Məhkəmə qərarları › İş №e-2(026)-445/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-445/2022

16.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-445/2022 16.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" Sahibkar Ticarət Kommersiya Müəssisəsinin direktoru X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Sahibkar Ticarət Kommersiya Müəssisəsinin direktoru X1 Cavabdeh qarşı Qobustan Rayon Poladlı kəndində yerləşən müəssisəyə məxsus olan torpaq sahəsindən çıxarılmasına, həmin sahədə tikilmiş qanunsuz tikintilərin cavabdehin hesabına sökülməsinə, torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneənin cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sahibkar Ticarət Kommersiya Müəssisəsinin direktoru X3 Cavabdeh qarşı Qobustan Rayon Poladlı kəndində yerləşən müəssisəyə məxsus olan torpaq sahəsindən çıxarılmasına, həmin sahədə tikilmiş qanunsuz tikintilərin cavabdehin hesabına sökülməsinə, torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneənin cavabdehə qadağan edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Sahibkar Ticarət Kommersiya Müəssisəsinin direktoru X3 məhkəməyə barışıq sazişi təqdim edərək barışıq sazişini məhkəmənin təsdiq etməsini xahiş etdi. Cavabdeh da məhkəmədən barışıq sazişini təsdiq etməsini xahiş etdi. Məhkəməyə təqdim olunmuş barışıq sazişində göstərilir ki, barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır. "xxxx" Sahibkar Ticarət Kommersiya Müəssisəsi, Cavabdeh qarşı olan iddiasını geri götürür. Cavabdeh öhdəsinə götürür ki, "xxxx" Sahibkar Ticarət Kommersiya Müəssisəsinə, həmin müəssisənin direktoru X2, habelə onun tərəfindən təyin olunmuş şəxslərə və müəssisənin digər əməkdaşlarına torpaq sahəsindən istənilən formada istifadə olunmasına, habelə torpaq sahəsinin sərhədlərinin çəpərlənməsinə və torpaq sahəsində hər hansı bir işlərin aparılmasına maneə törətməyəcək. Həmçinin Müəssisə tərəfindən aparılan əkin və bağ salma işlərinə ziyan vurmayacaq. Cavabdeh razılıq verir ki, tikdiyi ev "xxxx" Sahibkar Ticarət Kommersiya Müəssisəsinə məxsus torpaq sahəsindədir, həmin evin yerləşdiyi tikintialtı torpaq sahəsindən başqa müəssisəyə məxsus olan torpaq sahələrinə müdaxilə etməyəcək, tikinti və əkin işləri aparmayacaq. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, barışıq sazişinin hər hansı bir şərtini pozarsa, iddiaçının ərizəsi əsasında cavabdeh tərəfindən tikilmiş bütün tikililər söküləcəkdir. Tərəflər barışıq sazişini qəbul etməsini və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul etməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.- Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Sahibkar Ticarət Kommersiya Müəssisəsinin direktoru X3 ilə Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunsun. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar