Məhkəmə qərarları › İş №e-2(027)-100/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-100/2025

07.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-100/2025 07.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdehlər X13 və Cavabdeh3, Onların nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı üçüncü şəxslər Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla, cavabdehlər Cavabdeh3, X17 və Cavabdeh1 oğluna qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında, şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (e-2(027)-100/2025 saylı mülki iş üzrə) xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0,13 ha torpaq sahəsinə və üzərində yerləşən X4na məxsus fərdi yaşayış evinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, (e-2(027)-100/2025 saylı mülki iş üzrə) İddiaçı xx xxxxxx 1967ci il tarixdə Quba rayonu, Amsar kəndində anadan olmuşdur. X10 ilə X4 02 mart 1959-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından X30, Cavabdeh1 oğlu, Yəhyayeva (Abasova) Raziyə Əmri qızı, X21, X38 və oanadan olmuşdur. Bacılarından xx.xx.1956-cı il təvəllüdlü X30, X21 və qardaşı X16 olarkən vəfat etmişlər. İş üzrə Cavabdeh1 oğlu isə uzun müddətdir Rusiya Federasiyasına köçüb gedib, daimi olaraq həmin ölkədə yaşayır və bir daha vətənə geri qayıtmaq fikri yoxdur. X4 xx.xx.2013-cü il tarixdə, X10 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Valideynlərindən Quba rayonu, Amsar kəndi ərazisində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən fərdi yaşayış evi və 0,14 ha torpaq sahəsi miras qalmışdır. O həmişə atası və anasının sağlığında qeyd edilən fərdi yaşayış evinə gedib gəlmişdir. Onlara baxmışdır. Valideynlərinin vəfatından sonra da dəfn və yas mərasimlərində mütəmadi olaraq iştirak etmişdir. Hazırda iş üzrə cavabdeh Yəhyayeva (Abasova) Raziyə Əmri qızı valideynlərindən qalmış miras əmlaka təkbaşına sahiblik etməyə və onun sahibliyinə maneə olmağa çalışır. Əlavə olaraq qeyd etmək istəyir ki, miras qalmış fərdi yaşayış evində hal-hazırda yaşayış yoxdur. Cavabdehin də özünə məxsus ayrı yaşayış evi vardır. O,valideynlərindən qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi tərəfindən ona mirasın qəbulu müddəti ötürüldüyü və vərəsələr arasında mübahisə olduğu əsas gətirilərək imtina cavabı verilmişdir. Hesab edir ki, notariat orqanı qüvvədən düşmüş qanun normalarına istinad etməklə onun vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüşdür. Bu halda isə qeyd edilən qərar mənim vəziyyətimi yüngülləşdirdiyi üçün mənə də şamil edilməli və onun vərəsəlik hüququ tanınmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (maddə 149 Vİİ) və “X32 Haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 87.2) tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Hal-hazırda qanunvericilik iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməli olduğunu tələb edir. O valideynlərindən miras qalmış əmlakdan imtina etməmiş, əksinə həmin miras əmlakları faktiki qəbul etmişdir. Deməli, onun vərəsəlik hüququ da tanınmalıdır. Odur ki, notariat ofisinin mirasın qəbulu müddətini ötürməyi əsası ilə ona imtina cavabı verməsi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Mirasın qəbulu ilə bağlı olan müddət nəzərdə tutan qanunvericilik normaları qüvvədən düşdüyü və onun valideynlərindən miras qalmış əmlakdan birinci növbə vərəsə kimi pay almaq hüququ qanunvericiliklə tanındığı üçün pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (2(027)-183/2025 saylı mülki iş üzrə) miras qoyan 01 iyul 2013-cü il tarixdə vəfat etmiş X3 galmış miras əmlak olan xx.xx.2018-ci il qeydiyyat tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən X20 adına verilmiş 04 fevral 2019-cu il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında X20 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi; həmin çıxarış əsasında X29 ilə X26 arasında Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-600 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X13 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; miras qoyan 01 iyul 2013-cü il tarixdə vəfat etmiş X12 qalmış miras əmlak olan xx.xx.2018-ci il qeydiyyat tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınanaraq payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, (2(027)-183/2025 saylı mülki iş üzrə) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi valideynlərinin adına daşınmaz əmlakların olub-olmaması ilə bağlı sorğuya sadəcə fərdi yaşayış evi və evin yerləşdiyi torpağın olduğu cavabını vermişdir. O X4nun Quba rayonu, Amsar kəndi ərazisində başqa torpaq sahəsinin olduğunu da bildiyi, lakin həmin torpaq sahəsi ilə bağlı hər- hansı məlumatın olmamasından şübhələndiyi üçün məhkəmə prosesləri gedişində əlavə vəkil sorğuları ilə aidiyyəti qurumlara müraciət etmiş, sorğu cavabları ilə məlum olmuşdur ki, X4nun adına xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışla Quba rayonu, Amsar kəndi ərazisində 0,15 ha torpaq həyətyanı torpaq sahəsi qeydə alınmış, atasının ölümündən sonra isə X10 onun vərəsə kimi hüquqlarını pozaraq və ona hər hansı məlumat vermədən, o notariusa çağrılmadan vərəsəlik açdıraraq qeyd edilən torpaq sahəsi ilə bağlı öz adına 04 fevral 2019-cu il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin vərəsəlik işi ilə tanış olduqda məlum olmuşdur ki, o da X4nun vərəsələrinin sırasında qeyd edilsə də, iş üzrə cavabdeh olan bacısı Cavabdeh3 vərəsəlik işinin açılması zamanı notariat ofisinə dəvət olunmuş, ona aid bütün sənədlər toplanaraq guya mirası qəbul etməməsi barədə imtina ərizəsi də alınmış, lakin bütün bu olanlar baş verərkən nə iş üzrə cavabdeh olan Quba Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notarius, nə də bu işdən xəbərdar olan digər ailə üzvləri ona məlumat verməmiş, onun hər hansı fikrini belə soruşmamışlar. Bununla da onun atasından miras qalmış əmlakları faktiki qəbul etməyinə, atasının vəfatından sonra mütəmadi olaraq ondan miras qalmış evə gedib gəlməyinə, miras əmlakı idarə etməyinə baxmayaraq onun vərəsəlik hüquqlarını kobud şəkildə pozmuşlar. Belə ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin olmaması o demək deyildir ki, o mirası qəbul etməmişdir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. O atasının vəfatından sonra mütəmadi olaraq atasından miras qalmış evə gedib gəlmiş bütün yas mərasimlərində iştirak etmiş və mirası qəbul etməyini faktiki şəkildə nümayiş etdirmişdir. Mirasdan imtina ilə bağlı da hər hansı ərizə yazmamışdır. Mirasdan paylar müəyyən edilərkən onun payının da olması nəzərə alınmalı idi. X3 vərəsəliyin açılması ona hal-hazırda məlum olmuş, iş üzrə Cavabdeh3 bu günə kimi bununla bağlı məlumatlı olduğu halda ona bilərəkdən məlumat verməmişdir. Belə ki, atası Əmri Abasovun adına vərəsəlik açıldıqdan və Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alındıqdan sonra X10nın adına xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarış verilmiş və üzərindən bir ay keçmədən də, yəni xx.xx.2019-cu il tarixli, 4ə-600 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iş üzrə cavabdeh olan bacısı Cavabdeh3 oğlu X13 adına özgəninkiləşdirilmişdir. Daha sonra isə xx.xx.2019-cu il tarixdə X13 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış alınmışdır və sonuncunun mülkiyyətinə verilmişdir. Onun varlığı, hüquqlarının olması, ona məlumat verilməməsi, onun mirası faktiki qəbul etməyi və atasının birinci növbəli vərəsələrindən biri olduğu həqiqəti bacısı oğlu olan cavabdeh Əli Yəhyayevə məlum olmuşdur. Bununla da o bağışlama müqaviləsi üzrə vicdanlı əldə edən hesab edilə bilməz. Atasından miras qalmış əmlakdan birinci növbə vərəsə kimi pay almaq hüququ qanunvericiliklə tanındığı üçün pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə 2(027)-183/2025 saylı mülki iş üzrə icraatın e-2(027)-100/2025 saylı mülki iş üzrə icraatla birləşdirilməklə baxılmasını xahiş etmiş, Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-183/2025 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 oğluna, X17, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(027)-183/2025 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 oğluna, X17, Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə e-2(027)-100/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh3 və X13 nümayəndəsi qismində vəkili Vəkil elektron qaydada iddia ərizəsinə qarşı etirazlar təqdim edərək, etirazı onunla əsaslandırmışlar ki, iddia predmeti olan, hüquqların dövlət qeydiyyatı haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu Amsar kəndində 0,13 (iddia ərizəsində göstərildiyi kimi 0,14 deyil) ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi mərhum anası - X29 tərəfindən sağlığında oğluna, yəni öz nəvəsinə - X17 16 may 2022-ci il tarixdə vəsiyyət edilmişdir. Həmdə vəsiyyətnamə X46 Xidmət Mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmişdir. İddiaçı bacısı-İddiaçı özünün də iddia ərizəsində etiraf etdiyi kimi ataları - X15 və anaları- X1 həmişə iddia predmeti olan fərdi yaşayış evinə yalnız gəlib -getmiş, onların vəfatından sonra isə dəfn və yas mərasimlərində qonaq kimi iştirak etmişdilər. Atası- X15 və anası - X20 ahıl və yaşlı vaxtlarında o və ailə üzvləri, xüsusən də oğlu X26 həmişə onların yanında olublar, qulluqlarında durublar, xəstələndikdə həkimə aparıblar. Anası - X29 xx.xx.2020-ci il tarixdə yıxılaraq xəsarət almış, vəfat edənə kimi yataq xəstəsi olmuş və bu müddət ərzində o və ailə üzvləri, xüsusəndə oğlum - X26 onun yanında qalıb, ona maddi və mənəvi dəstək olub. Bu müddət ərzində tək qalmasın deyə anasını hazırda yaşadığı evdə saxlamışdılar. Bu müddət ərzində bacısı-İddiaçı və onun ailə üzvlərindən heç kim anasının xəstəliyi ilə maraqlanmamış, gəlib onun yanında qalmamış, bir manat olsun belə maddi dəstək olmamışlar. İddiaçı bacısı - X22 nə özü, nədə ailə üzvləri anasının qara bayramında və il mərasimində iştirak etməmişlər. Həm atası - X15, həmdə anası - X20 yas mərasimlərinə çəkilən xərclər onun və ailə üzvləri tərəfindən ödənilmişdir. Həm anasının, həmdə atasıın qəbirüstü daşlarını o və ailə üzvləri düzlətdirmişdir. Oğlu - X26 nənəsini çox istədiyindən onun adını nəsildən-nəsilə ötürmək üçün öz qızına onun adını qoymuşdur. Anamın adını daşıyan nəvəsi Minayə xx.xx.2014-cü ildə doğulmuşdur və həmin dövrdə anası sağ olmuş və heç kim mirasın bölüşdürülməsi haqda düşünəmişdi. X7 qızı və digər qızı - X9 oğlu, yəni nəvəsi - X27 uşaq vaxtlarından anası-X20 qulluğunda olmuşlar. Belə ki, 1995-ci ildən sonra sonra Lalə və Kənan həmişə onun yanında qalmışlar. Anam 1999-cu Bakı şəhərində Respublikanski xəstəxanasında gözündən, 2000-ci ildə isə Qusar rayon mərkəzi xəstəxanasında kistadan əməliyyat olunduğu üçün yatarkən Lalə (onun 1999-cu ildə 12 yaşı var idi) onun yanında qalmışdır. Nənəsinə bağlı olduğu üçün Lalə yalnız 31 yaşında ailə həyatı qurmuşdur. Qeyd edir ki, o heç vaxt atası və anası üçün xərclədiyi pulların hesabatını aparmamış və bunu övladlıq borcu hesab etmişdir. Bu gün isə bacısı- İddiaçı ona qarşı vərəsəlik iddiası qaldırmasını təəccüblə qarşılayıram və bu səbəbdən xərclənən vəsaitlər barədə təqribi qiymətlər deməyə məcburdur. Qeyd edir ki, atası - X25 üçün dava-dərman alınmasına, onun qəbirüstü daşının düzəltdirilməsinə və yas mərasiminə o və ailə üzvləri tərəfindən fiziki cəhətdən işlər görüldüyü və az vəsait xərcləndiyi üçün bunları nəzərə almamağa qərar vermişdir. Anası - X20 xəstəliyinin müalicəsi, dava-dərmanı və sairə üçün - 3800 (üç min səkkiz yüz) AZN; qəbirüstü daşının götürülməsi üçün - 850 (səkkiz yüz əlli) AZN;yas mərasimlərinin verilməsi üçün - 6700 (altı min yeddi yüz) AZN xərcləmişdir; Onun dəfn mərasiminin təşkili üçün Dövlət Sosial Müdafiə Fondundan - 700 (yeddi yüz) AZN almışdır. Yekun olaraq o və ailə üzvləri tərəfindən yuxarıda qeyd olunan məqsədlər üçün 10650 (on min altı yüz əlli) AZN vəsait xərclənmişdir. Atası - X15 və anası - X20 yaşadıqları son illərdə onlara o və ailə üzvləri tərəfindən qulluq göstərilməsi (eləcə də anasının xəstəliyi dövründə onu öz evində saxladığını), həkimə aparılmaları, müalicələri, dava-dərmanlarının alınması, yas mərasimlərinin verilməsi, həm atasının, həmdə anasının qəbirüstü daşlarının ovə ailə üzvləri tərəfindən götürülməsini şahidlər təsdiq edə bilərlər (şahidlərin adları etirazda qeyd olunmuşdur): O, işin hərtərəfli, tam və obyektiv tədqiq olunacağına, məhkəmənin ədalətli qərar verəcəyinə inanır. X17 məxsus hüquqların dövlət qeydiyyatı haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan çıxarışa əsasən Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsi mərhum nənəsi-X29 tərəfindən 12 mart 2019-cu il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ona bağışlanılmışdır. Həm də bağışlama müqaviləsi Quba regional “Asan xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmişdir. Hamıya bəllidir ki, bu bağışlama müqaviləsi mərhum nənəsi X2 iradə ifadəsi nəticəsində baş vermişdir. Hazırda sözügedən əmlak beş ildən artıqdır ki, onun mülkiyyətindədir, ona sahiblik edir, ondan istifadə edir, tərəfindən həmin torpaq sahəsində bir çox yaxşılaşdırma işləri görülmüşdür, bunun üçün çoxlu maliyyə vəsaiti sərf olunmuşdur. Mərhum babası X25 01 iyul 2013-cü il tarixdə, nənəsi isə 12 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Nə üçün babası vəfat etdikdən sonra xalası, İddiaçı vərəsəlik münasibətlərinin araşdırılması üçün X5na qarşı iddia qaldırmamışdır. Səbəbi çox sadədir. Çünki xalası İddiaçı hələ mərhum babası X11 ikən nə ona, nə də mərhum X5na layiqli övlad olmamış, öz övladlıq borcunu layiqincə yerinə yetirməmişdir. Bu səbəbdən nə mərhum babası X25, nə də mərhum X5 onunla sıx ünsiyyət saxalmamışdılar, xəstəliyi dövründə onlara baxmamış, heç bir zaman qulluqlarında durmamış, heç bir zaman özünü əziyyətə verməmişdir. İddiaçı tərəfin iddia ərizəsində istinad etdiyi “X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 yanvar 2009cu il tarixli Qərarı təhlil edilmiş və həmin qərarda vərəsəlik hüquq münasibətlərindən bəhs edilmədiyi məlum olmuşdur. Babası - X25 xx.xx.2013-cü il tarixdə vəfat etdiyi üçün iddiaçı xalası - İddiaçı miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı və məlumatı olmuşdur. Lakin buna baxmayaraq o nəinki müddətin xüsusi şərtlərini, ümumi iddia müddətini də ötürmüşdür. X5 iddia predmeti olan, hüquqların dövlət qeydiyyatı haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan çıxarışa əsasən Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsini 12 mart 2019-cu il tarixdə ona bağışlamışdır. Hədiyyənin bağışlanmasından iki ildən çox müddət keçdiyi üçün isə sözügedən daşınmaz əmlak miras əmlakda nəzərə alına bilməz. Eyni zamanda, hesab edir ki, nə anası Cavabdeh3, nə də dayısı Cavabdeh1 oğlunun iddia predmeti olan daşınmaz əmlakla heç bir bağlılığları olmadığı üçün onların hazırkı mülki işdə tərəf kimi saxlanılmaları məqsəduyğun deyildir. Göstərilənləri nəzərə alaraq, anası Cavabdeh3 və dayısı Cavabdeh1 oğlunun hazırkı mülki işdə tərəf kimi qəbul edilməməsi barədə qərardad çıxarılması, iddia predmeti olan, mərhum nənəsi - X29 tərəfindən 12 mart 2019-cu il tarixdə ona bağışlanılmış və hazırda onun mülkiyyətində olan hüquqların dövlət qeydiyyatı haqqında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan çıxarışa əsasən Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsi barədə iddia tələbininin müddətin keçməsi ilə əlaqədar rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında 0,15 ha həyətyanı torpaq sahəsi ilə bağlı hissədə qeyd etmişdir ki, Amsar kəndi ərazisində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi iddiaçının atasının ölümündən sonra X10 onun vərəsə kimi hüquqlarını pozaraq və ona hər hansı məlumat vermədən, o notariusa çağrılmadan vərəsəlik açdıraraq qeyd edilən torpaq sahəsi ilə bağlı öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin vərəsəlik işi ilə tanış olduqda ona məlum olmuşdur ki, o X4nun vərəsələri sırasında X10 və bacısı Cavabdeh3 ilə birgə qeyd edilsə də, iş üzrə cavabdeh olan bacısı Cavabdeh3 vərəsəlik işinin açılması zamanı notariat ofisinə dəvət olunmuş, ona aid bütün sənədlər toplanaraq guya mirası qəbul etməməsi barədə imtina ərizəsi də alınmış, lakin bütün bu olanlar baş verərkən nə iş üzrə cavabdeh olan Quba Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notarius, nə də bu işdən xəbərdar olan digər ailə üzvləri Ətirənin bu miras əmlakda payı olduğunu bilə-bilə ona məlumat verməmiş, onun hər hansı fikrini belə soruşmamışlar. Bundan başqa həmin vərəsələr sırasına nədənsə Cavabdeh1 oğlunun adı da qeyd edilməmişdir. Bundan sonra Abasova Minayə ərindən qalan əmlaka öz adına çıxarış aldıqdan sonra həmin əmlakı nəvəsi Əliyə bağışlamışdır və məsələ də burasındadır ki, Əli xalası Ətirənin vərəsəliyə cəlb olunmadığını və bu əmlakda həm onun, həm dayısının payı olduğunu bilə-bilə, oların imtinası olmadan əmlakı qəbul etmişdir və o əmlakı əldə edən şəxs kimi vicdanlı əldə edən şəxs sayıla bilməz. Hesab edir ki, göstərilən bu faktlar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması üçün əsas ola bilər. Həmçinin 0,13 ha torpaq sahəsinə və üzərində yerləşən atasına məxsus fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınmalı, həmin miras əmlakdan vərəsəlik üzrə payı müəyyən edilməlidir. Belə ki, ev Abasov Əmrə, torpaq isə Əmirlə Minayənin birgə mülkiyyətində olduğunu nəzərə alsaq, bu əmlakın X18 aid olan hissədə vərəsələrin məcburi pay almaq hüquları vardır. Bundan əlavə də həmin əmlakın yaxşılaşdırma işlərinin aparılmasında, suyun çəkilməsində Ətirə xanımın rolu böyükdür, bu işlərdə onun oğlu iştirak etmişdir və s. qeyd edərək, iddianın həm 015 ha hissədə, həm də 0,13 ha torpaq sahəsi və üzərində yerləşən atasına məxsus fərdi yaşayış evinə aid olan hissələrdə İddiaçı münasibətdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, atasından qalmış miras-əmlakın bölünməsini, payının müəyyən edilməsini, vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər X13, Cavabdeh3, onların nümayəndəsi qismində vəkili Vəkil iddianı rədd edərək, izahatında bildirmişdir ki, qarşı tərəfi dəfələrlə razılaşmaya dəvət etsələr də, razılığa gələ bilməmişdilər. Ətirə xanım həm də vərəsə kimi notariusa dəvət olunub, lakin özü gəlməyib, notarius onun iştirakı olmadan əməliyyatı yerinə yetirib. Bundan əlavə də atası - X25 xx.xx.2013-cü il tarixdə vəfat etdiyi üçün iddiaçının miras əmlakdan vərəsəlik üzrə payının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı və məlumatı olmuşdur. Lakin buna baxmayaraq o nəinki müddətin xüsusi şərtlərini, ümumi iddia müddətini də ötürmüşdür. Onlar heç vaxt Ətirə xanımın pay almasına qarşı çıxmamışlar, lakin nəzərə alsaq ki, X15 və X20 ahıl və yaşlı vaxtlarında Raziyyə xanım və oğlu Əli həmişə onların yanında olub, qulluqlarında durublar, xəstələndikdə onlar baxıblar, dəfn və yas xərclərini onlar çəkiblər, görünən odur ki, pay almaq üstünlüyünü daha çox qazanmış olublar, bu üzdən iddiaçının iddia tələbləri əsassızdır. Etiraz ərizələrində də bu haqda aydın məlumat verilmişdir, faktlar göstərilmişdir, şahid ifadələriylə də təsdiq edilmişdir. Həmçinin qeyd edir ki, hədiyyənin bağışlanmasından iki ildən çox müddət keçdiyi üçün sözügedən daşınmaz əmlak miras əmlakda nəzərə alına bilməz. Odur ki, şərh edilənləri, göstərilənləri nəzərə alaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər X13, Cavabdeh3 iddia tələblərini qəbul etməyərək, rədd edilməsini xahiş etmişlər və Cavabdeh3 ona düşən məcburi payından oğlunun xeyrinə imtina etdiyini bildirmişdir. İş üzrə üçüncü şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 oğlu, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə, Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi qismində vəkilinin, cavabdehlərin, onların nümayəndəsi qismində vəkilinin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan göründüyü kimi, X25 ilə Abasova (İsrafilova) Minayə Azay qızı arasında xx.xx.1959-cu ildə nikah bağlanmış, nikah haqqında akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən, ƏMDXDƏ Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsinə verilmiş ******* nömrəli çıxarışın verilməsinə əsas olan JN-219F, kod 30307018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin surətindən göründüyü kimi, Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsi AİK- nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə X15 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və AZ-İ 634013 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, X25 xx.xx.2013-cü ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 25 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, X29 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan Quba rayon Amsar İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, 412 nömrəli arayışdan göründüyü kimi, X25 həqiqətən 07 oktyabr 1931-ci il tarixdən 08 iyul 2013-cü il tarixə kimi Amsar kəndində yaşamış xx.xx.2013-cü ildə vəfat etmiş, xx.xx.2013-cü ildə qeydə alınmışdır. Vəfat etdikdən sonra vərəsələri, həyat yoldaşı- X29, qızı- Cavabdeh3, qızı- İddiaçı qalmışdır. Ölümündən sonra evi və təsərrüfatı həyat yoldaşı- X29 idarə edir. İş materiallarında olan Quba rayon Amsar İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, 454 nömrəli arayışdan göründüyü kimi, X29 həqiqətən nümayəndəliyin Amsar kəndində həyat yoldaşı X25 vəfat etdikdən sonra həmin evdə hal-hazıra kimi tək yaşayır, evi və təsərrüfatı özü idarə edir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsi tam pay hüququ ilə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 04 fevral 2019-cu il tarixli, 2V-103 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2013-cü ildə vəfat etmiş X15 vərəsəsi arvadı- X29 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Miras-əmlak X18 verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsi tam pay hüququ ilə X20 adına daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4Ə-600 nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən göründüyü kimi, X29 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsini tam mülkiyyət üzrə nəvəsi- X17 həddiyyə etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu Amsar kəndində yerləşən 0,15 ha torpaq sahəsi tam pay hüququ ilə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən, ƏMDXDƏ Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məlumata əsasən, X25 və X20 adına Quba rayonu Amsar kəndində ümumibirgə pay hüququ əsasında ********** qeydiyyat nömrəli Çıxarış verilmiş yaşayış evi aşkar edilmişdir. Quba rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və AZ-İİ 313804 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X29 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 0893 nömrə ilə qeyd edilmişdir. Quba rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, mərhum X20 vərəsələri, (əri-X25 –vəfat edib, qızı-X30- vəfat edib, oğlu- Abasov X28 yaşayır, Yəhyayeva (Abasova) Raziyə Əmri qızı, X21-vəfat edib, X38-vəfat edib)) aşkar olunmuşdur. İş materiallarında olan 16 may 2022-ci il tarixli “Vəsiyyətnamə”nin surətindən göründüyü kimi, X29 bütün əmlakının nəvəsi X17 vəsiyyət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X29 ilə X25 nikaha daxil olmuşlar və nikahlarından X30, Cavabdeh1 oğlu, Yəhyayeva (Abasova) Raziyə Əmri qızı, X21, X38 anadan olmuşdur. X30, X21 və qardaşı X6 olarkən vəfat etmələri mübahisələndirilmir. İş üzrə Cavabdeh1 oğlu daimi yaşamaq üçün xaricə köçmüşdür. X25 xx.xx.2013-cü il tarixdə, X29 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Valideynlərin mülkiyyətində Quba rayonu, Amsar kəndibdə yerləşən fərdi yaşayış evi, 0,13 ha torpaq sahəsi və ayrıca 0,15 ha həyətyanı torpaq sahəsi olmuş və X25 vəfat etdikdən sonra X29,15 ha həyətyanı torpaq sahəsini qnun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında qəbul etməklə nəvəsi X17 bağışlamışdır. Hazırda İddiaçı atasının və anasının sağlığında qeyd edilən fərdi yaşayış evinə gedib-gəldiyini, vəfat etmiş atasından miras qalmış torpaqları və evi faktiki qəbul etdiyini və Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi üsrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və etibarsız onun əsasında çıxarışın, habelə sonrakı bağışlanması müqaviləsinin və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, Quba rayonu, Amsar kəndində yerləşən fərdi yaşayş evinə, 0.13 ha torpaq sahəsinə və 0,15 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququnun tanınanaraq payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yükqoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. İşin hallarından göründüyü kimi, İddiaçı Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evə dair hissədə mirası qəbul etmişdir. Belə ki, daimi olaraq anasının yaşadığı həmin evə gediş-gəlişi olmuş və müəyyən işlərin görülməsinə vəsait sərf etmişdir. Bununla belə, İddiaçı qeyd edilən hissədə vərəsəlik üzrə əmlak payı müəyyən olunarkən 16 may 2022-ci il tarixli “Vəsiyyətnamə” nəzərə alınmalı və sağ qalmış vərəsə olan qardaşın mirası qəbul etməməsi nəzərə alınmaqla qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı həddində, yəni ¼ həddə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İddianın 01 iyul 2013-cü il tarixdə vəfat etmiş X3 qalmış miras əmlak olan xx.xx.2018-ci il qeydiyyat tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən X20 adına verilmiş 04 fevral 2019-cu il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında X20 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi; həmin çıxarış əsasında X29 ilə X26 arasında Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-600 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X13 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; miras qoyan 01 iyul 2013-cü il tarixdə vəfat etmiş X12 qalmış miras əmlak olan xx.xx.2018-ci il qeydiyyat tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınanaraq payının müəyyən olunması barədə hissəsilə bağlı, həmçinin mirasların daha əvvəl vəfat etmiş atasından qalmış pay hissələrilə bağlı məhkəmə hesab edir ki, iddia qeyd edilən hissələrdə təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında İddiaçı anası tərəfindən ona atadan qalmış miras əmlakın rəsmiləşməsinin aparıldığını və onun iştirakının da zəruri olduğunun bildirildiyi, lakin iştirak etmədiyini və ərizə vermədiyini, beləliklə də, mirasın anasının mülkiyyətinə keçirməsindən məlumatlı olsa da, qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsini mübahisələndirmədiyini etiraf etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kəsici müddət– şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Həmçinin məhkəmə qeyd edir ki, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən artıq keçdiyindən, qeyd edilən əmlak hədiyyə olmaqla hesaba alına bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə (Məcburi payın bağışlanmış əşya hesabına artırılması) əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır”. Habelə paylar müəyyən olunarkən Cavabdeh3 qıznın ona düşən məcburi payından oğlu X13 xeyrinə imtinası da nəzərə alınmalıdır. Beləliklə iddia Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0,13 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə təmin olunmalı, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X4 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10ndan miras qalmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0,13 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınmalı, həmin miras əmlaklardan ¼ hissədə vərəsəlik üzrə payı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə vəfat etmiş X25 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X14 miras qalmış Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0,13 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə İddiaçı ¼ (dörddə bir) hissədə və X13 ¾ (dörddə üç) hissədə vərəsəlik üzrə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar