Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1513/2025 24.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və cavabdehlər Cavabdeh3 və X2 qarşı texnikaların ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı texnikaların ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı qarşı “əmlakların alınaraq onlara verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək, hazırki işin aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vəsatəti müdafiə edərək, təmin olunmasını və hazırki işin aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 sahibkarlıq fəaliyyətlərinə yaradılan maneələrin aradan qaldırılması üçün hazırkı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, tərəflər vergi ödəyicisi olan fiziki şəxslərdir. Ərizənin məzmunundan həmçinin görünür ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılması barədədir. MPM-in 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.” Həmçinin tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və VOEN-ləri vardır. Qeyd edilənlərə əsasən məhkəmə edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı texnikaların ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi və Cavabdeh2 İddiaçı qarşı “əmlakların alınaraq onlara verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə e-2(027)-1513/2025 saylı mülki iş tərəflər vergi ödəyiciləri olduqlarından və mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi səbəbindən hazırki işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdlqdan sonra göndərilir. Məhkəmə hesab edir ki, e-2(027)-1513/2025 saylı iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı texnikaların ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi və Cavabdeh2 İddiaçı qarşı “əmlakların alınaraq onlara verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə e-2(027)-1513/2025 saylı mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-1513/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1513/2025
24.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver