Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-115/2024 07.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 nümayəndəsi İddiaçı3 iştirakı ilə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq sahəsinə mülkiyyət hüququmuzun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq sahəsinə mülkiyyət hüquqularının həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən onlara məxsus 1,1204 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sahiblik, istifadə, sərəncam) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qeyd edilən onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddianı onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 1,1204 ha torpaq sahəsi İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 məxsusdur. Onlara məxsus torpaq sahəsini cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 zəbt etmişdir. Dəfələrlə cavabdehlərə onlara məxsus torpaq sahəsindən çıxmalarını tələb etsələr də, cavabdehlər tələblərini yerinə yetirmir. Buna görə də, onlar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək koordinatların yerində dəqiqləşməsini istəmişlər. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən 1,12 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən iki tərəf döngə nöqtələrinin koordinatları tanıdılmış, digər iki tərəfini tanıdarkən qonşular arasında mübahisənin yarandığını, onlara məxsus torpaq sahəsinin isə elektron uçot baza məlumatlarında istifadə etdiyi torpaq sahəsinin qonşuluğunda olan bağ sahəsinə düşməsi bildirilmişdir. Cavabdehlərin qanunsuz davranışları nəticəsində onlar mülkiyyətlərində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Məhkəmə iclasında iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 nümayəndəsi İddiaçı3 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdirlər ki, elektron sistemdə torpaqların koordinatları səhv vurulmuş, faktiki olaraq hərə öz torpaq sahəsindən istifadə edir. İddiaçının iddiası əsassızdır. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1,1204 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 1,3858 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh3, X2, Cavabdeh1, X3, X1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2024-cü il taixdə daxil olmuş müəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 ümumi birgə verilmiş 1.1204 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi, (sxem və cizgilər tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.) Cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğiu və Cavabdeh1 ümumi birgə verilmiş 1.3858 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi, (sxem və cizgilər tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.) İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 məxsus 1.1204 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən faktiki tam olaraq istifadə olunur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.9262 ha hissəsi iddiaçılar tərəfindən istifadə olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/4476 nömrəli müəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçının İddiaçılar İddiaçı3, İddiaçı4 Şıxmurad qızı, İddiaçı2 və İddiaçı1 ümumi birgə verilmiş 1.1204 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi, (sxem və cizgilər tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ümumi birgə verilmiş 1.3858 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi (sxem və cizgilər tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçılar İddiaçı3, İddiaçı4 Şıxmurad qızı, İddiaçı2 və İddiaçı1 məxsus 1.1204 ha torpq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən faktiki tam olaraq istifadə olunur. Həmçinin bildiririk ki, X4 və Cavabdeh1 və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0.9262 ha hissəsi iddiaçılar tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Həmçinin Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin R.Ağalarovun işi üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər». Avropa İnsan Hüquqları Məhkəməsinin Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, «öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir:1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci və ən mühüm tələbi odur ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyytin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün madələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri əsasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassz olmasın.» Həmçinin həmin qərarda göstərilir ki, «məcburi köçkünərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Qanunun 5-ci maddəsinin, habelə məcburi köçkünlərin məskunlaşdırılması Qaydasının 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri tapanadək digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onlara başqa yaşayış yerləninə köçürməlidirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin çıxarışına əsasən mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçiləri iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1dır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə faktiki olaraq mübahisəli torpaq sahəsi zəbt edərək, həmin torpaq üzərində iddiaçıların sahiblik və istifadə hüquqlarını həyata keçirməyə və ümumilikdə mülkiyyət hüququnu rəsmiləşdirməyə mane olurlar. Ona görə də, o, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdehlər tərəfindən torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə dair yaranmış maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyə məcbur olub. Cavabdehlər həmin torpaq sahəsinin onlara məxsus olmasını iddia etsələr də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi 3 müxətlif normadan ibarətdir: 1-ci abzasın 1-ci cümləsində təsbit olunan 1-ci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; 1-ci abzasın 2-ci cümləsində təsbit olunan 2-ci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; 2-ci abzasda bəyan edilən 3-cü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarət və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 2-ci və 3-cü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır.” Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və s. beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mərhum Salmanov Nəriman mübahisəli evə mülkiyyət hüququ əldə etmək barədə əsaslı və qanuni gözləntiyə malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxil olmuşdur. Odur ki, iddia təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 məxsus 1,1204 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1i ünvanında yerləşən İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 məxsus 1,1204 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 məxsus 1,1204 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 məxsus 1,1204 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-115/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-115/2024
07.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver