Məhkəmə qərarları › İş №e-2(027)-1052/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1052/2025

13.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1052/2025 13.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu İddiaçı cavabdehlər X1, Cavabdeh6 Seymur oğlu, Cavabdeh2, Cavabdeh4 Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdehlər X1, Cavabdeh6 Seymur oğlu, Cavabdeh2, Cavabdeh4 Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququna хitam vеrilməsinə, cavabdehlərin həmin yaşayış sahəsindən çıхarılmasına və həmin yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul еdilməsi xahiş edilmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, İddiaçı əmlak hüquqları mövcud olmayan şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia qaldırılmış, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğu nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Habelə Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013cü il tarixli Qərarına əsasən iddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər X1, Cavabdeh6 Seymur oğlu, Cavabdeh2, Cavabdeh4 Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, qeyd olunan mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar