Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-172/2024 01.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3894,48 (üç min səkkiz yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində borcun və 58,95 (əlli səkkiz manat, doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləği, ümumilikdə 3953,43 (üç min doqquz yüz əlli üç manat qırx üç qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin Bakı ş, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində inşa etdirdiyi 20 saylı çoxmənzilli yaşayış binasında ümumi sahəsi 180,3 kv.m olan 163 saylı mənzilin sahibidir. İddiaçı həmin binanın idarəedicisidir və binaya xidmətlər (kommunal xidmətlər) iddiaçı tərəfindən göstərilir. Bununla bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-ci il tarixli 2/163 nömrəli müqaviləsi bağlanmışdır. Cavabdeh əvvəllər mənzilə göstərilən xidmətlərə görə xidmət haqqını ödəsə də lakin, sonradan cavabdeh ödəniş etməkdən yayınmışdır. Nəticədə cavabdehin aşağıda göstərilən məbləğlərdə borcu yaranmışdır. Belə ki, sözügedən mənzil üzrə cavabdehin kommunal xidmətlər üçün 2021-ci ilin iyun ayından 2023-cü ilin avqust ayı daxil omaqla 3894,48 (üç min səkkiz yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat borcu yaranmışdır. İddiaçı dəfələrlə cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya göndərmiş (sonuncu dəfə xx.xx.2023-cü il tarixdə), lakin buna baxmayaraq, borc bu günədək ödənilməmiş qalmaqdadır. Məlumat üçün qeyd etmişdir ki, bundan əvvəl tərəflər arasında məhkəmə çəkişməsi baş tutmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6694/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən dəyişdirilməsi və Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı olan borcun 5804,61 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsində inşa etdirdiyi 20 saylı çoxmənzilli yaşayış binasında ümumi sahəsi 180,3 kv.m olan 163 saylı sahibi Cavabdeh olan üç otaqlı mənzilin kommunal xidmətləri üzrə hesablanmış borcu 2021-ci ilin iyun ayından 2023-cü ilin avqust ayı daxil olmaqla 3894,48 manat təşkil edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6694/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-842/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən dəyişdirilmiş və Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı olan borcun 5804,61 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 2/163 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən icraçı - Mütəmadi iş rejimində və texniki cəhətdən saz vəziyyətdə liftin saxlanılması, pilləkən və lift sahəsinin təmiz vəziyyətdə saxlanılması, cari və kapital təmiri, yaşayış binasının ətraf sahəsinin və ərazisinin təmiz vəziyyətdə saxlanılması, su-nasos kompleksinin cari təmirin və mütamadi iş rejiminin təmini, istilik sistemin cari təmiri və mütamadi iş rejiminin təmini, yaşayış binasının bloklarında,ətraf sahəsində və ərazisində işiqlandırma sistemini təmini, binanın ətraf sahəsinin və həyətyanı ərazisinin bütün sutka ərzində mühafizə olunması öhdəliklərini öz üzərinə götürmüş, sifarişçi isə - sifarişçi İcraçıya hu müqavilənin ll-ci maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində bu müqavilənin İV-cü maddəsində göstərilən həcmdə və qaydada haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin İV maddəsinə əsasən Sifarişçi İcraçıya bu müqavilənin ll-ci maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində hər ay yaşadığı sahənin 1 kv.m 80 qəpik məbləğində haqq ödəyir. Ödəniş hər ay üçün həmin ayın 5-nə qədər həyata keçirilməlidir. İş materiallarında olan texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Həmin evin ümumi sahəsi 148,3 kv.m təşkil edir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 58,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 3894,48 (üç min səkkiz yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində pulun alınmasını tələb etmişdir. İddiaçı iddia ərizəsində mübahisə predmetini təşkil edən mənzilin 180,3 kv.m olduğunu qeyd etsə də, iş materiallarında olan texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Həmin evin ümumi sahəsi 148,3 kv.m təşkil edir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2/163 saylı müqavilənin İV maddəsinə əsasən Sifarişçi İcraçıya bu müqavilənin ll-ci maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində hər ay yaşadığı sahənin 1 kv.m 80 qəpik məbləğində haqq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarından görünür ki, cavabdeh müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri 2021-ci ilin iyun ayından 2023-cü ilin avqust ayına qədər icra etməmişdir. (ümumilikdə 26 ay). Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 3084,64 manat məbləğində pul tutulmalıdır. Belə ki, mübahisə predmetini təşkil edən mənzil 148,3 kv.m-dir və müqavilənin şərtlərinə əsasən cavabdeh 1 kv.m üzrə 80 qəpik məbləğində pul ödəməlidir (148,3 kv.m x 0,80 x 26 = 3084,64 manat). İddiaçı hazırda 1 kv.m üzrə məbləğin artırılmasını qeyd etsə də, iş materiallarından görünür ki, tərəflər arasında qeyd edilən şərtlə bağlı müqavilə mövcud deyil. Həmçinin mənzilin sahəsi ilə bağlı məhkəmə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin verdiyi texniki pasportu sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Həmin Məcəllənin 135.1-ci maddəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləriəsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.10-cu maddəsinə görə mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları stisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 3084,64 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 58,95 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3084,64 (üç min səksən dörd manat altmış dörd qəpik) manat məbləğində borc və 58,95 (əlli səkkiz manat, doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-172/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-172/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver