Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-985/2025 29.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X3nun xx.xx.1940-cı ildə Qəbələ rayonu, Laza kəndində X2 və anası X9 olmaqla doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxxxx 1970-ci ildə Qəbələ rayonu Laza kəndində anadan olmuşdur. X3, X1 olub. Onların birgə nikahlarından 6 övladları dünyaya gəlmişdir. X3 xx.xx.1979-cu il tarixdə vəfat edib. Ondan qalan miras əmlakla bağlı notariat ofisində vərəsəlik açdırmaq istəyərkən ona məlum olmuşdur ki, mərhum atasının Doğum haqqında Şəhadətnaməsi mövcud deyildir. Mərhum X3 xx.xx.1940-cı ildə Qəbələ rayonu, Laza kəndində anadan olmuşdur. X2, anası X9 olmuşdur və onlar da hal-hazırda vəfat etmişlər. Atası 12 aprel 1964-cü ildə X1 ilə nikaha daxil olmuşdur. X1 da xx.xx.2005-ci ildə vəfat etmişdir. Onların babaları köçəri həyat tərzi sürmüşlər. Ona məlum olmayan səbəblərdən mərhum atasına Doğum haqqında Şəhadətnamə alınmamışdır. Hazırda onun doğumundan çox müddət keçmişdir. Mərhum atasının adına doğum haqqında şəhadətnamənin mövcud olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs 03 iyun 2025-ci il tarixli, 3-16-5/8-11-1255 saylı məktubunda qeyd olunmuşdur ki, Maraqlı şəxs arxivindəki doğum haqqında akt qeydləri yoxlanılmış, lakin mərhum X3nun doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, Maraqlı şəxsndən ona məhkəmənin qərarı olmadan doğumumun qeydə alınması mümkün olmadığını bildirmişlər. Ona doğum haqqında şəhadətnamə atasından miras qalmış əmlakın notariat ofisində vərəsə kimi rəsmiləşdirilməsi üçün lazımdır. Hazırda doğum haqqında şəhadətnamə olmadığından, müvafiq sənədləşmə işlərinin aparılması mümkün deyildir. Mərhum atasının doğum faktı məhkəməyə təqdim olunmuş Nikah Şəhadətnaməsində və onun və bacılarının Doğum haqqında Şəhadətnaməsində və digər sənədlərdə öz əksini tapır. Həmçinin, ərizədə qeyd olunan fakt məhkəmə iclasına dəvət ediləcək şahidlər vasitəsi ilə də təsdiq oluna bilər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X4 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, X13 onun atası olmuşdur. Atası o uşaq olarkən rəhmətə getmişdir. Məhkəmə iclasında X8 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, mərhum Abul Xəlilovun bacısı oğludur. Abul və onun anası bir bacı və qardaş olmuşlar. Mərhum dayısı onun yadındadır. Onlar qışlaq dövründə Kürdəmirdə məskunlaşdıqlarından Kürdəmi rayonunda vəfat etmiş və orada dəfn edilmişdir. Məhkəmə iclasında X14 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, mərhum Ərizəçi onun atasıdır. Atası yol nəqliyyat hadisəsi nəticəsində 39 yaşında vəfat etmişdir. Atası vəfat edən zaman onun 5 yaşı vardır. Atasının ad gününü 15 mayda qeyd etmişlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ rayon Həmzəlli kənd İƏN-yi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 933436 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X15 xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1979-cu ildə 07 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli, 3-16-5/8-92/2025 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X13 ilə X5 12 aprel 1964-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. Nikaha A.Xəlilovun xx.xx.1979-cu ildə ölməsi ilə bağlı xitam verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli, 3-16-5/8-11-1255 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X7 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X7 ata adı “X11”, ana adı “X9” kimi göstərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi mərhum X3 15 may 1940-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Laza kəndində doğulmuşdur. X2, anası X6r. Lakin Ərizəçi mərhum X3nun ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X3nun 15 may 1940-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Laza kəndində doğulması, atasının X11, anasının X9 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-985/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-985/2025
29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver