Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-17/2025 02.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı “X15, Haspilatu and Manegment” MMC-nin nümayəndəsi qismində vəkili Nümayəndə, Cavavdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 nümayəndəsi qismində vəkili Vəkil2 və Cavabdeh6 nümayəndəsi qismində vəkili Vəkil3 iştirakı ilə, İddiaçı “X15, Haspilatu and Manegment” MMC-nin maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh1, qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X15, Haspilatu and Manegment” MMC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh1, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X15, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı, "X15, Hospitality and Management" MMC-nin icarəsinə verilmiş Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15, Hospitality and Management" MMC-nin icarə hüququnun qeydə alındığı, xx.xx.2021- ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915 ha hissəsində cavabdehlər tərəfindən inşa edilən tikililərin onların öz hesabına sökülməsi, ərazinin boşaldılması və cavabdehlərin həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X15, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı, "X15, Hospitality and Management" MMC-nin icarəsinə verilmiş Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15, Hospitality and Management" MMC-nin icarə hüququnun qeydə alındığı, xx.xx.2021- ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915 ha hissəsində cavabdehlər tərəfindən inşa edilən tikililərin onların öz hesabına sökülməsi, ərazinin boşaldılması və cavabdehlərin həmin ərazidən çıxarılması, hüquqi yardım üçün ödənilən 1500 (min beş yüz) manatın və dövlət rüsumu kimi ödənilən 100 (yüz) manatın cavadbehlərdən tutularaq, iddiaçı "X15, Hospitality and Management" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ’’Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin –təkmilləşdirilməsi haqqında” xx.xx.2007-ci il tarixli 586 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyətinin balansında olan, Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən Bulaqdərə su anbarına məxsus, döngə nöqtələrinin koordinatları iddia ərizəsinə əlavə edilmiş 14,86 ha torpaq sahəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC –nin razılığı və Əmlak Məsələləri Dövlət Xidməti ilə “X15, Hospitality and Management MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı,“X15 Hospitality and Management” MMC-yə icarəyə verilmişdir. İddiaçı MMC həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur İddiaçı MMC-yə icarəyə verilmiş həmin torpaq sahəsinin 13,4915 ha hissəsinə İddiaçı MMC-nin icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində qeydə alınmış və həmin Ərazi İdarəsi tərəfindən buna dair müvafiq çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsində qeyd olunan 14,86 ha torpaq sahəsinin qalan hissəsi, yəni təqribən 14 ha hissəsi isə qanunsuz olaraq cavabdehlərin adına verilən çıxarışa daxil edilmişdir. Lakin onlar, hazırda torpaq sahəsinin həmin hissəsini mübahisələndirmirlər. Onların mübahisələndirdiyi hissə İddiaçı MMC-nin icarə hüququ dövlət reyestrində qeydə alınan 13,4915 ha torpaq sahəsinə aiddir. Yəni, cavabdehlər əlavə olaraq üzərində İddiaçı MMC-nin icarə hüququ dövlət reyestrində qeydə alınmış 13,4915 ha torpaq sahəsinin bir hissəsini zəbt etmiş və orada qanunsuz tikinti işləri aparırlar. Eyni zamanda bildiririk ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən vabdeh Cavabdeh6 adına verilmiş Çıxarışda iş üzrə digər iki cavabdeh - Daxili İşlər Nazirliyinin Patrul Xidməti Alayının 1-ci tağımının komandiri (Saray Postu) Cavabdeh1 və Quba rayon sakini Cavabdeh5 Hacağa oğlunun adları qeyd olunmasa da, iddiaçının icarəsində olan torpaq sahəsinin zəbt hissəsində və orada tikinti işlərinin aparılmasında həmin cavabdehlər də iştirak edir və onlar həmin ərazinin zəbt etməsinə və orada qanunsuz tikinti işlərinin aparılmasına bilavasitə rəhbərlik edirlər. Belə ki, Cavabdeh1 mütəmadi olaraq ona məxsus VOLVO XC90 10OY112 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ərazidə aparılan qanunsuz tikinti işlərinə nəzarət və rəhbərlik edir. Cavabdeh1 tapşırığına əsasən “X15, Hospitality and Menagement” MMC-nin qanuni istifadəsində olan torpaq sahələrində qurulmuş mühafizə, kommunikasiya və digər texniki vasitələr edilmiş, sökülmüş və məhv edilərək, “X15, Hospitality and Management’ MMC-yə xeyli miqdarda ziyan vurmuşdur.”X15, Hospitality and Management” MMC cavabdehlərə qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu və icarə müqaviləsinə və dövlət reyestrindən verilən çıxarışa əsasən iddiaçı təşkilatın qanuni icarəsində olduğunu bildirirərək, orada aparılan tikinti işlərinin dayandırılmasını, ərazinin boşaldılmasını və zəbt etdikləri ərazidən çıxmalarını tələb edir. Lakin cavabdehlər polis əməkdaşı olan digər Cavabdeh1 göstərişinə əsasən qeyd olunan ərazinin onların mülkiyyətində olduğunu iddia edərək, iddiaçı təşkilatın tələblərinə məhəl qoymur və qanunsuz hərəkətlərini davam etdirirlər.Nəzərə alınmalıdır ki, Cavabdeh6 və onun ailə üzvlərinin adına verilmiş Çıxarışın döngə nöqələrinə (koordinatlarına) əsasən onların mülkiyyətində olan torpaq sahəsi qanunsuz tikinti işlərinin aparıldığı ərazidən müvafiq olaraq 52 və 87 metr aralıda yerləşir. Eyni zamanda Çıxarış verilmiş həmin torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar -kateqoriyasına aiddir. Zəbt olunmuş və qanunsuz tikinti işləri aparılan torpaq sahəsi isə Dövlət mülkiyyətində olan torpağlara aiddir. Məhkəmə iclasında İddiaçı “X15, Haspilatu and Manegment” MMC-nin nümayəndəsi qismində vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavavdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsində koordinantlar sürüşdürülmüşdür. Ona görə də, mütəxəssis və ekspert rəylərin tərəflərin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı Cavabdeh6 3-4 ay əvvəl mübahisə predmetini təşkil edən torpaq sahəsini bağışlanma müqaviləsi əsasın özgəninkiləşdirmişdir. İddiaçı həmin şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Bundan başqa, Cavabdeh5 və Cavabdeh1 iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilsələr də, həmin şəxslər mübahisə predmetini təşkil edən torpaq sahəsində səaliyyətli şəxs və mülkiyyətçi deyildirlər. Cavabdeh5 və Cavabdeh1 cavabdeh tərəf kimi işə cəlb edilə bilməzlər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 vəkili Vəkil2 iddia tələbinə etiraz ərizəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o iddia tələbinin qəbul etmir. Ona görə ki, iddia ərizəsində göstərilən torpaq sahəsini iddiaçı icarəyə almışdır. İcarəçinin onlara qarşı iddia tələbi irəli sürmək hüququ yoxdur. İcarə müqaviləsində belə bir hal nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı özü onlara məxsus torpaq sahəsini zəbt etmək istəyir. Onlar uzun illərdir həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti üzrə istifadə edirlər. Onlar həmin torpaq sahəsindən istifadə edəndə iddiaçının nəinki orada tikililəri, həmin MMC-ni yaradanların belə bir xəyalı da yox idi. Bundan başqa iddiaçının istinad etdiyi məhkəmə qətnaməsində gösərilən ekspert rəyinin saxtakarlığı, iddiaçının saxta ekspert rəyi alması, iddiaçının onlara olan təzyiqləri barədə bütün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş Prokurorluğa, dövlət orqanlarına müraciətlər etmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh6 nümayəndəsi qismində vəkili Vəkil3 ddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsində koordinantlar sürüşdürülmüşdür, ona görə də iddianın təmin olunmasına əss yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “X15, Haspilatu and Manegment” MMC arasında bağlanmış 164/144 nömrəli, 25 dekabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə maqavilənin surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 148600 kv.metr torpaq sahəsi xx.xx.2022-ci il tarixədək “X15, Haspilatu and Manegment” MMC-nin icarəsinə verilmişdir. İş materiallarına əlavə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “X15, Haspilatu and Manegment” MMC arasında bağlanmış 4079 nömrəli, 22 noyabr 2022--ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə maqavilənin surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 148600 kv.metr torpaq sahəsi xx.xx.2025-ci il tarixədək “X15, Haspilatu and Manegment” MMC-nin icarəsinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı MMC-nin mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsi 164/144 nömrəli, 25 dekabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsi əsasında “X15, Haspilatu and Manegment” MMCnin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı MMC-nin mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsi 4079 nömrəli, 22 noyabr 2022-ci il tarixli icarə müqaviləsi əsasında “X15, Haspilatu and Manegment” MMC-nin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.0001 ha torpaq sahəsi cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və X4 mülkiyyətindədir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 22 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X6 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış arasında təqribən 65-75 metr fərq mövcuddur. X1 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.1839 ha hissəsi **********94 qeydiyyat nömrəli çıxarışın hüdudları daxilindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X6 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə 25 dekabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən “Масarа Club Tourism, Hospitality and Managent MMC-nin istifadəsində olan ünvan 1ində yerləşən 148600 kv.m metr torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X6 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İddiaçı MMC-nin direktoru X9, X3 və İddiaçı MMC tərəfindən zəbt edilməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehlə İddiaçı MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarına məxsus və döngə nöqtələrinin koordinatları iddia ərizəsinə əlavə olunan 14,86 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsini təmin etmək vəzifəsi qoyulması tələbinə dair iddiası üzrə icraata iddiaçının hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********75, Qeydiyyat nömrəsi **********) 13,4915 ha torpaq sahəsinə çıxarışın verilməsi nəzərə alınaraq xitam verilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)-82/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh6 cavabdehlər “X15, Haspitality and Manegment” MMCnin direktoru X9, X3 və “X15, Haspitality and Manegment” MMC-nə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, tikililərin, qurğuların sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1743/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Quba Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)-82/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ünvan 1i ünvanında Torpağa mülkiyyət hüququna dair JN-2544 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən X2 məxsus olmuş, hazırda vərəsəlik qaydasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli çıxarışa əsasən onlara məxsus olan 1 ha torpaq sahəsinin və üzərində olan tikililərin icarəyə verilməsinə əsas olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022 tarixli, 208 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2-1(118)-530/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 10/6011 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililərin xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli Çıxarışa əsasən “X15, Haspilatu and Menegment”JHMC-nin istifadəsində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X15, Haspilaty and Manegment” MMC icarə əsasında istifadə etdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X15, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı, "X15, Hospitality and Management" MMC-nin icarəsinə verilmiş Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15, Hospitality and Management" MMC-nin icarə hüququnun qeydə alınmış, hazırda xx.xx.2021- ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915 ha hissəsində cavabdehlər tərəfindən inşa edilən tikililərin onların öz hesabına sökülməsi, ərazinin boşaldılması və cavabdehlərin həmin ərazidən çıxarılması tələb olunmuşdur. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 10/6011 saylı rəyi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, cavabdehlər X5, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililərin xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli Çıxarışa əsasən “X15, Haspilatu and Menegment”JHMC-nin istifadəsində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir. Həmçinin, Quba rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)-82/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh6 cavabdehlər “X15, Haspitality and Manegment” MMC-nin direktoru X9, X3 və “X15, Haspitality and Manegment” MMC-nə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, tikililərin, qurğuların sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1743/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Quba Rayon Məhkəməsinin 18 may 2022ci il tarixli, 2(027)-82/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 22 aprel 2022-ci il tarixli rəyin ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X6 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış arasında təqribən 65-75 metr fərq mövcuddur. X1 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.1839 ha hissəsi **********94 qeydiyyat nömrəli çıxarışın hüdudları daxilindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X6 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə 25 dekabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən “Масarа Club Tourism, Hospitality and Managent MMC-nin istifadəsində olan ünvan 1ində yerləşən 148600 kv.m metr torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X6 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İddiaçı MMC-nin direktoru X9, X3 və İddiaçı MMC tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh6 Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022 sərəncamın ləğv edilməsi tələbinə dair iddiası iddiaçının hüquqlarının pozulmaması müəyyən olunmaqla mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadı ilə, apellyasiya şikayəti təmin edilməmişdir Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının mütəxəssis rəyi əsasında rəyi üzrə müəyyən olunmuş koordinatlar mütəxəssislərin iştirakı ilə yerində müayinə olunmaqla dəqiqləşdirilmiş və tərəflərin torpaq sahələrinin üst-üstə düşmədiyi və cavabdehlər tərəfindən inşa edilən tikililərin iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Məhkəmə ekspertizası zamanı hüquq müəyyənedici sənədlər üzrə tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşmədiyi, həmsərhəd olduqları və iddiaçıya məxsus ərazinin cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icarəçi icarə müqaviləsinə uyğun olaraq özünün təsərrüfat fəaliyyətini müstəqil müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir. İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Qanunun 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Cavavdehlərin vəkili iddia tələbini qəbul etməyərək, iddiaçı Cavabdeh6 3-4 ay əvvəl mübahisə predmetini təşkil edən torpaq sahəsini bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirdiyini və iddiaçının həmin şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı deyildir, belə ki, ekspertiza nəticəsində torpaqların üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Hazırki mübahisə iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilən tikililərin onların öz hesabına sökülməsi, ərazinin boşaldılması və cavabdehlərin həmin ərazidən çıxarılması ilə bağlıdır və cavabdehin mülkiyyətində olan torpaq sahəsini özgəninkiləşdirməsi mübahisəyə təsir etməyən dəyişiklikdir. Bundan başqa, cavabdehlərin vəkili iddia tələbini Cavabdeh5 və Cavabdeh1 aid hissədə qəbul etməyərək, iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilsələr də, həmin şəxslər mübahisə predmetini təşkil edən torpaq sahəsində səaliyyətli şəxs və mülkiyyətçi olmadıqlarını qeyd etmişdir. Məhkəmə həmin halla bağlı qeyd edir ki, hazır ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə Vəkil2 vəkil qismində mülki işə cəlb etmişlər. Mülki iş araşdırılan zaman cavabdehlər Cavabdeh5 və Cavabdeh1 adından Vəkil2 vəsatətlər və bir sıra sübutlar təqdim etmiş və yekun iclasadək Cavabdeh5 və Cavabdeh1 cavabdeh olmadıqlarını mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X15, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı, "X15, Hospitality and Management" MMC-nin icarəsinə verilmiş Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15, Hospitality and Management" MMCnin icarə hüququnun qeydə alındığı, xx.xx.2021- ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915 ha hissəsində cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililərin cavabdehlərin öz hesabına sökülməli, ərazinin boşaldılmalı və cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh1 həmin ərazidən çıxarılmalıdırlar. İddiaçı tərəf hüquqi yardım üçün ödənilən 1500 (min beş yüz) manatın və dövlət rüsumu kimi ödənilən 100 (yüz) manatın cavabdehlərdən tutularaq, iddiaçı "X15, Hospitality and Management" MMC-yə ödənilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəf hüquqi yardım üçün 1500 (min beş yüz) manat və dövlət rüsumu olaraq 100 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hüquqi yardım üçün ödənilən 1500 (min beş yüz) manat və dövlət rüsumu kimi ödənilən 100 (yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçı "X15, Hospitality and Management" MMC-yə ödənilməlidir. Həmçinin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X15, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı "X15, Hospitality and Management" MMC-nin icarəsinə verilmiş Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X15, Hospitality and Management" MMC-nin icarə hüququnun qeydə alındığı, xx.xx.2021- ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915 ha hissəsində cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililər onların hesabına sökülsün, ərazi boşaldılsın və cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh1 həmin ərazidən çıxarılsınlar. Hüquqi yardım üçün ödənilən 1500 (min beş yüz) manat və dövlət rüsumu kimi ödənilən 100 (yüz) manat məbləğində cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "X15, Hospitality and Management" MMC-yə ödənilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X7, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-17/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-17/2025
02.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver