Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-878/2025 30.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı, cavabdehlər, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN – 222A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Corlu kəndi ərazisində yerləşən 0,95 ha torpaq sahəsinin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən geri alınması və dəmir çərçivəli qapının qarşı tərəfin hesabına sökülərək torpaq sahəsi ilə bağlı törədilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, islahat nəticəsində üç nəfərdən ibarət ailə üzvlərinin (İddiaçı, X1 və X5) ümumi mülkiyyətinə Qəbələ rayonu Corlu kəndi ərizəsində 0.95 ha həyətyanı torpaq sahəsi təyinatlı torpaq sahəsi verilmiş və JN 222 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan plan əsasında təhkim edilmişdir. Planda sərhədləri göstərilən 0,95 ha torpaq sahəsii uzun müddətdir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilərək istifadə olunur və dəfələrlə tələb edilməsinə baxmayaraq geri qaytarılmır. Ona görə də, ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN – 222A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Corlu kəndi ərazisində yerləşən 0,95 ha torpaq sahəsinin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən geri alınması, dəmir çərçivəli qapının qarşı tərəfin hesabına sökülərək torpaq sahəsi ilə bağlı törədilən maneçiliyin aradan qaldırılması barədə iddia qaldırmışdır. Cavabdeh3 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Corlu kəndində yerləşən fərdi yaşayış evində yaşayır və istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi bələdiyyədən alqı-satqı yolu ilə alınmışdır. İddiaçı ailə üzvlərinin mülkiyyətində olan JN 222A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən 0,95 ha torpaq sahəsi ona məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsinə bitişik boş ərazidə yerləşir. Ərazidə yerləşən ümumilikdə 2,0 ha torpaq sahəsi onun faktiki surətdə istifadəsində olduğundan İddiaçı ailə üzvlərinin mülkiyyətində olan 0,95 ha torpaq sahəsinin hansı hissəni əhatə etdiyini bilmir. JN – 222A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Corlu kəndi ərazisində yerləşən 0,95 ha torpaq sahəsinin mütəxəssislər tərəfindən yerdə sərhədlərinin müəyyən edilərək ayrılıb İddiaçı verilməsinə etiraz etmir. Cavabdeh1 izahatında Cavabdeh3 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan JN 222 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Corlu kəndi ərazisində yerləşən 0,95 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı, X2 və X4 ümumi birgə mülkiyyətindədir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı, X2 və X4 ümumi birgə mülkiyyətində olan JN – 222A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,95 ha həyətyanı torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir əsası olmadan yiyələnərək ərazidən faktiki surətdə istifadə edir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 222 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,95 ha həyətyanı torpaq sahəsinin ərazisi cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılmalı və ərazidəki dəmir çərçivəli qapı sökülərək torpaq sahəsinin qanuni istifadəsinə törədilən maneçilik aradan qaldırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 222 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,95 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılsın və ərazidəki dəmir çərçivəli qapı cavabdeh tərəfin hesabına sökülərək torpaq sahəsinin qanuni istifadəsinə törədilən maneçilik aradan qaldırılsın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-878/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-878/2025
30.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver