Məhkəmə qərarları › İş №e-2(025)-900/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-900/2023

26.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-900/2023 26.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Regional «Asan xidmət» Mərkəzində Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı nümayəndəsiƏliyev Çingiz Baxış oğlu arasında bağlanmış 09 sentyabr 2017-ci il tarixli 4Ə-776 reyestr nömrəli ünvan 1 ünvanda yerləşən 0.22 ha torpaq sahəsinin satılmasına dair müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. 24 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 nümayəndəsi ilə barışıq sazişi imzaladığını, iddia tələbində dəyişiklik etmək istədiyini və bu səbəbdən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Həmçinin göstərdi ki, onunla Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” aşağıdakı şərtlərlə bağlanmışdır. 1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda Qəbələ rayon məhkəməsinin icraatında olan e- 2(025)-900/2023 № li işi barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar. 2. İddiaçı iddia ərizəsi ilə Qəbələ rayon məhkəməsinə müraciət edərək "ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Qəbələ Regional «Asan xidmət» Mərkəzində Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2017-ci il tarixli 4Ə-776 reyestr nömrəli müqavilənin etibarsız sayılmasını" tələb etmişdir. 3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər və təsdiq edirlər ki, ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) qeydiyyat üçün hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla Cavabdeh1 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh2 nağd və köçürmə yolu ilə olmaqla ümumilikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pul ödənilmişdir. 4. Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, onun ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır. 5. Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, Qəbələ rayon məhkəməsində qaldırdığı iddianın məqsədi etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh2 ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin satışı nəticəsində əsassız olaraq varlandığı 97600 (doxsan yeddi min altı yüz) manat məbləğində pulu ondan alınmaq üçün zəruri sübutları təmin etmək və sonradan 97600 (doxsan yeddi min altı yüz) manat məbləğində pulu Cavabdeh2 almaq üçün məhkəmədə ona qarşı iddia qaldırmaqdır. 6. Hazırkı barışıq sazişinə əsasən Xəlilov X1 İradə Şamil qızının hazırkı barışıq sazişinin 7-ci maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 6.1. Cavabdeh1 qarşı qaldırdığı iddiasından imtina etməyi. 6.2. ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh1 qarşı heç bir iddia qaldırmamağı və həmin torpaq sahəsini Cavabdeh1 geri tələb etməməyi. 6.3. Qəbələ rayon məhkəməsinin icraatında olan e-2(025)-900/2023 № li iş üzrə iddiası təmin edildiyi təqdirdə ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini heç bir ödəniş olmadan Cavabdeh1 satmağı və bu məqsədlə zəruri alqı-satqı müqaviləsini icra etməyi öhdəsinə götürür. Bu halda çəkilən xərc tərəflər arasında bərabər şəkildə bölünməlidir. 7. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh1 İddiaçı hazırkı barışıq sazişinin 6-cı maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 7.1. Qəbələ rayon məhkəməsinin icraatında olan e-2(025)-900/2023 № li işə baxılarkən ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla ümumikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh2 nağd və köçürmə yolu ilə olmaqla ödənilməsini məhkəmədə verəcəyi ifadəsində təsdiq etməyi. 7.2. ünvan 2 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla ümumikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh2 nağd və köçürmə yolu ilə verilməsini təsdiq edən zəruri sübutları İddiaçı təqdim etməyi. 8. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir. 9. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq. 10. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz. 11. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir.

12. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. 13. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər. 14. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. 15. Hazırkı barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin hazırkı barışıq sazişi üzrə öhdəliklərini tam şəkildə və lazımi qaydada icra edənə qədər qüvvədədir. Beləliklə, yuxarıda göstərilən şərtlər daxilində barışıq sazişi imzalanmış və bununla bağlı “Barışıq Sazişi”nin bir nüsxəsi də məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, alqısatqı müqaviləsində torpaq sahəsinin dəyəri konkret olaraq göstərilmişdir. İddiaçının nümayəndəsinin hazırkı iddia tələbinin geri götürməsinə etirazları yoxdur. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçı ilə barışıq sazişi bağladıqlarını, iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verməsinə etiraz etmədiyini bildirdi. Əlavə olaraq göstərdi ki, onun təmsil etdiyi şəxs vicdanlı alıcıdır. Onlar hesab edirlər ki, bu işlə bağlı artıq adamlardır. Bu ailə məsələsidir. Dolayısı ilə nümayəndəsi olduğu Cavabdeh1 hesab edir ki, bu işdə cavabdeh olmamalıdır. Onlar istəyirlər ki, tərəflər barışıq sazişi etsinlər və ata ilə oğul arasında barışıq əldə olunsun. Onun təmsil etdiyi şəxsin dayısı alqı-satqıda iştirak etmiş, o da rəhmətə getmişdir. Bu işdə müqavilədən kənar ödənişlər olmuşdur. Bunu özləri bilir. Alqısatqıda iştirak edən Çingiz sağ olsaydı, hər şeyi özü olduğu kimi danışardı. O, Cavabdeh2 telefon nömrəsini Cavabdeh1 vermişdir və onlar danışıblar. Onda olan məlumata görə Cavabdeh1 Cavabdeh2 22 sot torpaq sahəsi alıb. Hər sota görə 5800 manat pul ödənilib. Ümumilikdə 127600 manat pul ödənilib. Bununla bağlı onların bütün sübutları da var. Tərəflərə də təklif edirlər ki, öz aralarında razılaşsınlar. Onun təmsil etdiyi şəxs deyir ki, o, torpaq almaq üçün külli miqdarda pul vermişdir. Bu səbəbdən müqaviləsinin ləğv olunmasını istəmir. Ona görə də o, tərəflərə təklif eləmiş ki, oturub danışıq yolu ilə razılaşsınlar. Onlarda torpaq sahəsinin həmin qiymətə alındığını sübut edən sənədlər də var və həmin sübutları iddiaçının nümayəndəsinə təqdim edib.. Üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxslər Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsininin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. X3 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən cəmi 100,40 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuş, yerdə qalan 0,40 manat məbləğində pul isə xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263- 264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə

Qərara a l d ı:

İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən “Hökümət Ödəniş” portalı vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun Nümayəndə1 geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə ondan şikayət verilə bilər.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar