Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-105/2024 14.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəliçıxarışa əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və Hüquqi yardım haqqında müqaviləyə əsasən ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha torpaq sahəsi ona məxsusdur. Qeyd edilən torpaq sahəsini Cavabdeh zəbt etmişdir. Onda olan məlumatlara əsasən cavabdehin özünə məxsus torpaq sahəsi onun torpaq sahəsindən sonrakı iki qonşunun torpaq sahəsini də keçdikdən sonra yerləşir. Lakin cavabdeh heç bir qanuni əsası olmadan onun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada meyvə-tərəvəz əkir, hətta heyvanları üçün otlaq sahəsi kimi də istifadə edir. O cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirsə də, “sənin burada torpağın yoxdur”-deyərək onun qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Sonuncu dəfə o mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri torpaq sahəsini ölçmək istəyərkən Cavabdeh buna mane olmuş və ölçmə işləri aparılması mümkün olmamışdır. Bununla bağlı ona 26 iyul 2023-cü il tarixli rəsmi məktub da verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Quba rayonu, Dağlı kəndində yerləşən 0,31 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən bir tərəf döngə nöqtəsi göstərilmiş, lakin digər 3 tərəfini göstərərkən məlum olmuşdur ki, həmin torpaq sahəsini digər vətəndaş istifadə edir, həmin vətəndaşa bu torpaq sahəsinin X1 məxsus olması bildirilsə də, o ölçü işlərinin aparılmasına etiraz etmişdir. Həmçinin bundan bir il əvvəl də o torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib. Bununla bağlı 161 manat məbləğində dövlət rüsumu da ödəniş edib. Lakin yenə cavabdeh ölçmə işlərinə mane olmuş və o bununla bağlı ziyana düşmüş, ödədiyi 161 manat məbləğində pul batmışdır. Göründüyü kimi cavabdeh mülkiyyətində olan torpaq sahəsinə dair qanunvericiliklə müdafiə olunan mülkiyyət hüququnu həyata keçirməyə imkan verməməklə onun hüquqlarını kobudcasına pozur. Belə ki, onu torpaq sahəsindən istifadə etməyə, hətta torpaq sahəsinə daxil olmağa belə imkan vermir, torpaq sahəmi qanunsuz olaraq zəbt edərək istifadə edir. Ona görə də pozulmuş mülkiyyət hüququmun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ekspertizanın rəyilə razılaşmadığını və ona məxsus torpağın cavabdehin sahibliyində olduğunu bildirərək iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, torpaq islahatları gedən zaman Quba rayon AİK-nın qərarı ilə Dağlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış torpaqlardan ona və ailə üzvlərinin mülkiyyətinə əkin və bağ sahəsi verilmişdir. Həmçinin onlara mülkiyyəti təsdiq edən Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı da verilmişdir. Bu günə kimi də həmin torpaqlar onun və ailə üzvlərinin mülkiyyətindədir. İddiaçının iddia etdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur, həmin sahə başqa şəxsə məxsusudur. O öz mükiyyətində olan torpaq sahəsindən istifadə edir və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş matariallarını tədqiq edərək sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 olan Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən 0.31 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsi tam pay hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan JN-242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyət hüququ əsasında Quba rayonu, Dağlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 0.91 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yaınında ƏMDX DƏDK və Reyestri X6in mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü-il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinə JN-242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində kənd əsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutlmuş 242Z planşetində göstərilən 0.40ha torpaq sahəsi üst-üstə düşmür. Cavabdeh və ailə üzvlərinə JN-242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 242Z planşetində qeyd edilmiş 0.40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etmir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü-il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu, Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinə JN-242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 242Z planşetində göstərilən 0.40 ha torpaq sahəsilə üst-üstə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-inin tabeliyində DƏDK və Reyestri Publik Hüquqişəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, üst-üstə düşmə halı mövcud deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh və ailə üzvlərinə JN- 242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına göstərilən 242Z planşetində qeyd edilmiş 0.40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları faktiki istifadəsində olan sahəsi ilə eynilik təşkil etmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu, Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə ilk növbədə iddiaçının qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüququnun olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Belə ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə əsasən məhz mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan öz əmalkını geri tələb etmək hüququna malikdir. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müvafiq ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********25 əsasında Quba rayonu, Dağlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinə JN-242 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş Quba rayonu, Dağlı kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 242Z planşetində göstərilən 0.40 ha torpaq sahəsilə üst-üstə düşmür. Habelə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində zəbtdən kənar hər hansı digər maneələrin mövcudluğu və aradan qaldırılması zərurətinə dair tələb irəli sürməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələblərinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia rədd edilsin. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-105/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-105/2024
14.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver