Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-879/2025 24.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi X6 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və X4 iştirakı ilə, ərizəçi X4 doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X10 doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək xx xxxx 1975-ci ildə Ermənistan Respublikasının Stepanovan şəhərində anadan olub X8 və X7 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X10 izahatında göstərmişdir ki, o, xx xxxx 1975-ci ildə Ermənistan Respublikasının, Stepanovan şəhərində anadan olub X8 və X7 törəmişdir. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmiş və valideynləri ilə qohumluq faktını təsdiq edən sənəd olmadığından vərəsəlik işi ilə əlaqədar məsələni həll edə bilməmişdir. Ona görə də, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İşdə olan AZ-İ 294707 nömrəli “nikah haqqında şəhadatnamə”nin surətinə əsasən xx xxxx 1975-ci ildə Ermənistan respublikasının Stepanovan şəhərində anadan olmuş Ərizəçi ilə 10 dekabr 1984-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş X3 nikahı 08 dekabr 2006-cı il tarixli 25 nömrəli nikah akt qeydi ilə bağlanmışdır. Nikahın bağlanmasından sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Qəbələ RİHB-nin Soltannuxa kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-37/2-28-2025 nömrəli arayışda göstərilmişdir ki, Soltannuxa kənd sakini X10 1988-ci ildə Ermənistan Respublikasının Stepanovan şəhərindən məcburi qaçqın düşmüş, hal-hazırda Qəbələ rayon Soltannuxa kəndində qeydiyyatda olmaqla, Qəbələ şəhərində yaşayır. İşdə olan Qəbələ RİHB-nin Soltannuxa kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-59-37/2-429/2024 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ rayon Soltannuxa kəndində qeydiyyatda olmaqla, hal-hazırda Qəbələ şəhərində yaşayır. İşdə olan HЗ ******* nömrəli “Hərbi bilet”in surətinə əsasən X10 xx xxxx 1975-ci ildə Ermənistan respublikasının Stepanovan şəhərində anadan olmuşdur. İşdə olan AR ƏN Maraqlı şəxs tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli 3-16-5/8-11-1651 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan AA******* nömrəli “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə anadan olmuşdur. İşdə olan Qəbələ RİHB-nin Soltannuxa kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59-37/2-263/2025 nömrəli arayışda göstərilmişdir ki, Məmmədov X1 qeydiyyatda olmaqla, Qəbələ şəhərində yaşayır. Onun mərhum atası X12 mərhum anası X8 və mərhum bacısı X2 Azərbaycanlıdır, Soltannuxa kəndində vəfat etmiş və Soltannuxa kənd qəbirstanlığında dəfn edilmişlər. İşdə olan AZ-İ 672127 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X8 16 may 2014-cü ildə Qəbələ rayonu, Soltannuxa kəndində vəfat etmiş ölmüşdür. İşdə olan AZ-İİ 067040 nömrəli “ölüm haqqında şəhadatnamə”nin sürətinə əsasən X12 02 may 1996-cı ildə Qəbələ rayonu, Soltannuxa kəndində vəfat etmiş ölmüşdür. İşdə olan 1036 nömrəli Orderin surətinə əsasən Ermənistan SSR StepanovanXDS-nin xx.xx.1980-cı il tarixli qərarı ilə Teryan küçəsi ev 31-də yerləşən 32 nömrəli mənzil Fatma Əsgərovaya və onun ailə üzvlərinə ( A.Mamedov, Ş.Mamedov, X.Mamaedova, Ş.Mamaedov) verilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X10 xx xxxx 1975-ci ildə Ermənistan Respublikasının Stepanovan şəhərində anadan olub X8 və atası X7 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx xxxx 1975-ci ildə Ermənistan Respublikasının Stepanovan şəhərində anadan olub X8 və X7 törəmiş X6 doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X4 doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Ermənistan Respublikası, Stepanovan şəhəri; doğum tarixi – xx.xx.1975-ci il; anası X8; atası X12 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-879/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-879/2025
24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver