Məhkəmə qərarları › İş №e-2(025)-805/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-805/2025

20.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-805/2025 20.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikililərin sökülməsi və yolun açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikililərin sökülməsi və yolun açılması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikililərin sökülməsi və yolun açılması” tələbi barədə iddia qaldıraraq **********99 reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.0340 ha həyətyanı torpaq sahəsinə gedən yolun keçdiyi ərazidə Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin onlar tərəfindən sökülməsi və yolunun açılaraq sərbəst şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, **********99 reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.0340 ha həyətyanı torpaq sahəsini xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikməkdən ötrü əldə etmiş və xüsusi mülkiyyətə keçirərək sənədləşdirmişdir. Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinə gedən yolun keçdiyi ərazini tutmuş və üzərində mişar daşı ilə hörülmüş hasar tikib gediş-gəliş yolunu bağlayaraq onu mülkiyyətdən məhrum etmişlər. Ona görə də **********99 reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.0340 ha həyətyanı torpaq sahəsinə gedən yolun keçdiyi ərazidə Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin onlar tərəfindən sökülməsi və yolunun açılaraq sərbəst şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması barədə iddia qaldırmışdır. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ərazidə yerləşən torpaq sahəsi ötən əsrin ortalarından bəri onun ailə üzvlərinə məxsus olamuş və çəpər daxilinə salınaraq indiyədək istifadə olunmuşdur. İddiaçı məxsus olan **********99 reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.0340 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu mübahisəli yerdən olmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.0340 ha torpaq sahəsi (reyestr nömrəsi: **********99; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2024) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan JN-80A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətinə əsasən planda yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,64 ha r yaşayış məntəqələri torpaq sahəsi Cavabdeh1, X5, X4, Cavabdeh2, X6 və X1 ümumi paylı mülkiyyətindədir. Plana əsasən torpaq sahəsi bir tərəfdə JN-81A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən planda yeri təyin olunan torpaq sahəsi ilə sərhəddir və ümumi istifadə olunan qəsəbədaxili yoldan 60,0 metr (M1:1000) məsafədə yerləşir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-3454/2025 saylı Mütəxəssis rəyinə əsasən **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0340 hektar yaşayış məntəqələri torpaq sahəsinin hüdudları planda qeyd olunan ölçülər və koordinatlar üzrə yerquruluşu planında göstərilmişdir; **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0340 hektar yaşayış məntəqələri torpaq sahəsinə gediş-gəliş üçün mübahisəli ərazidən (İddiaçı tərəfindən göstərilən üzərində mişar daşı ilə hörülmüş hasarın yerləşdiyi torpaq sahəsi) Qəbələ rayonu Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən 1,5 metr enində piyada yolu nəzərdə tutulmuşdur. X2 X3 (TEKUİS) əsasən sözügedən mübahisəli torpaq sahəsinə yol yeri mövcud deyil; **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0340 hektar yaşayış məntəqələri torpaq sahəsinə gediş-gəliş üçün Qəbələ rayonu Bum qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X2 X3 (TEKUİS) əsasən başqa yerdən yol yeri mövcud deyil; **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0340 hektar yaşayış məntəqələri torpaq sahəsinə faktiki surətdə başqa yerdən yol yeri mövcud deyil. Torpaq sahəsi JN-81A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş torpaq sahəsindən bölünərək ayrılmışdır. . AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0340 hektar yaşayış məntəqələri torpaq sahəsi islahat nəticəsində JN-81A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadtnaməyə əsasən planda sərhədləri göstərilmiş 0,53 ha torpaq sahəsinin tərkibinə daxil olmuş və özgəninkiləşdirildikdən sonra İddiaçı mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsindən ümumi istifadə olunan qəsədədaxili yoladək olan boş ərazi (TEKUİS əsasən bələdiyyə mülkiyyətində olduğu müəyyən edilir) JN-80A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş 0,64 ha torpaq sahəsinin tərkibinə daxil olmadığı halda Cavabdeh1 və Cavabdeh2 tərəfindən daş hasarla çəpərlənərək r zəbt edilmişdir. **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0340 hektar yaşayış məntəqələri torpaq sahəsinə başqa yerdən yol yeri nəzərdə tutulmamış və faktiki olaraq heç yerdən yol yoxdur. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan (reyestr nömrəsi: **********99) planda yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0340 ha həyətyanı torpaq sahəsindən ümumi istifadə olunan qəsədədaxili yoladək olan ərazini əhatə edən AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3-21-3-42/2-3454/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 4 nömrəli planda yeri və hüdudları göstərilən torpaq sahəsində ( M1:1000) Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş daş hasar sökülməli və ərazi boşaldılaraq gediş-gəliş yolu kimi sərbəst şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilsin. İİddiaçı mülkiyyətində olan **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0340 ha yaşayış məntəqələri torpaq sahəsindən ümumi istifadə olunan qəsədədaxili yoladək olan ərazini əhatə edən AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-3454/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 4 nömrəli planda yeri və hüdudları göstərilən torpaq sahəsində ( M1:1000) inşa edilmiş daş hasar cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 hesabına sökülsün və ərazi boşaldılaraq gediş-gəliş yolu kimi sərbəst şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar