Məhkəmə qərarları › İş №e-2(026)-341/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-341/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-341/2023 17.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 2022-ci il 15 aprel tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2250 manat borcun və 42,50 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 2022-ci il 15 aprel tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2250 manat borcun və 42,50 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdən sonra cavabdeh tərəfindən ödəniş edildiyini göstərərək Cavabdeh 2022-ci il 15 aprel tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2051 manat borcun və 42,50 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 15 aprel tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4500,00 manat öhdəlikdən 2250,00 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2250,00 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş məhkəmənin icraatında olarkən Cavabdeh tərəfindən cəmiyyətin xeyrinə 200 manat pul ödənilmişdir. Ona görə də 2022-ci il 15 aprel tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2051,00 manat borcun və 42,50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahat verərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 15 aprel 2022-ci il tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4500,00 manat öhdəlikdən 2250,00 manat ödəniş edilmişdir. Həmin kombaynı 16 aprel 2022-ci il tarixində rayon bölməsinin parkından təhvil aldıqdan sonra taxılyığan kombaynla Şamaxı rayonunun Göylər kəndi ərazisindən keçərkən başqa avtomaşın tərəfindən vurularaq yol-nəqliyyat hadisəsi törədilmişdir. Cəmiyyətə olan 2250 manat borcdan 200 manat ödəniş etmişdir. Qalan borcu da hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh aralarında bağlanmış 15 aprel 2022-ci il tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən cavabdehə 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn istifadəyə verilmişdir. "xxxx" ASC-in 16 aprel 2022-ci il tarixli 02/02143 saylı aktdan görünür ki, SR-2045 modelli, 2014-cü il buraxılışlı, **-AB-*** dövlət qeydiyyat nişanlı, 561463 şassı zavod nömrəli, A48057 mühərriki və (zavod nömrəsi) taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. 04 aprel 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 15 aprel 2022ci il tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2250 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 aprel 2023-cü il tarixli 3-22-13/2-S-xx-xx/2023 saylı pretenziyasından görünür ki, Cavabdeh borcun ödənilməsi bildirilmişdir. Müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 15 aprel tarixli 02/02143 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4500,00 manat öhdəlikdən 2250,00 manat ödəniş edilmişdir. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi kreditora olan borcunu ödəməkdən yayınmışdır. Lakin məhkəmədə iddia qaldırıldıqdan sonra Cavabdeh tərəfindən cəmiyyətin xeyrinə 200 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2051 manat borc və 42,50 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2051 manat borc və 42,50 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar