Məhkəmə qərarları › İş №e-2(026)-94/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-94/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-94/2024 18.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 manat borcun və 55 manat dövlət rüsumunun, cəmi: 3555 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 manat borcun və 55 manat dövlət rüsumunun, cəmi: 3555 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6500 manat öhdəlikdən 3000 manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 3500 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 manat borcun və 55 manat dövlət rüsumunun, cəmi: 3555 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahat verərək göstərdi ki, İddiaçı ASC ("xxxx" ASC) ilə aralarında bağlanmış 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2065 markalı taxılyığan kombaynı lizinqə götürmüşdür. İddiaçı ASC ilə aralarında bağlanmış müqaviləyə əsasən cəmiyyətə 3000 manat borcu qalmışdır. Həmin borcu ödəyəcək. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, 1 ədəd Sampo SR-2065 markalı taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh 6500 manat öhdəlikdən 3000 manat ödəniş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 01 dekabr 2023-cü il tarixli 3-22-13/2-Ə-16- 300/2023 saylı pretenziyasından görünür ki, Cavabdeh borcun ödənilməsi bildirilmişdir. Müəyyən olundu ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR- 2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6500 manat öhdəlikdən 3000 manat ödəniş edilmişdir. Cavabdehin cəmiyyətə hazırda 3500 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə cavabdehdən yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 manat borc və 55 manat dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2023-cü il 28 aprel tarixli 07/02701 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3500 manat borc və 55 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar