Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1703/2024 05.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh6, X4, Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh6, X4, Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabehlər X2, Cavabdeh4, Cavabdeh1 qıznın, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 Quba rayonu, Mirzəbala Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab edilmələrinə, fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına, mənzilin boşaldılmasına, Banka təhvil verilməsinə və 100 (yüz) manat dövlət rüsümunun cavabehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında 12 avqust 2008-ci il tarixli 205 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh4 20.322, 58 (iyirmi min üç yüz iyirmi iki, 58) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 özünə məxsus Quba rayonu, M.Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evini xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Quba Rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(027)-619/2010 saylı qətnaməsi ilə iddia təmin olunmuş, 23.697,98 manat borcun Cavabdeh4 tutulması və Quba rayonu, M.Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş, əmlak qiymətləndirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Y-964 saylı hərracın yekunlarına dair protokola əsasən harracın qalibi İddiaçı ASC olmuşdur. Əmlaka dair mülkiyyət hüququ DƏDRX-da ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-ci il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı ASC-nin adına RX Seriyalı ******* nömrəli çıxarış alınmışdır. Daşınmaz əmlak hal-hazırda Bankın mülkiyyətində olduğuna görə cavabdehlərin qeyd olunan yaşayış sahəsini 1 (bir) ay müddətində boşaltmaq vəzifəsi yaranmışdır. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ərizə göndərərək, məhkəmə prosesinin onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh6, X4, Cavabdeh7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Mülki işin materiallarında olan Quba rayon Məhkəməsinin 2(02)-619/2010 saylı 10 iyun 2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh4 arasında bağlanmış 205 №li 12 avqust 2008-ci il Təminatlı Kredit müqaviləsinə vaxtından əvvəl xitam verilmiş, 23.697,98 manat borcun Cavabdeh4 tutulması və Quba rayonu, M.Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Hərracın yekunları barədə 22 avqust 2012-ci il tarixli Y-964 №li protokoldan görünür ki, Cavabdeh4 məxsus Quba şəhəri, Mirzəbala Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi hərracda ipoteka saxlayan İddiaçı ASC tərəfindən 63750 manata alınmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən yerləşən fərdi yaşayaş evi tam mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırki iddianın qaldırılması ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh6, X4, Cavabdeh7 mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, evdən istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər həsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yuxarıda göstərilən qanun normalarına istinad edərək, məhkəmə hesab edir ki, ipoteka predmeti olmuş Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evinə İddiaçı ASC-nin mülkiyyət hüququ olduğundan və cavabdehlər hazırda heç bir hüquqi əsas olmadan həmin evə qanunsuz sahiblik edib, evdən istifadə etdiklərindən və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilərək, iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdehlər Quba şəhəri, M.Tahirov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 Quba şəhəri, Mirzəbala Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evindən evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 ünvan 1 fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 Quba şəhəri, Mirzəbala Tahirov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 139,4 kv.m yaşayış, 163,3 köməkçi sahədən ibarət 24 saylı fərdi yaşayış evindən evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər X5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh2, Cavabdeh7 ünvan 1 fərdi yaşayış evindən çıxarılsınlar. Hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehlərdən tutularaq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1703/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1703/2024
05.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver