Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-921/2022 26.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "qeyri yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qeyri yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "qeyri yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "qeyri yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dairməhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri yaşayış sahəsindən və həmçinin ona məxsus Qəbələ rayonu Mirzəbəyli kəndində İddiaçı məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəyə maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsi və 100 (yüz) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri 2 (keçmiş ünvan A.Vasilyev) ünvanında 90-cı illərdə mağaza almışdır. Həmin mağazanı rəsmi olaraq 2004-cü ildən qeydiyyata salmaqla işlədirmiş. Lakin artıq 5 ildir ki, Cavabdeh həmin mağazanı mənimmsəyərək və başqa şəxslərə verərək ona həmin mağazadan istifadə etməyə imkan vermir. Dəfələrlə ona mağazanı boşaltmağı və ona istifadəyə maneələrə son qoymağı tələb etsə də, cavabdeh bu hərəkətlərinə son qoymamışdır. Təqdim etdiyi vergi orqanlarından arayışdan da göründüyü kimi 2006-cı ilin 22 mayından həmin əmlakı vergidə onun adına qeydiyyata alınaraq işləməyi üçün sənəd də verilmişdir. Həmçinin cavabdeh ona məxsus onun fındıq zavodunun qabağında tikdirdiyi və fındıq və qarşıq malların satışı üçün düzəltdirdiyi dəmir köşkü də mənimsəmiş və istifadə etməyinə mane olur. Həmin sahəni də artıq illərdir ki, mənimsəyib işlədir. Hətta orada olan onun mallarını belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur. Həmin dəmir köşkü hərbi şəhərcikdə düzəltmişdir. Bunu həmin köşkü düzəldənlər və texnika ilə ora gətirənlərdə təsdiq edir. Həmçinin İcra nümayəndəliyindən təqdim etdiyi arayışdan da göründüyü kimi dəmir köşk onun fındıq emalı zavodunun qarşısındadır və ona məxsusdur. Göründüyü kimi cavabdeh hər iki əmlakını mənimsəyərək istifadə edir və ona onlardan istifadəyə maneçilik törədir. Göstərilənlərə əsasən belə hesab edir ki, iddiası qanuni və əsaslı olduğundan qısa zaman ərzində təmin olunmalı, qeyri-yaşayış sahəsi boşaldılmalıdır. İddiaya Etiraz: xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı onun haqqında məhkəməyə müraciət etmiş olduğu tələbinin əsassız, qanunazidd və ən başlıcası məntiqsiz olduğunu bildirir və aşağıda göstərdiklərinə əsasən hesab edir ki, iddia məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərir ki, “mən Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri (keçmiş ünvan A.Vasilyev” ünvanında 90-cı illərdə mağaza almışdır”. Bildirir ki, İddiaçı iddia ərizəsində bu ifadəni yazmaqla məhkəməni aldatmağa cəhd etmişdir. Ona görə ki, onun iddiasında göstərdiyi mağaza ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin N saylı hərbi hissəsinin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərciyi olmuşdur. Ötən əsrin 80-90-cı illərində 30765saylı hərbi hissənin rəhbərliyinin razılığı ilə göstərilən mağazanı işlədirmiş. Lakin sonradan, yəni müstəqillik dövründə hərbi hissənin rəhbərliyi ona məktubla bildirmiş ki, N saylı hərbi hissənin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərciyi ərazisində işlətdiyi ticarət müəssisənin fəaliyyət göstərməsi Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının Qəbələ RLS-lə bağlı müqavilənin tələblərinə ziddir. Həmin məktubda bildirilir ki, mağazanın fəaliyyət göstərməsi üçün adıgedən hərbi hissənin rəhbərliyi ilə yenidən razılaşma müqaviləsi bağlandıqdan sonra mağaza fəaliyyət göstərə bilər. Lakin, az keçməmiş həmin hərbi hissə və hərbi yaşayış şəhərciyi Qəbələ rayonunu tərk etmiş və həmin mağaza içərisində bəzi əşyalar olmaqla bu günə kimi bağlı qalmaqdadır və açarlar da ondadır. Həmin mağazanı qeyri-yaşayış obyekti kimi özəlləşdirmək məqsədi ilə Dövlət Əmlak Komitəsinə bir neçə dəfə şifahi müraciət etmiş, lakin həmin hərbi şəhərcik ərazisində olan obyektlərin özəlləşdirilməsinə hələlik icazə verilmədiyini əsas gətirərək imtina etmişlər.N saylı hərbi hissəsinin komandiri S.Starostinin ona ünvanladığı 08 fevral 2005-ci il tarixli 463 saylı məktubunu əlavə edir. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Bölməsinin rəisi, polis polkovnikleytenantı F.X.Əliyevin Qəbələ-2 şəhəri “QORODOK” mağazasının müdiri Cavabdeh ünvanladığı 07 sentyabr 2007-ci il tarixli 1/328 saylı məktubla bildirilir ki, “Sizin rəhbərlik etdiyiniz mağaza gecə gözətçi tərəfindən mühafizə olunmur” və sairə. Göstərdiyi hərbi hissə komandirinin məktubunun 08 fevral 2005-ci il tarixdə yazılması və polis bölməsi rəisinin məktubu 07 sentyabr 2007-ci il tarixdə yazılması və hər iki məktubun adıgedən mağaza ilə bağlı olmaqla ona ünvanlanması sübut edir ki, İddiaçı iddia ərizəsində “mən Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri (keçmiş ünvan A.Vasilyev” ünvanında 90-cı illərdə mağaza almışdım” göstərməsi yalandır və o, açıq-aşkar məhkəməni aldatmaqla özgəsinin əmlakına yiyələnməyə cəhd edir. Qəbələ şəhəri hərbi şəhərcik deyilən ərazidə (keçmiş ünvan A.Vasilyev” yerləşən, yəni keçmiş SSRİ-nin N saylı hərbi hissəsinin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərcikdə ticarət müəssisəsi kimi fəaliyyət göstərmiş qeyriyaşayış sahəsinin ona məxsus olmasına dair mülkiyyət hüququ verən müvafiq sənədi İddiaçı məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, İddiaçı həmin qeyri-yaşayış sahəsindən onun çıxarılmağını və həmin sahəni, orada olan ona məxsus əşyaları və qapının açarlarını ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırması əsassız, qanunsuz və məntiqsizdir. Ona görə hesab edir ki, İddiaçı iddia tələbi məhkəmə tərəfindən rədd edilməli və təmin edilməməlidir. Daha sonra isə İddiaçı iddia ərizəsində göstərir ki, “Həmçinin bildirim ki, cavabdeh mənə məxsus mənim fındıq zavodunun qabağında tikdirdiyi və fındıq və qarışıq malların satışı üçün düzəltdirdiyi dəmir köşkü də mənimsəmiş və istifadə etməyinə mane olur. Həmin sahəni də artıq illərdir ki, mənimsəyib işlədir. Hətta orada olan mənim mallarımı belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur”. İddiaçı bu iddiasını da yalandan yazaraq məhkəməni aldatmaqla özgəsinin əməlakına yiyələnməyə cəhd edir. Belə ki, “Hətta orda olan mənim mallarımı belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur” yazması heç də həqiqəti əks etdirmir. Onun yalan göstərməsi və məhkəməni aldatmasını sübuta yetirən sənəd, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ rayon Polis şöbəsində 09 yanvar 2022-ci il tarixdə HK-1\34 sayla qeydiyyata alınmış, həmin şöbənin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X3 09 yanvar 2022-ci il tarixdə saat 14:21 radələrində Qəbələ rayonu Mirzəbəyli kənd sakini Cavabdeh Azərbaycan Respublikası DİN-in qaynar xəttinə müraciət edərək kəndin girəcəyində yerləşən ona məxsus qab-qacaq mağazasının klidinin dəyişdirilməsi və pəncərəsinin sındırılması bardə vemriş olduğu məlumat əsasında 22 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardır. Bundan başqa irəli sürdüyü torpaq sahəsinə Qəbələ rayonu Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elxan Abdullayevin imzaladığı və gerbli möhürlə təsdiqlədiyi xx.xx.2022-ci il tarixli 119 saylı arayışı əlavə etmişdir. Həmin arayışda göstərilmişdir ki, “verilir Qəbələ rayon Mirzəbəyli (Corlu) kənd sakini İddiaçı ondan ötəri ki, həqiqətən o, Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşk (dəmir dükan) Qəbələ rayon Mirzəbəyli kənd sakini İddiaçı məxsusdur. Arayış Qəbələ rayon məhkəməsinə təqdim etmək üçün verilir”. Arayışda “yol kənarında olan iki ədəd dəmir köşk (dəmir dükün” və “İddiaçı məxsusdur” göstərilmiş olsa da, arayışın hansı normativ akta, yaxud mülkiyyət hüququnu təsdiq edən sənədə istinadən verildiyi göstərilməmişdir. Odur ki, “iki ədəd dəmir köşk (dəmir dükan”ın altında olan torpaq sahəsinin Qəbələ rayonu Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisi olmasına dair sənədin və həmin əmlakın, yəni “iki ədəd dəmir köşkün (dəmir dükan”ın “Qəbələ rayon Mirzəbəyli kənd sakini İddiaçı məxsus” olması barədə mülkiyyət hüququnu təsdiqləyən sənədi Mirzəbyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X7 rayon məhkəməsinə təqdim etməsini məhkəmədən xahiş edir. Tərəfindən edilmiş sorğuya, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10№-li Yol İstismarı MMC-nin 28 iyul 2022-ci il tarixli 74 saylı məktubunda bildirmişdir ki, “Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfində hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 saylı qərarına əsasən, yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən obyektə aid olan sahənin kənarına qədər olan məsafə 30 m-dən az olmamlıdır”. Adıgedən iki ədəd dəmir köşk isə, yolun mərkəzindən 25-27 metr məsafədə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət etdiyi ərazidir və Qəbələ rayonu Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisi deyil. İddiaçı isə iki ədəd köşkə, yəni qeyri-yaşayış sahəsindən onun çıxarılması və həmin sahəni, orada olan ona məxsus əşyalar və qapının açarlarını ona təhvil verməsi barədə məhkəmədə iddia tələbi qaldırması əsassız, qanunsuz və məntiqsizdir. Ona görə hesab edir ki, İddiaçı bu iddia tələbi də məhkəmə tərəfindən rədd edilməli və təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, eyni zamanda göstərmişdir ki, ona məxsus fındıq zavodunun qarşısında olan ona məxsus mağazaların (köşklərin) iddiasını qaldırmışdır. Hər iki mağaza ona məxsusdur və həmin mağazaları o inşa etdirmişdir. Birini təxminən 20 ildən çoxdur düzəltdirmiş, digəri isə təxminən 15-16 il olar. Torpağın və köşklərin ona məxsus olması ilə bağlı bütün sənədləri olsa da, cavabdeh işlətməyə imkan vermir. Köşkləri açıb işlətmək istəyir, cavabdeh 102 qaynar xəttinə zəng vurub deyib ki, mağazalar onundur. Köşklərin ona məxsus olmasını kənd icra nümayəndiliyindən aldığı arayış təsdiq edir. Ruslar hərbi şəhərcikdə olduğu müddətdə həmin köşklər işləmişdir. Onlar gedəndən sonra isə bağlanmış, belə olub VÖEN-ni də bağlatmışdır. Köşkün birini 1994-cü ildə düzəltdirmişdir. İkincisini də dəqiq vaxtı yadında qalmasa da, təxminən 1998-ci ildə düzəltdirmişdir. İkisi də hal-hazırda fındıq sexinin qabağındadır. Əvvəllər həmin köşklər hərbi şəhərcikdə olub, sonra müasir mağazalar tikiləndən sonra orda müasir tikili mağaza tikmişdir. Sonra da həmin mağazanı içində 76000 dollar pulla cavabdehə bağışlayıb çıxmışdır. Mağaza hərbi şəhərciyin içərisində yerləşir. Əgər ondan əl çəksə, köşklərini qaytarsa, o da şəhərcikdə tikdirdiyi mağazanı ona verər. Hərbi şəhərcikdə tikdirdiyi mağazanın ona məxsus olmasını sübut edən VÖEN-i var. Bir də işıq sayğacı onun adınadır. Köşkü 1998-ci ildə hərbi şəhərcikdən aparıb Mirzəbəyli kəndində yerləşən ona məxsus fındıq emal zavodunun qarşısına qoymuşdur. Ora aparandan sonra bir müddət işlətmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxış edib, iddia tələbinin rədd edilməsini xahiş etdi.Eyni zamanda göstərdi ki, iddiaçının dedikləri hamısı yalandır. Mağazaları o işlətmiş və malı o gətirmişdir. İşçiləri o işlətmiş, maaşlarını o vermişdir. İddiaçının orda heç nədən xəbəri olmamışdır. Həmin mağazalar dəmir köşklər imiş və hərbi şəhərcikdə yerləşmişdir. Dəmirdən idi deyə müəyyən mallar xarab olurmuş deyə komandir daşdan tikməyə icazə vermişdir. O da dəmir köşkləri götürüb qırağa qoymuşdur. Sonradan İddiaçı ona demiş ki, gətir fındıq emalı zavodunun qabağına qoy. 2006-cı ildə hərbi şəhərcikdə mağazanı tikmişdir. Həmin vaxt da Tofiqin sözünə qulaq asıb köşkləri aparıb fındıq emalı zavodunun qabağına qoymuşdur. Ona həmin vaxt zavodun qabağında böyük bir ərazini göstərib demiş ki, burda avtoyuma, restoran, mebel mağazası tikərsən, həmçinin bu köşkləri də işlədərsən. Həmin ərazidə köşkləri qoymuş və restoran tikmişdir. Hazırda köşkün birinin içində ona məxsus mal var. Malların hamısını o almışdır. 3-4 ay əvvəl öz dostuna zəng vurdurub ki, mağazanı ona satsın. Əvvəl razı olmamış, sonra zəng vuranda demiş ki, satır. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir. 14 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X4 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Zarağan kənd sakinidir. O, Cavabdeh ilə həmin mağazalarda təxminən 4 il işləmişdir. Həm Hərbi şəhərcikdəki, həm də kənddə yerləşən mağazalarda ekspeditel kimi işləmişdir. Belə ki, özümə məxsus Ford markalı yük maşını ilə sürücü kimi işləmiş və mal gətirirmiş. 2008-ci ildən 2013-cü ilə qədər işləmişdir. 2012-ci ildə ruslar Hərbi şəhərcikdən getdiyinə görə malları kəndə aparmışlar. O vaxt Cavabdeh ondan mağaza açarsa onunla işləməyə biləcəyini soruşmuşdur. O da həmin vaxt Araz marketdə işləmişdir. Texniki mallardan, yəni televizordan, çanaq antenadan yaxşı başı çıxırmış. Mağazada televizor, dvd, çanaq antena və başqa bu tip mallar satırmışlar. Mağazanın özünün satıcısı var imiş, o isə ekspeditel kimi mal gətirirmiş. Ona hər reys üçün malın pulun, yanacağın, yeməyin pulunu, bir də aylıq 200 manat maaş verirmiş. O, həm mağazaya həm alıcı gətirmiş, həm də özü çanaq antenaları quraşdırırmıış. 2012-ci ildə Hərbi hissə yavaşyavaş dağılmışdır. Tahir dayı da ona demiş ki, belə getsə burda daha alver olmayacaq. Onlar həmdə mağazaya sonradan qab-qacaq da gətirmişlər. Onun maşını var imiş deyə Cavabdeh ona demiş ki, malları kənddəki mağazaya aparsın. Kənddəki mağazada da özünün satıcısı var imiş. Kənddəki mağaza İddiaçı fındıq zavodunun qabağında imiş. Həmin mağazada işi olmamış, çünki gedib mal gətirməyə ehtiyac olmamışdır.Hər dəfə onun müştərisi olanda, televizor, antenna almaq istəyən olanda ora aparırmıış. Ondan sonra heç bir ticarət əlaqələri olmamışdır. Cavabdeh çoxdan tanıyır, bilirmiş ki, şəhərcikdə mağazası var və oradan həmişə ərzaq alırmış. 26 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında X1 şahid qismində verdiyi izahatında göstərmişdir ki, o, Qəbələ rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayndəsi vəzifəsində işləyir. İddiaçı Qəbələ rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli arayış onun tərəfindən imzalanmışdır. Həmin arayışın verilməsinə səbəb isə Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşk (dəmir dükan) Qəbələ rayon Mirzəbəyli kənd sakini İddiaçı məxsus olmasını bilməsi olmuşdur. Eyni zamanda İddiaçı iki ədəd dəmir köşkün onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə dair torpaq sahəsinin mülkiyyət sənədini vermişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı verilmiş arayışda göstərilmişdir ki, İddiaçı (VÖEN: **********) 23 iyul 2004-cü il tarixdə vergi uçotuna alınmışdır. Uçot məlumat bazasına əsasən vergi ödəyicisinin adına ünvan 7 ünvanı üzrə qeydiyyatda olmuş, **********- 440001 kodlu, “Qarışıq mallar mağazası” adlı təsərrüfat subyektu (obyekti) 22 may 2006-cı il tarixdə uçota alınmış, 30 yanvar 2014-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan X5 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı qeyri əhali abonenti olaraq Hərbi şəhərcikdə (Qəbələ-2) olaraq özünə məxsus mağazada 2013-cü ilin oktyabr ayından **********30084 (**********9) kodu ******* №-li sayğac ilə elektrik enerjisindən istifadə edir. Sayğac İddiaçı adınadır. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayndəliyi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli, 119 nömrəli arayışda göstərilmişdir ki, Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşk (dəmir dükan) Qəbələ rayon Mirzəbəyli kənd sakini İddiaçı məxsusdur. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Qəbələ şəhəri 2 (keçmiş ünvan A.Vasilyev) ünvanında yerləşən qeyri yaşayış sahəsindən, həmçinin Qəbələ rayonu Mirzəbəyli kəndində yol qırağında ona məxsus fındıq zavodun qabağında yerləşən dəmir köşk mağazanı 3 (üç) gün ərzində tərk edərək təhvil verməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 74 nömrəli arayışda göstərilmişdir ki, Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfində hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il 298 nömrəli qərarına əsasən yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən obyektə aid olan sahənin kənarına qədər olan məsafə 30 m-dən az olmamalıdır. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş 19 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş Cavabdeh “kəndin girəcəyində yerləşən ona məxsus qab-qacaq mağazasının kilidinin dəyişdirilməsi və pəncərəsinin sındırılması barədə” müraciəti əsasında toplanmış HK-1/34 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 18 avqust 1999-cu il tarixli aktda göstərilir: “Biz Qəbələ rayon DVM-nin bölmə rəhbəri E.Abdullayev, böyük dövlət vergi müfəttişi İ.Muradov, Qəbələ rayon DVM-nin 18.08.99-cu il tarixli AR seriyalı 159109 saylı vəsiqəsi ilə Qəbələ rayon DVM-nin işçiləri İ.Muradov və A.Allahverdiyevin Qəbələ rayon Zarağan kəndində Cavabdeh məxsus mağazada əhali ilə nəğd hesablaşmaların aparılması qaydalarına nəzarət və aksiz markası ilə markalanmadan tütün məmulatları və alkoqollu içkilərin satılması vəziyyəti barədə yazılmış illik aktlara yekun akt tərtib etdik. Yekun akt yazılmasında mağazanın müdiri X9 iştirak etdi.oxlama ilə aşağıdakı nöqsanlar aşkar edildi.1.Mağazada əhali ilə nəğd hesablaşmalar HKA-dan istifadə edilməklə, lakin müştəriyə qəbz verilmədən və uçot kitabında qeydiyyat olmadan aparılır. DVX haqqında Qanunun 6-cı maddəsinin XÜ-bəndi alıcıya verilməli olan çekin verilməməsinə görə 1.500 min manat məbləğində maliyyə sanksiyası tətbiq edildi. Yoxlama gününə 1.000 min manat maliyyə sanksiyası büdcəyə ödənildi.2.Mağazada tütün məmulatı və akoqollu içkilərin satışına nəzarət işləri yoxlnılarkən aksiz markasız mallar aşkar edilmədi.Yuxarıda göstərilən nöqsanların bir daha təkrar olunmaması üçün mağazanın müdirinə tapşırıq verildi.Yuxarıda göstərilən sanksiyanın 10 gün müddətinə büdcəyə ödənilməsinə tapşırıq verilldi.” Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi (1): Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün ona məxsus olduğunu, lakin həmin əmlakların cavabdehin faktiki istifadəsində olduğunu, bu səbəbdən isə cavabdeh tərəfindən həmin əmlaklardan istifadəyə maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsini tələb edir. Cavabdeh isə həmin əmlakların mülkiyyətçisinin iddiaçı deyil onun olduğunu, iddiaçının həmin əmlakların onun mülkiyyətində olmasına dair məhkəməyə əsaslı sənəd təqdim etmədiyini, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində iddiaçı Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün istifadəsinə maneələrə son qoyulmasını, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, iddia tələbinin əsaslandığı hallara, yəni iddia etdiyi əmlaklara dair mülkiyyət hüququ olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə məhkəməyə iclasında iddia tələbini etiraf etməmiş, qeyd olunan əmlakların iddiaçıya heç bir aidiyyatının olmadığını bildirmişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Belə ki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün onun mülkiyyətində olmasına dair bəzi sübutlar, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi, X5 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi və Qəbələ rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayndəliyi tərəfindən verilmiş arayışları iddia ərizəsinə əlavə edərək, sözügedən əmlakların onun mülkiyyətində olmasını sübuta yetirmək istəmişdir. Məhkəmə isə həmin sübutlarıQəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün iddiaçının mülkiyyətində olmasını təsdiqləyən sübut növü kimi nəzərə almır. Belə ki, hazırkı iş üzrə iddiaçının cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etdiyi əmlaklar (Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri yaşayış sahəsi və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşk) daşınmaz əmlaklardır. Mülki qanunvericilik belə əmlakların əldə edilməsi, qeydə alınması və özgəninkiləşdirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə əmlakın qanuni sahibi olduğunu iddia edən tərəf əmlaka mülkiyyət hüququnu təsdiq edən müvafiq hüquq müəyyən edici sənəd, yaxud əmlaka hüquqlarının yarandığını təsdiq edən müqavilə (alqısatqı, bağışlama, istifadə, icarə, sosial kirayə və s) təqdim etməlidir. İddiaçı isə məhkəməyə belə bir sənəd təqdim etməmişdir. Məhkəmənin mövqeyi (2): Bundan əlavə məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli əmlakların onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalı, yəni cavabdeh həmin faktı etiraf etməlidir. Əks halda iddiaçının ümumiyyətlə belə iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün məhkəmənin istinad olunan maddənin digər dispozisiya şərtləri üzrə, o cümlədən, cavabdehin əmlaka sahibliyinin qanuniliyi barədə araşdırma aparması mübahisənin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətsizdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında Cavabdeh onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi əmlakların bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakların hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında Cavabdeh onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçının sözügedən iddia tələbi ilə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "qeyri yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dairiddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı "qeyri yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dairiddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-921/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-921/2022
26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver