Məhkəmə qərarları › İş №e-2(026)-213/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-213/2025

05.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-213/2025 05.03.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32, İddiaçı33, İddiaçı34, İddiaçı35, İddiaçı36, İddiaçı37, İddiaçı38 və İddiaçı39 cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmək haqlarına müddətli əlavələrin və aylıq əmək haqqının tam ödənilməsi və məhkəmə xərclərinin əvəzinin tutulması tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32, İddiaçı33, İddiaçı34, İddiaçı35, İddiaçı36, İddiaçı37, İddiaçı38 və İddiaçı39 cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqlarına müddətli əlavələrin, “COVİD-19” pandemiyası ilə mübarizəyə cəlb edildikləri müddətdə cavabdeh tərəfindən hər ay üçün təsdiq edilmiş iş vaxtının uçotu tabelinə və növbətçilik cədvəlinə əsasən işlədikləri saata uyğun aylıq əmək haqqının tam ödənilməsi, məhkəmə xərclərinin (mediasiya xərclərinə görə hər birinə 50 manat, vəkil xərcinə görə 100 manat) əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin hazırda iddiaçılar tərəfindən irəli sürülmüş tələb qeyri-müəyyən xarakter daşımaqla, onların hər birinin ayrı-ayrılıqda cavabdeh publik hüquqi şəxsdən əmək haqqına hansı miqdarda əlavə tələb etdiklərini, eləcə də, onların “COVİD-19” pandemiyası ilə mübarizəyə cəlb edildikləri müddətdə cavabdeh tərəfindən hər ay üçün təsdiq edilmiş iş vaxtının uçotu tabelinə və növbətçilik cədvəlinə əsasən neçə saat işlədiklərini, həmin saatların neçəsinə görə əmək haqqı ödənildiyini, əmək haqqı ödənilməmiş saatların hər iddiaçıya münasibətdə nə qədər təşkil etdiyini və onların məbləğini müəyyən etmək mümkün olmur. Halbuki, iddiaçı öz tələbində iddianın predmetini dəqiq şəkildə göstərməlidir. Başqa sözlə, iddiaçılar cavabdehdən hər biri ayrı-ayrılıqda məhz nə qədər ödənilməmiş əmək haqqı və əmək haqqına əlavələri tələb etmələrini onların hər birini ayrıca qeyd etməklə dəqiq şəkildə göstərməlidirlər. Bundan başqa, elektron sənəd şəklində təqdim olunmuş iddia ərizəsində 39 iddiaçı göstərilməklə, elektron sistemə 39 iddiaçının adı daxil edilmişdir. Lakin iddia ərizəsinin skan olunaraq yerləşdirilmiş versiyasında 42 iddiaçının adı qeyd edilmişdir. Bundan başqa, elektron sənəd şəklində olan iddia ərizəsində elektron sistemə üçüncü şəxs daxil edilməmiş olsa da, skan olunaraq yüklənilmiş iddia ərizəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi üçüncü şəxs kimi göstərilmişdir. Göründüyü kimi, təqdim olunmuş iddia ərizələrində tərəflərlə bağlı qeyri-müəyyənliklər mövcuddur. MPM-in 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir MPM-in 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. MPM-in 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Azərbaycan Respublikası Vəkillər X1 27 sentyabr 2018-ci il tarixli qərarı ilə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə təsdiq olunmuşdur. Həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründüyü kimi, mülki prosesdə şəxsin nümayəndəsi kimi ya onun yaxın qohumu, ya da vəkil iştirak edə bilər. Hazırda elektron sənəd şəklində iddia ərizəsində adı göstərilərək elektron sistemə daxil edilən 39 iddiaçının Vəkil etibarnamə verməsi müəyyən edilir (digər 3 şəxs – Elnarə Şıxıyevanın, Samirə Həmidovanın və Vahid Rəhimlinin adından isə etibarnamə verilməmişdir). Lakin Vəkil həmin 39 iddiaçının yaxın qohumu olması müəyyən olunmur. Belə olan halda onun nümayəndə kimi iddiaçıların adından çıxış edə bilməsi və iddia ərizəsini imzalaması üçün hər bir iddiaçı ilə arasında bağlanılmış müqavilə əsasında verilən vəkil orderinin olması zəruridir. Lakin hazırda iddia ərizəsinə sadəcə İddiaçı37 ilə bağlanmış müqavilə üzrə olan 21 noyabr 2024-cü il tarixli vəkil orderi əlavə olunmuşdur. Digər iddiaçıların isə heç biri barəsində bu cür order müəyyən olunmur. Göründüyü kimi, Vəkil həmin şəxslərin adından nümayəndə kimi iddia ərizəsini elektron imza vasitəsilə imzalamaq səlahiyyəti olmamışdır. Bundan başqa, İddiaçı37 adına olan vəkil orderində isə tapşırığın yerinə yetirildiyi təşkilat dəqiq göstərilməmiş, ümumi olaraq “məhkəmə” qeyd edilməklə kifayətlənilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, skan olunaraq yerləşdirilmiş iddia ərizəsində bir neçəsi istisna olmaqla, digər iddiaçıların imzası olsa da, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi ilə təqdim olunduğundan həmin iddia ərizəsinin elektron imza vasitəsilə imzalanması və bu cür prosesin ona hüququ olan şəxs tərəfindən həyata keçirilməsi zəruridir. Yuxarıda qeyd edilənlər isə onu deməyə əsas verir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsinə elektron sənəd şəklində təqdim edilmiş iddia ərizəsində adı göstərilmiş 39 iddiaçıdan bir neçəsinin – İddiaçı28, İddiaçı24, İddiaçı18 (eləcə də, skan olunmuş versiyada adı qeyd edilmiş Samirə Həmidovanın və Vahid Rəhimlinin) məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət etməsini təsdiq edən sənəd əlavə olunmamışdır. MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263 və 264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32, İddiaçı33, İddiaçı34, İddiaçı35, İddiaçı36, İddiaçı37, İddiaçı38 və İddiaçı39 cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmək haqlarına müddətli əlavələrin və aylıq əmək haqqının tam ödənilməsi və məhkəmə xərclərinin əvəzinin tutulması tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar