Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-837/2025 19.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və ərizəçi X4 iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək mərhum anası Hüseynova (Zərbalıyeva) Qərinə Maxsud qızının 01 mart 1940-cı ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub X8 və X1 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, xx xxxxxxxx 1966-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Qəmərvan kəndində anadan olub Hüseynova (Zərbalıyeva) Qərinə Maxsud qızı və X2 törəmişdir. Hüseynova (Zərbalıyeva) Qərinə Maxsud qızı xx.xx.1940-cı il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hüseynova (Zərbalıyeva) Qərinə Maxsud qızının doğum haqqında akt qeydi aparılmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll etmək mümkün olmamışdır. Ona görə də, Hüseynova (Zərbalıyeva) Qərinə Maxsud qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İşdə olan AZ-İİ 091947 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X9 09 yanvar 2021-ci ildə ölmüşdür. İşdə olan Qəbələ RİHB-nin Qəmərvan kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-26/-2-65/2025 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi anası X9 həqiqətən Qəmərvan kəndində yaşamış, 09 yanvar 2021-ci ildə vəfat etmiş və Qəmərvan kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-77/2025 nömrəli arayışa əsasən X5 və X3 nikahı 02 oktyabr 1965-ci il tarixli 14 nömrəli nikah akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Hüseyinova soyadı verilmişdir. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli 3-16-5/8-11-2025 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X6 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs xx.xx.2008-ci il tarixli 02 saylı ölüm akt qeydinin surətinə əsasən X7 xx.xx.2008-ci il tarixdə Qəbələ rayonunda ölmüşdür. İşdə olan Maraqlı şəxs xx.xx.1994-cü il tarixli 08 saylı ölüm akt qeydinin surətinə əsasən X10 xx.xx.1994-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində ölmüşdür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Hüseynova (Zərbalıyeva) Qərinə Maxsud qızı 01 mart 1940-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Qəmərvan kəndində anadan olub X8 və X1 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, 01 mart 1940-cı ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Qəmərvan kəndində anadan olub X8 və X1 törəmiş Hüseynova (Zərbalıyeva) Qərinə Maxsud qızının doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Hüseynova (Zərbalıyeva) Qərinə Maxsud qızının doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qutqaşen (indiki Qəbələ) rayonu, Qəmərvan kəndi; doğum tarixi – xx.xx.1940-cı il; anası X7; atası X8 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-837/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-837/2025
19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver