Məhkəmə qərarları › İş №e-2(025)-92/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-92/2025

30.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-92/2025 30.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və cavabdehlər, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 0051 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən (4,64 ha) 51 Z saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Zalam kəndi ərazisində yerləşən 24285,00 kv.m torpaq sahəsinin zəbt edilmiş hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması, 100,0 manat dövlət rüsumu və 100,0 manat məbləğində hüquqi xidmət haqqı tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, islahat nəticəsində səkkiz nəfərdən ibarət ailə üzvlərinin (X2, X22, İddiaçı Mövlam oğlu, X13, X8, X3, X19 və X20) ümumi mülkiyyətinə Qəbələ rayonu Zalam kəndi ərizəsində 4.64 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və JN 0051 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan 51 Z və 51L saylı plan əsasında təhkim edilmişdir. 51Z saylı planda sərhədləri göstərilən 24285,0 kv.m torpaq sahəsinin təxminən 0.50 ha ərazisi uzun müddətdir ki, cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt edilərək istifadə olunur. Ona görə də, ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 0051 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən (4,64 ha) 51 Z saylı planda sərhədləri göstərilmiş Qəbələ rayonu, Zalam kəndi ərazisində yerləşən 24285,00 kv.m torpaq sahəsinin zəbt edilmiş hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması, 100,0 manat dövlət rüsumu və 100,0 manat məbləğində hüquqi xidmət haqqı tutularaq ona verilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Zalam kəndində yaşayır. Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə islahat nəticəsində X9 mülkiyyətinə Qəbələ rayonu, Zalam kəndi ərazisində 0,71 ha kənd təsərrüfatı torpaq sahəsi verilmiş və JN 0046 nömrəli «Torpağa mülkiyyət hüqüquna dair» dövlət aktına əsasən 46 L və 46Z saylı plan əsasında ayrılıb təhkim edilmişdir. Qəbələ rayonu, Zalam kəndi ərazisində yerləşən 46Z saylı planda sərhədləri göstərilən 4285,0 kv/m torpaq sahəsini mülkiyyətçidən almış və 2003-cü ildə X5 və X1 məxsus olan torpaq sahələri ilə dəyişmişdir. Onun istifadəsində olan Qəbələ rayonu Zalam kəndində yerləşən 4285,0 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə olan JN 0051 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən 51 Z saylı planda sərhədləri göstərilən 24285,00 kv.m torpaq sahəsinin ərazisində yerləşmir. Ona görə də, iddia tələbi əsassızdır. İşdə olan JN 0051 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətinə əsasən Qəbələ rayonu Zalam kəndində yerləşən 51 Z saylı planda planda sərhədləri göstərilən 24285,0 kv.m və 51L saylı planda sərhədləri göstərilən 22116,54 kv/m, cəmi 4.64 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi X2, X22, İddiaçı Mövlam oğlu, X13, X8, X3, X19 və X6 ümumi mülkiyyətindədir. İşdə olan JN 0046 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Zalam kəndində yerləşən 46 Z saylı planda planda sərhədləri göstərilən 4285,0 kv.m və 46L saylı planda sərhədləri göstərilən 2765,36 kv/m, cəmi 0.71 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi X9 mülkiyyətindədir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1981/2025 saylı Mütəxəssis Rəyində göstərilmişdir ki, JN-0051 nömrəli dövlət aktının 51Z planşetinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,4285 hektar (24285,0 kv.m) torpaq sahəsi X11 X12 (TEKUİS) faktiki istifadə vəziyyətinə uyğun 0,4685 hektar (4685,0 kv.m) əskik, 1,96 hektar (19600,0 kv.m) qeyd edilmişdir;JN-0046 nömrəli dövlət aktının 46Z planşetinə əsasən iddiaçı X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,4285 hektar (4285,0 kv.m) torpaq sahəsi X11 X12 (TEKUİS) faktiki istifadə vəziyyətinə uyğun 0,08 hektar (800,0 kv.m) əskik, 0,35 hektar (3500,0 kv.m) qeyd edilmişdir; X4, X22, İddiaçı, X14, X8, X7, X19 və X10 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN-0051 saylı “Torpağa mülkiyyət hüququna dair” akta əsasən 51 Z saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Zalam kəndində yerləşən 2,4285 hektar (24285,0 kv.m) torpaq sahəsinin 0,3210 hektar (3210,0 kv.m) hissəsi (koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir.) Cavabdeh1 istifadəsindədir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 23 may 2025-ci il tarixli, 10/3536 nömrəli ekspert rəyində göstərilmişdir ki, JN-0051 nömrəli dövlət aktının 51Z planşetinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,4285 hektar (24285,0 kv.m) torpaq sahəsi X11 X12 (TEKUİS) faktiki istifadə vəziyyətinə uyğun 0,4685 hektar (4685,0 kv.m) əskik, 1,96 hektar (19600,0 kv.m) qeyd edilmişdir;JN-0046 nömrəli dövlət aktının 46Z planşetinə əsasən iddiaçı X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,4285 hektar (4285,0 kv.m) torpaq sahəsi X11 X12 (TEKUİS) faktiki istifadə vəziyyətinə uyğun 0,08 hektar (800,0 kv.m) əskik, 0,35 hektar (3500,0 kv.m) qeyd edilmişdir; X4, X22, İddiaçı, X14, X8, X7, X19 və X10 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN-0051 saylı “Torpağa mülkiyyət hüququna dair” akta əsasən 51 Z saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Zalam kəndində yerləşən 2,4285 hektar (24285,0 kv.m) torpaq sahəsinin 0,3210 hektar (3210,0 kv.m) hissəsi (koordinatları və yerləşmə mövqeyi yerquruluşu planında göstərilmişdir) Cavabdeh1 istifadəsindədir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X2, X22, İddiaçı Mövlam oğlu, X13, X8, X3, X19 və X6 ümumi birgə mülkiyyətində olan JN – 0051 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 51 Z saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Zalam kəndində yerləşən 2,4285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,3210 ha hissəsinə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 heç bir əsası olmadan yiyələnərək ərazidən faktiki surətdə istifadə edir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 0051 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 51 Z saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Zalam kəndində yerləşən 2,4285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1981/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 №-li planda qeyd olunan koordinatları əhatə edən 0,3210 ha ərazisi cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən azad edilib onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan JN 0051 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 51 Z saylı planda sərhədləri göstərilən Qəbələ rayonu, Zalam kəndində yerləşən 2,4285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-1981/2025 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 4 №-li planda qeyd olunan koordinatları əhatə edən 0,3210 ha ərazisi cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 100,0 (bir yüz) manat cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə keçirilsin. Cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 100,0 (bir yüz) manat dövlət rüsumu və 100,0 (bir yüz) manat hüquqi yardım haqqı tulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar