Məhkəmə qərarları › İş №e-2(025)-803/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-803/2025

09.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-803/2025 09.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx.xx.2013-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmiş X4 05 oktyabr 1959-cu il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Nic kəndində (qəsəbəsində) anadan olub X6 və X1 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, xx xxxxxxx 1984-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonunun, Nic kəndində (qəsəbəsində) anadan olub X8 və X3 törəmişdir. X8 05 oktyabr 1959-cu il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olub X8 X6 və X1 törəmiş və 30 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. X8 X6 və X1 törəmişdir. X4 doğum haqqında akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, X4 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İş üzrə şahid X7 izahatında göstərmişdir ki, o, xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu Nic kəndində anadan olub X6 və X1 törəmişdir. xx.xx.2013-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmiş X8 05 oktyabr 1959-cu il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonunun Nic kəndində (qəsəbəsində) anadan olub X6 və X1 törəmişdir və onun doğma qardaşıdır. İşdə olan İİ-İE 090908 nömrəli nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən X9 xx.xx.1961-ci il tarixdə Qəbələ rayonu Nic kəndində anadan olub X6 və X1 törəmişdir. İşdə olan AZ-T 045277 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi X8 və X3 doğulmuşdur. İşdə olan AZ-İ 634355 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X8 xx.xx.2013-cü ildə ölmüşdür. İşdə olan Qəbələ RİHB-nin Nic qəsəbə İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-14/2-353/2025 nömrəli arayışda göstərilmişdir ki, X8 xx.xx.2013-cü il tarixdə Qəbələ rayonun Nic qəsəbəsində vəfat etmiş və Nic qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İşdə olan İİİ-ЖГ 319360 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1959-cu ildə anadan olmuş X8 ilə xx.xx.1961-ci ildə anadan olmuş X2 nikahı 05 noyabr 1983-cü il tarixdə 72 nömrə ilə qeydə alımışdır. Nikahdan sonra arvada Balari soyadı verilmişdir. İşdə olan AZ-İ 960043 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X6 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ 055325 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X5 xx.xx.2001-ci ildə ölmüşdür. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli 3-16-5/8-15- 217/2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 doğum haqqında akt qeydi aşkar edilməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X8 05 oktyabr 1959-cu ildə Qutqaşen (indiki Qəbələ) rayonunun, Nic kəndində (qəsəbəsində) anadan olub X6 və X1 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 05 oktyabr 1959-cu ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Nic kəndində (qəsəbəsi) anadan olub X6 və X1 törəmiş X4 doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X4 doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (indiki Qəbələ) rayonu, Nic kəndi (qəsəbəsi) ; doğum tarixi – xx.xx.1959-cu il; anası X5, atası X6 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar