Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-387/2022 11.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində özbaşına tikilinin sökülməsi tələbinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı1 nümayəndəsi X2 iddianı müdafiə edərək Azərbaycan Respublikası Prezidentinin 2000ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin işçiləri tərəfindən Qobustan Rayonu Yekəxana bələdiyyəsinin ərazisində növbəti monitorinq keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 10.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, onların yerli qurumları və yerli bölmələri -torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrinin təyinatı üzrə istifadə edilməsinə və qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilməsinə-nəzarət edirlər. Monitorinq zamanı vətəndaş Cavabdeh tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 3.54 ha əkin torpaq sahəsinin 30.0 kv.m hissəsində məqsədli təyinatdan kənar tikinti, eləcə də münbit qatın korlanması ilə nəticələnən qazıntı işlərinin aparılması faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə”nin 4.16.3-cü bəndinə əsasən, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyətinin vəzifələrinə aiddir. Belə ki, vətəndaşın tikinti apardığı torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 3-cü fəsli kənd təsərrüfatı təyinatlı torpaqlara həsr olunmuşdur. Bir qayda olaraq, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsində torpaqların məqsədli təyinatı və hüquqi rejimi ilə bağlı qeyd edilir ki, torpaqların məqsədli təyinatı-torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Həmin Məcəllənin 13-cü maddəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 82.1-ci bəndində göstərilir ki, torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi özbaşına tikinti və onun nəticələrinə həsr olunub. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdeh tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 3.54 ha əkin torpaq sahəsinin 30.0 kv.m hissəsində məqsədli təyinatdan kənar tikilmiş qanunsuz tikintinin sökülməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh izahat verərək göstərdi ki, iddianı qəbul etmir. Qobustan rayonunun Təsi kəndi ərazisində 3,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almış və həmin yerə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da almışdır. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki yardımçı tikilinin sahəsi 30 kv.m deyil, 18 kv.mdir. Həmin yardımçı tikilinin tikintisinə qanunvericiliklə icazə tələb olunmamışdır. Bu “yerli icra hakimiyyəti haqqında əsasnamənin” tələblərində də yoxdur. Yəni icra hakimiyyətinin səlahiyyətinə dair normativ sənəd olan əsasnamə xüsusi mülkiyyətdə olan torpaq sahəsində yardımçı tikilinin sökülməsi səlahiyyəti olmadığı kimi, prosedur mexanizmi də yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən “mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çox 5 metr, sahəsi 100 kv.m olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunur. Normativ aktın tələbinə yardımçı tikilinin texniki göstəriciləri uyğun gəldiyi üçün, yəni sökülməsi tələb olunan tikilinin sahəsi 88 kv.m, hündürlüyü 2,2 m, bir mərtəbəlidir, kənd təsərrüfatına xidmət edən yardımçı tikilidir və kənd təsərrüfatı təyinatı bağlı obyektdir. Ona görə də İddiaçı1 kənd təsərrüfatı təyinatı torpaq sahəsi üzərində inşa edilmiş tikilinin sökülməsi tələbi qanunsuz və əsassızdır. Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək işlərinin çoxluğu ilə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və məhkəmə tərəfindən veriləcək hər hansı bir qərara etirazlarının olmadığını göstərmişdir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.3-cü maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq; tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. Tikinti məmulatının və (və ya) tikinti hissələrinin sınaq nümunələrinin yoxlanılması ilə bağlı xərclər bu Məcəllənin 102.3-cü maddəsində müəyyən edilmiş qaydada ödənilir. Tikintiyə dövlət nəzarəti zamanı bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələrinə aid işlərin müvafiq peşəkarlıq sertifikatına malik şəxslər tərəfindən yerinə yetirilməsi də yoxlanılır. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbinə əsasən tikinti ilə bağlı zəruri məlumatlar, tikinti sənədlərinin (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) əsli və ya surətləri həmin orqana təqdim olunmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 oktyabr 2021-ciil tarixli çıxarışın surətindən görünür ki, Qobustan rayonu Təsi kəndi ərazisindən Cavabdeh xüsusi mülkiyyətinə 3,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 36 nömrəli vərəqəsində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edildiyindən İddiaçı1 Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı kənd təsərrüfatı təyinatı üzərində özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Cavabdeh, və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı kənd təsərrüfatı təyinatı üzərində özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-387/2022
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-387/2022
11.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver