Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-9/2025 17.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı “ümumi paylı mülkiyyət obyektində payların müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər, Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı ümumi paylı mülkiyyət obyektində payların müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh3 qarşı ümumi paylı mülkiyyət obyektində payların müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə tələbi barədə iddia qaldıraraq ümumi maddi sərvətlər (ər və arvadın hər birinin şəxsi maddi vəsaiti) hesabına Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha (0,10 ha xüsusi mülkiyyətdə, 0,03 ha bələdiyə mülkiyyətində olan) həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 96,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi üzərində birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 onun himayəsində qalması nəzərə alınaraq 2/3 hissədə payının müəyyən edilməsi və yaşayış sahəsindən istifadə hüququ tanınaraq uşaqla birlikdə həmin evə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh5 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və hər birinə məxsus pul vəsaitləri hesabına (evin döşəmə və tavan hissəsinin materialı, qapı və pəncərələri, bir ədəd kombi aparatı və bir ədəd 2000,0 Lt. su çəni İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır) qabaqcadan tikilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha ( 0,10 ha xüsusi mülkiyyətdə, 0,03 ha bələdiyə mülkiyyətində olan) həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 adında uşaqları olmuş, münasibətləri pozulduğundan 7.01.2023-cü il tarixdə boşanmış və yaşadığı evdən çıxmışdır. AR Şəki Apellayasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)952/2023 saylı qərarı ilə qeyd olunan fərdi yaşayış evinin ər və arvadın şəxsi madi vəsaiti hesabına tikildiyi müəyyən edilmişdir. Ona görə də, ümumi maddi sərvətlər ( ər və arvadın hər birinin şəxsi maddi vəsaiti) hesabına Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha ( 0,10 ha xüsusi mülkiyyətdə, 0,03 ha bələdiyə mülkiyyətində olan) həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 96,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi üzərində birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 ananın himayəsində qalması nəzərə alınaraq İddiaçı 2/3 hissədə payı müəyyən edilib naturada ayrılmalı və yaşayış sahəsindən istifadə hüququ tanınaraq uşaqla birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh5 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha (reyestr nömrəsi: **********62) həyətyanı torpaq sahəsində həmin tarixədək tikilmiş ümumi sahəsi 96,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçmüşdür. Onların birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 adında uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2023-cü il tarixdə boşanmışlar. İddiaçı boşandıqdan sonra evdən çıxmış, lakin cehiz əmlakını özü ilə aparmamış, evin giriş qapısı və darvazanın açarlarını dəyişib özündə saxlayaraq onun ailə üzvlərinin əmlak hüquqularını pozmuşdur. AR Şəki Apellayasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)952/2023 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsində İddiaçı şəxsi maddi vəsaiti ilə iştirak etməsi müəyyən edilsə də, qoyulan sərvətin məbləği müəyyən edilməmişdir. Belə ki, evin tikilməsi ilə bağlı bütün inşaat işləri tamamilə onun şəxsi vəsaiti hesabına görülmüş və işlədilən mal-materiallar əsasən özü tərəfindən alınmışdır. Evin yalnız iki otağının döşəmə və tavan hissəsinin materialı, o cümlədən həmin otaqların iki qapısı və üç plastik pəncərəsi, bir ədəd kombi aparatı və bir ədəd 2000,0 Lt. su çəni İddiaçı şəxsi vəsaiti hesabına alınmışdır. Bundan başqa həyətyanı sahədə 8mx5m ölçülərdə təndirxana tikməkdən ötrü 100 ədəd mişar daşı və dama vurulan uyğun sayda şifer materialı İddiaçı tərəfindən verilmişdir. Şifer materialı köhnə olduğuna görə yaramadığından sökülərək yerdə yığılmış, lakin aparılmamışdır. Fərdi yaşayış evinin tikintisi zamanı İddiaçı tərəfindən sərf edilən maddi vəsaitin tam məbləğini qaytarmağa razıdır və iddia tələbini əsassız hesab edir. Cavabdeh5 Cavabdeh1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh3 adına ümumi birgə mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan JN-175 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən Planda ölçüləri və sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Qəbələ rayonu Vəndam bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 257 saylı arayışa əsasən Cavabdeh1 ailə üzvlərinə məxsus olan JN 175 A saylı planda yeri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı yeni fərdi yaşayış evi tikilmişdir. İşdə olan Qəbələ rayonu Vəndam bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26 nömrəli məlumata əsasən Cavabdeh1 ailə üzvlərinin mülkiyyətində olan JN 175 A saylı planda yeri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən və bitişik ərazidə yerləşən Vəndam bələdiyyəsinin mülkiyyətində olan 3385B saylı planda yeri göstərilən 0,03 ha torpaq sahəsindən istifadə edir. AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2318/2025 saylı Mütəxəssis Rəyinə əsasən İddiaçı iddia etdiyi Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən faktiki naturada ölçülmüş tikintialtı sahəsi 127,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin 70,0 kv/m hissəsi torpaq islahatına dair yerquruluşu xəritəsinə ( DWG) əsasən Qəbələ rayonu Vəndam qəsəbəsi inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı, JN-175A nömrəli şəhadətnaməyə əsasən xüsusi mülkiyyətdə olan ərazidə yerləşir. Qalan 57,0 kv/m hissəsi isə yaşayış məntəqələri torpaqları uqodiyası infrastruktur (yol) olmaqla Vəndam bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. X5 İnformasiya Sisteminə (TEKUİS) əsasən həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/M-05-083/2025 saylı Ekspert Rəyinə əsasən Cavabdeh1 ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində yeni tikilmiş ümumi sahəsi 96,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi (mülkiyyətdə olan həyətyanı torpaq sahəsi ilə birlikdə) indiki vaxta real bazar dəyəri 72.300,0 manat, fərdi yaşayış evinin əlahiddə daşınmaz əmlak obyekti kimi indiki vaxta real bazar dəyəri 30.000,0 manat, fərdi yaşayış evinin tikilməsinə sərf edilən mal material və görülən işlərin indiki vaxta real bazar dəyəri 25.920,0 manat təşkil edir; Cavabdeh1 ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində yeni tikilmiş ümumi sahəsi 96,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən göstərilən iki otağının tavan və döşəmə hissəsinə işlədilən materialın, iki qapı, üç plastik pəncərə, bir ədəd kombi aparatı və bir ədəd 2000,0 Lt. su çəni, 100 ədəd mişar daşı və cəmi 40,0 kv/m sahəyə uyğun sayda şifer materialının ümumilikdə indiki vaxta real bazar dəyəri 4039,0 manat təşkil edir. İşdə olan AR Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)4504/2023 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)952/2023 saylı qərarının surətinə əsasən Cavabdeh1 ailə üzvlərinin istifadəsində olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsində yeni tikilmiş fərdi yaşayış evi əlahiddə daşınmaz əmlak obyekti kimi qeydiyyatda olmada da, bir iqtisadi dəyər kimi mövcud olan mənzil ehtiyaclarını qarşılayan tikilidir və tərəflərin uzun illər ərzində orda birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. İddiaçı həmin evdə yaşamaq hüququ istisna deyil və həmin evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə , bərabərlik prinsipinə uyğun olaraq orada digərləri ilə eyni ölçüdə yaşamaq imkanına malikdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinin ( ümumi sahəsi 127,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) tikilməsinə 4039,0 manat məbləğində maddi vəsait qoymuş və başqaları ilə bərabər həmin evdən yararlanmaq, o cümlədən orda yaşamaq imkanı əldə etmişdir. AR Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi (ümumi sahəsi 127,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) tərəflərin birgə vəsaiti hesabına inşa edilərək hüquqi statusu müəyyən edilmədən yaşayış sahəsi kimi istifadə olunduğundan İddiaçı birgə mülkiyyətin iştirakçısıdır və hazırkı mənzil hüquq münasibətlərini birbaşa tənzimləyən hüquq normaları olmadığından tərəflər arasındakı yaşayış sahəsinə dair mübahisə AR Mülki Məcəlləsinin 152, 152.5, və 222.1, AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etməh hüququna malikdirlər. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evində (ümumi sahəsi 127,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) yaşayış sahəsindən istifadə hüququ cavabdehlər tərəfindən tanınmalı və o, azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülməlidir. AR Mülki Məcəlləsinin 220.1-ci maddəsinə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evində (ümumi sahəsi 127,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) İddiaçı payı cüzi olduğundan müvafiq məbləğdə kompensasiya ödənilməsi hüququ yaranmışdır, lakin 2/3 hissədə payının müəyyən edilməsini tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış üzrə tərtib edilən **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 127,0 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində İddiaçı yaşayış sahəsindən istifadə hüququ cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh3 tərəfindən tanınsın və o, xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülsün. Cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh3 müştərək qaydada 150,0 manat və İddiaçı 150,0 manat ekspertiza xərci tutulub "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-9/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-9/2025
17.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver