Məhkəmə qərarları › İş №e-2(025)-865/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-865/2023

22.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-865/2023 22.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və əmək haqqı mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Qəbələ Regional X12 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X12 xx.xx.2023-cü il tarixli 038/K saylı əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X18 X5 meşəbəyliyinin 08 saylı meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X18 Təsərrüfatı Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X18 Təsərrüfatı Mərkəzi ilə bağlanmış əmək müqaviləsi əsasında Daşağıl meşəbəyliyinin 08 saylı meşə dolayında meşə gözətçisi işləmişdir. 28 fevral 2023-cü il tarixində onunla cavabdeh arasında olan əmək müqaviləsinə cavabdehin 28 fevral 2023-cü il tarixli 038/K saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən qanuna zidd olaraq xitam verilmişdir. Bildirmək istəyir ki, onun işdən çıxarılmağı tamamilə qanuna ziddir və bütün bunların cavabdehin rəhbərliyi də bilir, sadəcə olaraq cavabdeh ondan qanunsuz meşə qırmalarına imkan vermədiyi bir neçə şəxsin əsassız şikayətlərinə əsasən belə qanunsuz əmr vermişdir. Belə ki, gözətçisi olduğu 08 saylı dolayda dəfələrlə qanunsuz qırıntı hallarını aşkar edib bu barədə həm cavabdehin rəhbərliyinə, həm də müvafiq hüquq mühafizə orqanlarına rəsmi müraciətlər etmişdir. Lakin hər dəfə müxtəlif yollarla həmin şəxslər məsuliyyətdən xilas ola biliblər. Hətta gözətçisi olduğu 08 saylı dolayda qanunsuz qırıntı edən şəxslərin cavabdehlə əlaqəli işlədiklərini və onların qanunsuz meşə qırmalarından xəbərdar olduqlarını təsdiq edən kifayət qədər sübutları var. Onlar hal hazırda yenə də qanunsuz meşə qırmaqla məşğul olurlar, cavabdeh isə həmin şəxslərin özlərinin kəsdikləri ağaclara görə ona yazılmış qanunsuz aktlara əsasən əmək müqaviləsinə xitam vermişdir. Bu durum həmin rəhbərin də bu şəxslər ilə birlikdə əlbir olduğunu təsdiq edir. Əmrin məzmunda onun gözətçi olduğu 08 saylı dolayda meşə fonduna 2020-ci il ərzində dörd akta əsasən 1982,74 manat, 2021-ci il ərzində bir akta əsasən 537,29 manat və 2022-ci il ərzində iki akta əsasən 5276,99 manat ziyan dəydiyi qeyd edilir. Qeyd edilən aktlarda ağacların kimin tərəfindən kəsildiyinə, onun verdiyi məlumatlara və təqdim olunan sübutlara əhəmiyyət verilməmişdir. Əmri imzalayan Əkrəm Babayev 17 yanvar 2023-cü il tarixdə direktor təyin edildikdən dərhal sonra qadın meşə gözətçisi ilə işləməcəyini bildirmiş və qısa müddətdən sonra ona qarşı meşə qıran şəxslər tərəfindən böhtan kampaniyası başlanmışdır. X2, qaynatası X3, qaynanası X7, qaynı X9 və digər qohumlarına qanunsuz meşə qırmalarına və kömür basdırmalarına imkan vermədiyi üçün onu işdən azad etdirəcəklərini dəfələrlə bildirmişlər. Onlar barəsində görülmüş tədbirlər, verilmiş məlumatlar, edilmiş müraciətlər və digər sübutları məhkəməyə təqdim edir. Təqdim edilən sübutların siyahısı: 1. Qəbələ Regional X13 verilmiş yazılı məlumatlar, 2. Polis Şöbəsinə verilmiş məlumatlar və qəbul olunmuş qərarlar, 3. ETSN-nə müraciətlər, 4. Video çəkilişlər olan disk, 5. Fotoşəkillər, 6. Xidməti məruzə , 7. Şahidlərin ifadələri. Əmrdə yenə qeyd edilir ki, guya bu kəsilən ağaclar barəsində o, cavabdeh inzibati orqana heç bir məlumat verməmişdir. Cavabdehin rəhbərliyi həm onlara, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə verdiyi yazılı məlumatları (şikayət ərisələrini) görməzdən gələrək, açıq aydın yanlış məlumatlara əsaslanaraq qanunsuz əmr verərək öz niyyətini biruzə vermişdir. Məhz işə əlavə edilmiş sənədlərdən (ərizələrdən) məlum olur ki, həmin qanunsuz ağac qırıntısı və onların kimlər tərəfindən kəsildiyi barədə həm cavabdehə, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə tərəfindən dəfələrlə yazılı məlumatlar verilmişdir. Bu durum göstərir ki, cavabdehin rəhbəri də həmin qanunsuz ağac qıran digər işçilər ilə əlbir olub bu qanunsuz hərəkəti icra edirlər. Ondan da xilas olmaq və öz işlərini daha da rahat icra edə bilmək üçün əmək müqaviləsinə qanuna zidd olaraq xitam verilmişdir. Mübahisələndirilən əmrdə deyilir ki, guya o, öz vəzifəni lazımı qaydada icra etməmişdir. Lakin bu lazımı qaydada icra etmək dedikdə nəyin nəzərdə tutulduğu aydınlaşdırılmır. Cavabdeh və bütün kənd camaatı da bilir ki, o öz vəzifəsini həmişə yüksək peşəkarlıq ilə icra etmişdir. Uzun müddətdir ki, bu işdə çalışır və bu işin mütəxəssisidir. Heç kimə qanunsuz meşə qırmağa imkan verməmişdir. Meşəni qıran cavabdehin rəhbərliyi olsa belə. Hesab edir ki, cavabdehin onu işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Onu heç bir əsas olmadan, qanunsuz meşə qıran şəxslərin sifarişi ilə, öz qanunsuz əməllərinə daha rahat nail olmaq üçün işdən azad ediblər. Ona görə də işə bərpa olunmağı barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Bunun üçün ilk öncə Mediasiya Təşkilatına müraciət etmişdir. 17 aprel 2023cü il tarixində keçirilən mediasiya iclasında bu mübahisə cavabdehin rəhbərliyinin dekonstruktiv yanaşması səbəbi həll olunmadı bu səbəblə məhkəməyə müraciət etmək zərurəti əmələ gəldi. Hüquqi əsasları: 1. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə görə, İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 2. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3 bəndinə görə, “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”. Cavabdeh onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinin nə üçün zəruri olduğunu əsaslandırmamışdır. 3. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, “Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun”. Məlum olduğu kimi, ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilə bilməyi üçün bu şərtlər tələb olunur: 1) o, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozmalı, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməlidir; 2) Bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Məlum olduğu kimi, hər iki şərtin mövcud olduğunu İşəgötürən sübut etməlidir. Lakin belə bir sübut təqdim olunmayıb. 4. Əmək Məcəlləsinin 186-cu maddəsinin 2-ci bəndinə görə, “İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə, İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşə götürən onunla olan “əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edərək intizam tənbehini verərkən onun izahatını belə qanuna uyğun olaraq tələb etməyib. Bununla Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndi pozmuşdur. Yəni o, hələ də bilmir ki, nə üçün işdən azad ediblər. Özünü müdafiə etməyinə imkan da yaratmayıblar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qəbələ Regional X12 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçı X18 X6 meşəbəyiliyinin 8 saylı dolayında meşə gözətçisi işləmiş və işlədiyi müddət ərzində öz əmək funksiyasını layiqincə yerinə yetirməmiş, nəticədə onun səhlənkarlığı və ya qərəzçiliyi üzündən X13 2020-2023-cü illərdə 9596,73 manat ziyan vurulmuşdur. Bununla əlaqədar olaraq onun gözətçi işlədiyi dolayda dəfələrlə yoxlama aparılmış və aşkar edilmişdir ki, dolayda çoxlu qırıntı olmuş və bu barədə akt tərtib edilərək inzibati orqanlara göndərilmişdir. Ondan qırıntının səbəbini soruşduqda bildirmişdir ki, guya həmin qırıntını vətəndaşlar etmiş və bu səbəbdən meşə təsərrüfatına ziyan dəymişdir. Lakin iddiaçı inzibati orqanlarda qırıntının vətəndaşlar tərəfindən aparıldığını sübut edə bilməmiş və nəticədə məlum olmuşdur ki, ağaclar onun səhlənkarlığı və vəzifəsinə peşəkar yanaşmadığına görə baş vermişdir. Bütün bunları nəzərə alaraq o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılmışdır. Hesab edir ki, onun barəsində Əmək Məcəlləsinin “Ç” bəndi düzgün tətbiq edilmiş və haqlı olaraq onunla əmək müqaviləsinə xitam verilmişdir. Ümumiyyətlə, iddiaçı iddia ərizəsinə heç bir sübutedici sənəd təqdim edə bilməmişdir. Buna görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci mаddəsinin 1-ci bəndinə əsаsən, əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 186-cı maddəsinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 186.1-ci maddəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan Qəbələ RMTM-nin Həmkarlar İttifaqıTəşkilatının iclasının 27 fevral 2023 cü il tarixli, 3 saylı protokolun surətindən görünür ki, Qəbələ Regional X12 direktorunun 23 fevral 2023-cü il tarixli 3-14- 27/-2/2-0052/2023 saylı təqdimatının müzakirəsi keçirilmiş və iclas çıxışları və Qəbələ RMTM-nin direktoru Ə.Babayevin 23 fevral 2023-cü il tar.xli 3- 14-27/-2/2-0052/2023 saylı təqdimatını nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İşdə olan Qəbələ Regional X12 11 mart 2021-ci il tarixli 43/Ü nömrəli “intizam tənbehi verilməsi barədə” əmrin surətindən görünür ki, meşə dolaylarının mühafizəsini lazımı səviyyədə təşkil etmədiklərinə və qanunsuz (özbaşına) qırıntıya yol verdiklərinə görə X18 X6 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilmişdir. İşdə olan Qəbələ Regional X12 28 fevral 2023-cü il tarixli 038/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən Qəbələ Regiona! Meşə X6 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi İddiaçı iiə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Həmin əmrə əsasən onunla son haqq-hesab edilməsi nəzərə alınmışdır. Əmrin verilməsinə əsas olaraq da Qəbələ RMTM-nin HİK-nin protokolu, tərtib edilmiş aktlar qeyd olunmuşdur. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, Qəbələ Regional X12 11 mart 2021-ci il tarixli 43/Ü nömrəli “intizam tənbehi verilməsi barədə” əmri ilə meşə dolaylarının mühafizəsini lazımı səviyyədə təşkil etmədiyinə və qanunsuz (özbaşına) qırıntıya yol verdiklərinə görə X18 X6 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilmişdir. Lakin işində dönüş etmədiyi və yol verdiyi pozuntuları aradan qaldırmadığına görə Qəbələ RMTM-nin X4 27 fevral 2023 cü il tarix də keçirilən iclasında və Qəbələ Regional X12 direktorunun 23 fevral 2023-cü il tarixli 3-14- 27/-2/2-0052/2023 saylı təqdimatının müzakirəsi keçirilmiş və 3 saylı protokol tərtib edilmişdir. Qəbələ RMTM-nin X4 27 fevral 2023 cü il tarix də keçirilən iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Bundan sonra Qəbələ Regional X12 28 fevral 2023-cü il tarixli 038/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmr imzalanmışdır və 03.03. 2023-cü il tarixdən X18 X6 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi İddiaçı iiə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, Qəbələ RMTM-nin X4 27 fevral 2023 cü il tarix də keçirilən iclasında Qəbələ Regional X12 direktorunun 23 fevral 2023-cü il tarixli 3-14- 27/-2/2-0052/2023 saylı təqdimatının müzakirəsi keçirilməklə, X18 X6 meşəbəyliyinin 08 saylı dolayının meşə gözətçisi İddiaçı iiə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə xitam verilməsinə dair Qəbələ Regional X12 28 fevral 2023-cü il tarixli 038/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq imzalandığına görə İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. İddiaçı cavabdeh tərəfindən onun qanunsuz olaraq və əmək qanunvericiliyinin tələbləri pozulmaqla işdən çıxarıldığına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh Qəbələ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar