Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1348/2024 19.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı özəlləşdirmənin qanunsuz hesab edilməsi, xx.xx.2017-ci il tarixində keçirilmiş Hərracın nəticələrinin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli 3435 saylı Daşınmaz Əmlakın Alqısatqısına dair müqaviləsənin etibarsızlığı, xx.xx.2018-ci il tarixli ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi(Hazırki Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə dövlət Xidməti) tərəfindən aparılmış "xxxx" X2 mülkiyyətində olan Quba Rayonu Xucbala kəndində yerləşən ümumi sahəsi 462.0 kv.m olan əmlak kompleksi və həmin əmlakın yerləşdiyi 1.0024 ha torpaq sahəsinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi; 2. Cavabdehin tabeçiliyində olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı ərazi şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində keçirilmiş X1 mülkiyyətində olan Quba Rayonu Xucbala kəndində yerləşən ümumi sahəsi 462.0 kv.m olan əmlak kompleksi və həmin əmlakın yerləşdiyi 1.0024 ha torpaq sahəsininin satılması dair hərracın (özəlləşdirmənin) nəticələrinin etibarsız hesab edilməsi; 3. Cavabdeh ilə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi(Hazırki Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə dövlət Xidməti) arasında bağlanmış, xx.xx.2017-ci il tarixli 3435 saylı Daşınmaz Əmlakın Alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi; 4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Cavabdeh daşınmaz əmlaka olan mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixində X3 Müəssisəsinin mülkiyyətində olan Quba Rayonu Xucbala kəndində yerləşən ümumi sahəsi 462.0 kv.m olan əmlak kompleksi və həmin əmlakın yerləşdiyi 1.0024 ha torpaq sahəsini digər cavabdehin tabeçiliyində olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylıərazi şöbəsi tərəfindən keçirilmiş hərrac vasitəsilə almışdır. xx.xx.2017-ci il tarixində xx.xx.2017-ci il tarixli 01 nömrəli hərrac protokoluna əsaslanaraq, tərəflər arasında 3435 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır və həmin hüquqlar xx.xx.2018-ci il tarixində Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır və cavabdehə RX ******* seriya nömrəli reyestrdən çıxarış sənədi verilmişdir. Hörmətli məhkəmə, hüquqi şəxsə məxsus əmlak özəlləşdirilən zaman İddiaçı mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Həmçinin, müəssisənin torpaq sahəsinin istifadə təyinatı qanunsuz dəyişdirilmiş,əmlak dəyərindən qat-qat ucuz qiymətə formalalıcının adına rəsmiləşdirilmişdir. Aşağıda qeyd etdiyim əsaslara görə özəlləşdirmə qanunsuz hesab edilməli, Hərracın nəticələri və cavabdehlər arasında bağlanmış alqısatqımüqaviləsietibarsız hesab edilməli, daşınmazəmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir: İddiaçının vəkili Vəkil1 elekton ərizə ilə müraciət edərək, mülki iş üzrə iddia tələbindən imtina etdiklərini, tərəflər arasında olan mübahisənin barışıq yolu ilə öz həllini tapdığını qeyd edərək, “Barışıqı sazişi” və ona əlavələr elektron məhkəmə sisteminə yerləşdirildiyini, Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə və barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının vəkili izahatında bildirmişdir ki, barışıq sazişi ilə tanış olublar, şərtlərlə razıdılar, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi qismində vəkili Vəkil2 məhkəmə iclasında barışıq sazişini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi təmin edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin nümayəndəsi qismində vəkili Vəkil2 tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı və Cavabdeh arasında bağlanılmış Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin barışıq sazişi təsdiq edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tərəflər arasında bağlanmış “Barşıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin:
1. İddiaçı hazırkı iddia tələbindən imtina edir. Əvəzində Cavabdeh İddiaçı 8000 (səkkiz min) manat məbləğində pul verir.
2. İddiaçı öhdəlik götürür ki, bu barışıq sazişi təsdiq olunduqdan sonra 3 (üç) gün ərzində hazırda yaşadığı mübahisə predmeti olan Cavabdeh məxsus əmlakı torpaq sahəsi və qeyri yaşayış binasını (keçmiş "xxxx"Müəssisəsini) boşaldacaq və oradan çıxacaqdır.
3. İddiaçı öhdəlik götürür ki, bu barışıq sazişi təsdiq olunduqdan sonra 3 (üç) gün ərzində hazırda yaşadığı mübahisə predmeti olan Cavabdeh məxsus əmlakdan torpaq sahəsi və qeyri yaşayış binasından (keçmiş "xxxx" müəssisəsindən) çıxanda, oranı boşaldanda yalnız özünə məxsus əmlakları çıxardacaq, Cavabdeh məxsus əmlakda, torpaq sahəsi və qeyri yaşayış binasında (keçmiş "xxxx" Müəssisəsində) olan həmin müəssisəyə aid heç bir əmlaka iddia etməyəcək, əmin əmlakları özü vc« onunla birlikdə yaşayan şəxslər tərəfindən aparılmayacaq, həmin əmlakların aparılması ilə bağlı özü tərəfindən başqa şəxslərə göstəriş verməyəcəkdir.
4. Bu barışıq sazişi təsdiq edildikən sonra İddiaçı Cavabdeh qarşı, Cavabdeh isə İddiaçı qarşı hazırkı tələblə, o cümlədən keçmiş "xxxx"Miıəssisəsi ilə bağlı heç bir iddiası və şikayəti olmayacaqdır.
5. Hər iki tərəf öhdəlik götürür ki, bu barışıq sazişi təsdiq edildikdən sonra Sumqayıt Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun icraatında olan 2(105)- 661/2024 saylı mülki iş üzrə hər iki tərəf öz apellyasiya şikayətlərini geri götürəcəklər.
6. Hər iki tərəf öhdəlik götürür ki, barışıq sazişi təsdiq edildikdən sonra aralarında olan bütün digər məhkəmə mübahisələrini sonlandıracaqlar.
7. Hər iki tərəf barışıq sazişinin 3 nüsxədə tərtib olunaraq şəxsən və ya etibarnamə əsasında nümayəndələr vasitəsilə imzalanmasını və bir nüsxənin məhkəməyə təqdim olmasını qəbul edirlər. İddiaçı Cavabdeh qarşı özəlləşdirmənin qanunsuz hesab edilməsi, xx.xx.2017-ci il tarixində keçirilmiş Hərracın nəticələrinin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli 3435 saylı Daşınmaz Əmlakın Alqısatqısına dair müqaviləsənin etibarsızlığı, xx.xx.2018-ci il tarixli ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aydın Babayev