənə vurduğu zərərin məbləği barədə Akt tərtib edilir və işçi həmin aktla tanış edilir. Müqavilənin 3.5-ci bəndinə əsasən maddi məsul şəxs təqsirli hərəkətləri (qəsdi və ya ehtiyatsızlığı) səbəbindən İddiaçı MMC-yə dəymiş maddi zərərin əvəzini ödəməlidir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli 455 saylı əmrdən çıxarışa əsasən Cavabdeh İddiaçı MMC–də inzibatçı vəzifəsinə keçirilmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2023-cü il tarixli 121x saylı əmrdən çıxarışa əsasən Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqailəsinin müddətinin qurtarması) xitam verilmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli 136 nömrəli əmrə əsasən yaradılmış daimi fəaliyyətdə olan inventarizasiya komissiyasın tərkibində xx.xx.2023-cü il tarixli əmrlə yaradılmış işçi qrupu tərəfindən tərtib edilmiş İnventarizasiya siyahısının surətinə əsasən İddiaçı MMC-nin Qəbələ rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba-Qəbələ 8” (1201) maqazası həmin tarixdə naturada yoxlanılaraq cəmi 67276,25 manat dəyərində 40519,605 ədəd müxtəlif adda mal qalığı ilə təhvil alınmışdır. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2022-ci il tarixli 136 nömrəli əmrə əsasən yaradılmış komissiya (Maliyyə direktoru K.D.Kərimova; Mühasibatlıq Departamentinin müdiri G.İ.Mövsümova; Satış Departamentinin müdiri V.İ.İsmayılov; Daxili Nəzarət Departamentinin müdiri M.O.Muxtarov; İnventarizasiya şöbə müdiri P.C.Əliyev) tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair” yekun Aktın surətinə əsasən İddiaçı MMC-nin Qəbələ şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba-Qəbələ 8” (1201) maqazasının xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsi aparıldıqda uçot qalığı cəmi 69805,607 məbləğində 42875,607 ədəd, inventarizasiyanın nəticəsi üzrə mal qalığı cəmi 8244,46 manat məbləğində 12296,333 ədəd olmaqla əsgikgəlmə 2529,07 manat təşkil etmişdir. İşdə olan İddiaçı MMC üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktının surətinə əsasən xx.xx.2023-cü il tarixli inventarizasiya nəticəsinə dair yekun Akt üzrə İddiaçı MMC-nin Qəbələ rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba Qəbələ 8” (1201) maqazasında maddi məsul şəxs Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızı öhdəsində olan ticarət mallarının yoxlanılması məqsədilə inventarizasiya prosesində iştirak etmiş və tərtib edilmiş aktla razılaşaraq təsdiq etmişdir. İşdə olan İddiaçı MMC üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli inventarizasiya nəticəsinə dair yekun Aktın surətinə əsasən sistem üzərindən “Oba Qəbələ 8” (1201) maqazasında malın uçot qalığı 69.805,12 məbləğində, faktiki sayılan malların dəyəri 67.276,04 manat məbləğində olmaqla fərq 2529.08 manat təşkil etmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2023-cü il tarixli 167 nömrəli əmrə əsasən yaradılmış daimi fəaliyyətdə olan inventarizasiya komissiyasın tərkibində xx.xx.2023-cü il tarixli əmrlə yaradılmış işçi qrupu tərəfindən tərtib edilmiş İnventarizasiya siyahısının surətinə əsasən İddiaçı MMC-nin Qəbələ rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba-Qəbələ 8” (1201) maqazası həmin tarixdə naturada yoxlanılaraq cəmi 63060,98 manat dəyərində 39968,809 ədəd müxtəlif adda mal qalığı ilə təhvil alınmışdır. İşdə olan İddiaçı MMC üzrə tərtib edilmiş 21.07.023-cü il tarixli inventarizasiya nəticəsinə dair yekun Aktın surətinə əsasən sistem üzərindən “Oba-Qəbələ 8” (1201) maqazasında malın uçot qalığı 11.716,14 məbləğində, faktiki sayılan malların dəyəri 5783.73 manat məbləğində olmaqla fərq 5932.41 manat təşkil etmişdir. İşdə olan İddiaçı MMC üzrə verilmiş xx.xx.2023-cü il tarixli 167 nömrəli əmrə əsasən yaradılmış komissiya (Maliyyə direktoru K.D.Kərimova; Mühasibatlıq Departamentinin müdiri G.İ.Mövsümova; Satış Departamentinin müdiri V.İ.İsmayılov; Daxili Nəzarət Departamentinin müdiri M.O.Muxtarov; İnventarizasiya şöbə müdiri P.C.Əliyev) tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair” yekun Aktın surətinə əsasən İddiaçı MMC-nin Qəbələ şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba-Qəbələ 8” (1201) maqazasının xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsi aparıldıqda uçot qalığı cəmi 68992,77 manat məbləğində 46327,302 ədəd, inventarizasiyanın nəticəsi üzrə mal qalığı cəmi 11716,14 manat məbləğində 11002,0068 ədəd olmaqla əsgikgəlmə 5932,41 manat təşkil etmişdir. İşdə olan İddiaçı MMC üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İmtina aktının surətinə xx.xx.2023-cü il tarixli əsasən inventarizasiya nəticəsinə dair yekun Akt üzrə İddiaçı MMC-nin Qəbələ rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba Qəbələ 8” (1201) maqazasında maddi məsul şəxs Mehdiyeva (Səmədzadə) Fərqanə Oktay qızı öhdəsində olan ticarət mallarının yoxlanılması məqsədilə inventarizasiya prosesində iştirak etmiş, lakin tərtib edilmiş aktları təsdiqləməkdən imtina etmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı MMC-nin Qəbələ rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba Qebele 8” (1201) maqazasında 2529,07 manat: xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama nəticəsində İddiaçı MMC-nin Qəbələ rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba Qebele 8” (1201) maqazasında 5932.40 manat məbləğində əskikgəlmə aşkar edilmiş və satış dövriyyəsinin qarşıladığı müvafiq güzəştlər tətbiq edildikdən sonra Mehdiyeva ( Səmədzadə) Fərqanə Oktay qızının İddiaçı MMC-ə olan ümumi borcu 7810,0 manat məbləğində müəyyən edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC–də inzibatçı vəzifəsinə qəbul edilərək Cəmiyyətə məxsus Qəbələ şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba-Qebele 8” (1201) mağazasında tam maddi məsul şəxs qismində işləmişdir. xx.xx.2023-cü il tarixdə həmin ticarət məntəqəsində aparılmış inventarizasiya nəticəində cəmi 2529.07 manat və xx.xx.2023-cü il tarixdə həmin ticarət məntəqəsində aparılmış inventarizasiya nəticəində cəmi 5932.40 manat olmaqla, cəmi 8.461,47 manat məbləğində əskikgəlmə aşkar edilmiş, Cavabdeh mal qalığını təhvil verməkdən imtina etmişdir. İddiaçı MMC-də daimi fəaliyyət göstərən təftiş komissiyası tərəfindən inventarizasiya nəticələrinə dair yekun Aktın göstəricilərinə əsasən və satış dövriyyəsinin qarşıladığı müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh cəmiyyətə olan ümumi borcu 7810 manat məbləğində müəyyən edilmişdir. AR Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın mələği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə məxsus olan Qəbələ şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Oba-Qəbələ 8” (1201) mağazasında tam maddi məsul şəxs kimi işlədiyi müddətdə (xx.xx.2022-ci -xx.xx.2023) ona işəgötürən tərəfindən etibar edilərək verilmiş malların saxlanması, satışı və müəyyən edilmiş satış pulunun cəmiyyətə ödənilməsi ilə bağlı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək cəmiyyətə cəmi 7810,0 manat məbləğində maddi zərər vurmuşdur. Zərərin mümkünlüyü və ödənilmə qaydası tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “X1 haqqında” müqavildə nəzərdə tutulduğuna görə Cavabdeh zərərvurmaya səbəb olan hərəkətləri cinayət tərkibi yaratmır. Ona görə də, ”Oba Market” MMC-yə vurulmuş 7810,0 (yeddi min səkkiz yüz on) manat məbləğində maddi zərər Cavabdeh tutularaq ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh Səmədzadə (Mehdiyeva) Fərqanə Oktay qızından 7810,0 (yeddi min səkkiz yüz on) manat əsas borc, 104,0 (bir yüz dörd) manat mediyasiya ödənişi və 49 (qırx doqquz) manat dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar