Məhkəmə qərarları › İş №e-2(027)-1305/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1305/2022

03.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1305/2022 03.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi İddiaçı1 və onun vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-ci il təvəllüdlü Cavabdeh3 ümumilikdə 3.000 (üç min) manat məbləğində pul kompensasiya ödənilməsi qarşılığında Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən öz vəsaiti hesabına cehiz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında hər iki tərəf mülki iş üzrə barışıq sazişinin şərtlərini qəbul edərək işi barışıqla tamamlanmasını məhkəmədən xahiş etdilər. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.

1. Cavabdehlər Cavabdeh1 xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-ci il təvəllüdlü Cavabdeh3 ümumilikdə 15000 (on beş min) manat məbləğində pul kompensasiyası ödənilməsi qarşılığında Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən öz vəsaiti hesabına cehiz əşyaları ilə birlikdə çıxarılması tələblərinə dair iddianı Cavabdeh1 qəbul edir.

2. Cavabdeh1 hazırkı iş üzrə iddianı qəbul etməsi ilə əlaqədar iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən 15000 manat (on beş min manat) kompensasiya ödəyirlər.

3. 15000 manat (on beş min manat) pul kompensasiyası ödənilməsi qarşılığında Cavabdeh1 xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-ci il təvəllüdlü Cavabdeh3 ilə birgə Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdiyaşayış evindən istifadə hüquqlarına xitam verilir və Cavabdeh1 xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-ci il təvəllüdlü Cavabdeh3 ilə birgə Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxırlar.

4. 15000 manat (on beş min manat) pul kompensasiyası ödənilməsi qarşılığında Cavabdeh1 xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü Cavabdeh3 ilə birgə 20.06.2022-ci il tarixdə Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evindən öz vəsaiti hesabına cehiz əyaları ilə birlikdə çıxarlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı1 Cavabdeh1 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdehlər Cavabdeh1 xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-ci il təvəllüdlü Cavabdeh3 ümumilikdə 15000 (on beş min) manat məbləğində pul kompensasiyası ödənilməsi qarşılığında Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən öz vəsaiti hesabına cehiz əşyaları ilə birlikdə çıxarılması tələblərinə dair iddianı Cavabdeh1 qəbul edir.

2. Cavabdeh1 hazırkı iş üzrə iddianı qəbul etməsi ilə əlaqədar iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən 15000 manat (on beş min manat) kompensasiya ödəyirlər.

3. 15000 manat (on beş min manat) pul kompensasiyası ödənilməsi qarşılığında Cavabdeh1 xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-ci il təvəllüdlü Cavabdeh3 ilə birgə Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdiyaşayış evindən istifadə hüquqlarına xitam verilir və Cavabdeh1 xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-ci il təvəllüdlü Cavabdeh3 ilə birgə Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxırlar.

4. 15000 manat (on beş min manat) pul kompensasiyası ödənilməsi qarşılığında Cavabdeh1 xx xxxxxxxx 2015-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü Cavabdeh3 ilə birgə 20.06.2022-ci il tarixdə Quba rayonu 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evindən öz vəsaiti hesabına cehiz əyaları ilə birlikdə çıxarlar. İddiaçı1 Cavabdeh1 qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar