Məhkəmə qərarları › İş №e-2(027)-1335/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1335/2025

30.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1335/2025 30.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı etibarnamə əsasında nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə tərəflərin verdiyi barışıq sazişinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq Cavabdeh 7419,33 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, dövlət rüsumu kimi ödənilmiş 35 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 məhkəməyə barışıq sazişini təqdim edərək bildirdi ki, cavabdehlə barışıq sazişi imzaladıqlarını, barışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatda barışıq sazişini, şərtlərini qəbul etdiyini və mülki işin icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, məhkəməyə təqdim edilmiş barışıq sazişini araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən Mülki-Prossesual qanunvericilik normalarının məzmunundan görünür ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, mülki iş üzrə icraata xitam verməlidir. Bununla da işin icraatı başa çatır. Eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəməyə təkrar müraciət etmək hüququ itirilir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

1. Cavabdeh İddiaçı MMC-yə maddi ziyan vurduğunu etiraf edir və ona qarşı irəli sürülmüş iddianı tam şəkildə etiraf edir.

2. İddiaçı MMC-yə vurulmuş maddi ziyanın ümumi məbləği 7514,33 manat (yeddi min beş yüz on dörd manat otuz üç qəpik) təşkil edir (yekun əskikgəlmə məbləği və məhkəmə xərcləri nəzərə alınmaqla).

3. Cavabdeh 7514,33 manat borc məbləğini 2025-ci ilin iyul ayından başlayaraq, hər ayın 25-dən 30-dək olan müddət ərzində hər ay 100 (bir yüz) manat olmaqla borc məbləği bitənədək İddiaçı MMC –yə ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh Saziş üzrə öhdəliklərini 3 ay ardıcıl olaraq yerinə yetirmədikdə, İddiaçı MMC məcburi icra tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edir.

5. X3 şərtləri ilə tanış oldular, şərtlər aydındır, iradələrinə uyğundur, hüquqi nəticələri izah edildi, tərəflərin hər hansı əlavə qeydləri və narazılığı yoxdur. X3 düzgünlüyü, iradələrinə uyğunluğunu və hüquqi nəticələrini arzuladıqlarını öz imzaları ilə təsdiq edirlər. Məhkəmə iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 162.1, 191.1, 261.0.5, 262.4, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ M:

İddiaçı ilə Cavabdeh arasında 30 iyun 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh İddiaçı MMC-yə maddi ziyan vurulduğunu etiraf edir və ona qarşı irəli sürülmüş iddianı tam şəkildə etiraf edir.

2. İddiaçı MMC-yə vurulmuş maddi ziyanın ümumi məbləği 7514,33 manat (yeddi min beş yüz on dörd manat otuz üç qəpik) təşkil edir (yekun əskikgəlmə məbləği və məhkəmə xərcləri nəzərə alınmaqla).

3. Cavabdeh 7514,33 manat borc məbləğini 2025-ci ilin iyul ayından başlayaraq, hər ayın 25-dən 30-dək olan müddət ərzində hər ay 100 (bir yüz) manat olmaqla borc məbləği bitənədək İddiaçı MMC–yə ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh Əliyev X5 üzrə öhdəliklərini 3 ay ardıcıl olaraq yerinə yetirmədikdə, İddiaçı MMC məcburi icra tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edir.

5. X3 şərtləri ilə tanış oldular, şərtlər aydındlr, iradələrinə uyğundur, hüquqi nəticələri izah edildi, tərəflərin hər hansı əlavə qeydləri və narazılığı yoxdur. X3 düzgünlüyü, iradələrinə uyğunluğunu və hüquqi nəticələrini arzuladıqlarını öz imzaları ilə təsdiq edirlər.

İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan 10 (on) gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar