Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-209/2023 02.06.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X2 23 iyun 2020-ci il tarixli 165 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borc 8529,37 manat, faiz borcu 111,73 manat olmaqla, cəmi 8641,10 manat və 23 iyun 2020-ci il tarixli 166 saylı güzəştli kredit müqaviləsi üzrə 913,16 manat əsas, 0,92 manat faiz borcu olmaqla, cəmi 914,08 manat borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc tələbinin Qobustan rayonunun Xilmilli kəndində Cavabdeh mülkiyyətində olan 0,178 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.metr yaşayış, 12.6 kv.metr köməkçi sahədən ibarət olmaqla, cəmi 49,4 kv.metr sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 24000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan cəmi 9555,18 manat kredit borcunun və 115,56 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X2 23 iyun 2020-ci il tarixli 165 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borc 8529,37 manat, faiz borcu 111,73 manat olmaqla, cəmi 8641,10 manat və 23 iyun 2020-ci il tarixli 166 saylı güzəştli kredit müqaviləsi üzrə 913,16 manat əsas, 0,92 manat faiz borcu olmaqla, cəmi 914,08 manat borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc tələbinin Qobustan rayonunun Xilmilli kəndində Cavabdeh mülkiyyətində olan 0,178 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.metr yaşayış, 12.6 kv.metr köməkçi sahədən ibarət olmaqla, cəmi 49,4 kv.metr sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 24000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan cəmi 9555,18 manat kredit borcunun və 115,56 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdən sonra cavabdeh tərəfindən ödəniş edildiyini göstərərək cavabdeh X2 23 iyun 2020-ci il tarixli 165 saylı müqaviləyə əsasən 8678,14 manat və 25 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 857,98 manat olmaqla, cəmi 9536,12 manat borc, 115,56 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra İddiaçı QSC) Şamaxı filialı ilə Qobustan rayon sakini Cavabdeh arasında 23 iyun 2020-ci il tarixli 165 və 166 saylı güzəştli kredit müqavilələri bağlanmışdır. 23 iyun 2020-ci il tarixli 165 saylı müqaviləyə əsasən Cavabdeh 8811,74 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa 23 iyun 2020-ci il tarixli 166 saylı müqaviləyə əsasən Cavabdeh 1408,60 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh ilə bağlanmış güzəştli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimiİddiaçı QSCnin Şamaxı filialı ilə Cavabdeh arasında 23 iyun 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh özünə məxsus Qobustan rayonu, Xilmilli kəndində mülkiyyətində olan 0.178 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.m yaşayış, 12.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini 23 iyun 2020-ci il tarixli 165 və 166 saylı güzəştli kredit müqavilələrinin təminatı olaraq yüklü etməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlə bağlanmış 23 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 24000 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlə bağlanmış güzəştli kredit müqavilələrinin 3.4-cü bəndinə əsasən, borclu bu müqavilə üzrə kreditora çatmalı olan krediti və ona hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Güzəştli kredit müqavilələrinə əlavə edilmiş ödəniş cədvəllərinə görə cavabdeh xx.xx.2020-ci il tarixli 165 və 166 saylı güzəştli kredit müqavilələrinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilələrin şərtlərinə əməl etməmişdir. Cavabdeh güzəştli kredit müqavilələrinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Cavabdehin hər 2 müqavilə üzrə İddiaçı QSC-yə olan əsas borcu 9442.53 manat, faiz borcu 112,65 manat olmaqla, cəmi borcu 9555,18 manat təşkiledir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır.Cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişi nəticəsiz qalmışdır. Cavabdeh X2 23 iyun 2020-ci il tarixli 165 saylı müqaviləyə əsasən 8678,14 manat və 25 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 857,98 manat olmaqla, cəmi 9536,12 manat borc, 115,56 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc tələbinin Qobustan rayonunun Xilmilli kəndində Cavabdeh mülkiyyətində olan 0,178 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.metr yaşayış, 12.6 kv.metr köməkçi sahədən ibarət olmaqla, cəmi 49,4 kv.metr sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyəri ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 24000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə aralarında bağlanmış 23 iyun 2020-ci il tarixli 165 və 166 saylı güzəştli kredit müqavilələrinə əsasən bankdan kredit götürmüş, kreditin təminatı olaraq mülkiyyətində olan evi ipoteka ilə yüklü etmişdir. Evin ipoteka qiyməti ilə razıdır. Maddi imkanı olmadığı üçün banka olan borcunu tam ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. İpoteka ilə yüklü etdiyi evin satılmasına razı deyil. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2020-ci il tarixli 165 və 166 saylı güzəştli kredit müqavilələrindən görümür ki, 23 iyun 2020-ci il tarixli 165 saylı müqaviləyə əsasən Cavabdeh 8811,74 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa 23 iyun 2020-ci il tarixli 166 saylı müqaviləyə əsasən Cavabdeh 1408,60 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) ilmüddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2020-ci il tarixli 165 və 166 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış güzəştli kreditin təminatı olaraq Qobustan rayonu, Xilmilli kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 0.178ha torpaq sahəsi və 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.metr yaşayış, 12.6 kv.metr köməkçi sahədən ibarət olmaqla, cəmi 49,4 kv.metr sahəsi olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 24000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilir ki, Qobustan rayonunun Xilmilli kəndində yerləşən 0.178ha torpaq sahəsi və 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.metr yaşayış, 12.6 kv.metr köməkçi sahədən ibarət olmaqla, cəmi 49,4 kv.metr sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 25 noyabr 2022-ci tarixli bildirişindən göstərilir k, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müəyyən olundu ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra İddiaçı QSC) Şamaxı filialı ilə Qobustan rayon sakini Cavabdeh arasında 23 iyun 2020-ci il tarixli 165 və 166 saylı güzəştli kredit müqavilələri bağlanmışdır. 23 iyun 2020-ci il tarixli 165 saylı müqaviləyə əsasən Cavabdeh 8811,74 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa 23 iyun 2020-ci il tarixli 166 saylı müqaviləyə əsasən Cavabdeh 1408,60 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) ilmüddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh ilə bağlanmış güzəştli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimiİddiaçı QSCnin Şamaxı filialı ilə Cavabdeh arasında 23 iyun 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh özünə məxsus Qobustan rayonu, Xilmilli kəndində mülkiyyətində olan 0.178 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.m yaşayış, 12.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini 23 iyun 2020-ci il tarixli 165 və 166 saylı güzəştli kredit müqavilələrinin təminatı olaraq yüklü etməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlə bağlanmış 23 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 24000 manat məbləğində müəyyən edilmişdir. Borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X2 23 iyun 2020-ci il tarixli 165 saylı güzəştli kredit müqaviləsinə əsasən 8678,14 manat və 25 sentyabr 2020-ci il tarixli 166 saylı müqaviləyə əsasən 857,98 manat olmaqla, cəmi 9536,12 manat borc, 115,56 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, borc tələbinin Qobustan rayonunun Xilmilli kəndində Cavabdeh mülkiyyətində olan 0,178 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.metr yaşayış, 12.6 kv.metr köməkçi sahədən ibarət olmaqla, cəmi 49,4 kv.metr sahəsi olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan cəmi 9536,12 manat kredit borcu və 115,56 manat dövlət rüsumu ödənilməli və ipoteka predmetinin qiyməti 24000 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 23 iyun 2020-ci il tarixli 165 saylı güzəştli kredit müqaviləsinə əsasən 8678,14 manat və 25 sentyabr 2020-ci il tarixli 166 saylı müqaviləyə əsasən 857,98 manat olmaqla, cəmi 9536,12 manat borc, 115,56 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi Qobustan rayonu Xilmilli kəndində Cavabdeh mülkiyyətində olan 0,178 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 36.8 kv.metr yaşayış, 12.6 kv.metr köməkçi sahədən ibarət olmaqla, cəmi 49,4 kv.metr sahəsi olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin satılması hesabına Cavabdeh İddiaçı QSC-yə olan cəmi 9536,12 manat kredit borcu və 115,56 manat dövlət rüsumu ödənilsin və ipoteka predmetinin qiyməti 24000 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-209/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-209/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver