Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-822/2025 01.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, o, yəni Əmiraslanova (Zərbalıyeva) Vəsilə Maxsud qızının xx.xx.1938-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində doğulması faktının müəyyən edilməsi, atasının X7, anasının X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Əmiraslanova (Zərbalıyeva) Vəsilə Maxsud qızı XX.XX.1938-ci il tarixdə Qəbələ rayonunun Qəmərvan kəndində doğulmuşdur. X2, anası X4r. 09 oktyabr 1969-cu ildə X9 ilə nikahları bağlanmışdır. O, doğularkən məlum olmayan səbəblərdən ona Doğum haqqında Şəhadatnamə almamışdır. Yaşadıqları dövrdə də həmin şəhadatnamələr ondan tələb olunmadığına görə şəhadətnamə olub-olmaması ilə maraqlanmamışlar. Lakin sonradan müəyyən sənədləşmə işləri ilə əlaqədar ona məxsus doğum haqqında şəhadatnamə tələb olunduqda məlum olmuşdur ki, Doğum haqqında Şəhadatnaməsi yoxdur. Doğum haqqında şəhadatnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat şöbəsinin 05 aprel 2025-ci il tarixli, 9-16-5/8-11-690 nömrəli məktubu ilə ona cavab verilmişdir ki, doğum akt qeydi aşkar edilməmiş və tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X6 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə həm eyni kənddəndirlər, həm də uzaqdan qohumdurlar. Ərizəçi ondan 2 yaş böyükdür. Yaşlı olduğu üçün Vəsilə məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmə iclasında X11 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onunla eyni kənddə yaşayır. Vəsilə xanım 1938-ci il təvəllüdlüdür. Lakin Vəsilə ondan böyük olduğuna görə doğum tarixin xatırlaya bilmir. Məhkəmə iclasında X8 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə eyni kənddə yaşayırlar. Kəndlərində Vəsilə yaşlarında adam az qalmışdır. Ərizəçi 1938-cü il tarixdə doğulmasından məlumatlıdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1938-ci il tarixdə doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 24 aprel 2025-ci il tarixli, 3-16-5/8- 73/2025 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X9 ilə X3 09 oktyabr 1969-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əmiraslanov, arvada Əmiraslanova soyadı verilmişdir. Nikaha K.Əmiraslanovun xx.xx.2000-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli, 3-16-5/8-11/690 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq Ərizəçi ata adı “X7”, ana adı “X5” kimi göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1984-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cu ildə 07 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Yeni Dızaxlı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 5-59-30/2-108/2025 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ rayon Yeni Dızaxlı kənd sakinidir, hal-hazırda həmin kənddə yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi 01 iyun 1938-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Qəmərvan kəndində doğulmuşdur. X2, anası X4r. Lakin Ərizəçi ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Əmiraslanova (Zərbalıyeva) Vəsilə Maxsud qızının 01 iyun 1938-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Qəmərvan kəndində doğulması, atasının X7, anasının X5 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-822/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-822/2025
01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver