Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-983/2025 26.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər, X7, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı “mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi“ tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X1 və iddiaçılar, İddiaçı2, İddiaçı1 və İddiaçı3 iştirakı ilə, iddiaçılar, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər, X7, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı mirasın vərəsələr arasında bölünüb payların müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər, X7, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı mirasın vərəsələr arasında bölünüb payların müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2008-ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********48) və 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN 117 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı) vərəsələr arasında bölünərək hər birinə düşən paylın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 izahatında göstərmişdir ki, o, X8 və X2 törəmiş və eyni şəxslərdən törəmiş İddiaçı1, İddiaçı3, X7, Cavabdeh2, Cavabdeh3 və X5 ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evində həddi-buluğa çatanadək yaşamışdır. Evləndikdən sonra hər biri başqa yaşayış sahəsinə köçmüş, Cavabdeh2 və Cavabdeh3 isə valideynləri ilə birlikdə qalmışlar. Torpaq islahatı aparılarkən Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən cəmi 0,32 ha həyətyanı torpaq sahəsi (JN 027A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə) və 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN 117 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı) X8 və X3 mülkiyyətinə verilmişdir. X8 xx.xx.2008-ci il tarixdə, X6 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Cavabdeh2 və Cavabdeh3 valideynlərlə eyni ünvanda qalmalarından istifadə edərək mirasa birlikdə yiyələnmiş və bölünməsinə imkan verməyərək digər vərəsələri vərəsəlik hüquqlarından məhrum etmişlər. Ona görə də, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********48) və 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN 117 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı) vərəsələr arasında bölünərək hər birinə düşən paylın müəyyən edilməsi haqqında iddia qaldırmışlar. İşdə olan JN 117 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surtinə əsasən planda yeri təyin olunmuş Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,70 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə X8 və X3 ümumi paylı mülkiyyətinə verilmişdir. İşdə olan JN 027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surtinə əsasən planda yeri təyin olunmuş Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə X8 və X3 ümumi paylı mülkiyyətinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə **********48 reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət hüququ üzrə X8 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AZ İİ 107323 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan AZ İİ 101187 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İşdə olan İ-İE 615947 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1959-cu il tarixdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş İddiaçı2 X8 və X2 törəmişdir. İşdə olan AZ-V 041329 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1948-ci il tarixdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş İddiaçı1 X8 və X2 törəmişdir. İşdə olan AZ-İ 291580 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1953-cü il il tarixdə Qəbələ rayonu, Qəbələ kəndində anadan olmuş İddiaçı3 X8 və X2 törəmişdir. İşdə olan AR ƏN Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-12-2053/2024 nömrəli məlumata əsasən X8 və X3 vərəsələri - İddiaçı1, İddiaçı3, X7, Cavabdeh2, Cavabdeh3, X5 və İddiaçı2dır. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1112 saylı məlumata əsasən X8 və X2 qalmış mirasa dair İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığına və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etmədiyinə görə imtina edilmişdir. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilmıəsi bardə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında şərh edilir ki, Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2009-cu il tarixdə vəfat etmiş X3 vərəsələri - İddiaçı1, İddiaçı3, X7, Cavabdeh2, Cavabdeh3, X5 və İddiaçı2dır. Onların hər biri qanunla ( Mad:1256) müəyyən edilmiş müdətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən (Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********48) və 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN 117 nömrəli Dövlət aktı) ona düşən payı (1/7 hissədə) qəbul etmişdir. Ona görə də, miras kütləsi qanun üzrə vərəsələr arasında bərabər qaydada bölünərək İddiaçı2, İddiaçı1 və İddiaçı3 hər birinin payı 1/7 hissədə müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. xx.xx.2008-ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********48) və 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN 117 nömrəli Dövlət aktı ) 1-ci növbədə vərəsələr (İddiaçı1, İddiaçı3, X7, Cavabdeh2, Cavabdeh3, X5 və İddiaçı2) arasında bərabər qaydada bölünərək iddiaçılar, İddiaçı2, İddiaçı1 və İddiaçı3 payı 1/7 hissədə müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-983/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-983/2025
26.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver