Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1736/2024 26.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən 11525 (on bir min beş yüz iyirmi beş) manat məbləğində vəsaitin və 124.58 manat məbləğində ödənilmiş dövlət rüsumunun tuturlaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC (bundan sonra “Hüquqi xidmət göstərilən şəxs”) ilə aralarında bağlanmış 02 iyul 2021-ci il, 09 fevral 2022ci il, 20 aprel 2022-ci il, 07 oktyabr 2022-ci il, 23 noyabr 2022-ci il, 09 yanvar 2023-cü il və 31 may 2023-cü il tarixli Hüquqi xidmət göstərilməsi haqqında müqavilələr (müqavilələr ərizəyə əlavə olunur) əsasında ödənilməli olan xidmət haqlarına əlavə olaraq Cavabdeh MMC, 13 iyul 2021-ci il tarixli "xxxx" müqavilə (bundan sonra “Müqavilə”) (müqavilə ərizəyə əlavə olunur) əsasında ona işin nəticəsindən asılı olaraq əlavə haqq ödəməyi öhdəsinə götürmüşdür. Tərəfindən Hüquqi xidmət göstərilən şəxsə həmçinin xx.xx.2021-ci il tarixli, EBBE 348835 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBQ 993129 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBV 294074 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCH 135795 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCJ 896128 nömrəli, xx.xx.2023-cü il tarixli, EBCN 291895 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDG 775299 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar göndərilmiş və Cavabdeh MMC tərəfindən qəbul edilərək (elektron qaimə-fakturalar ərizəyə əlavə olunur), müvafiq ödənişlər bank hesabına köçürülmüşdür. Göstərilən müqavilələrin aid olduğu işlər üzrə yekun məhkəmə aktlarının qəbuledilməsinin üzərindən təxminən 1 (bir) ilə yaxın vaxtın keçməsinə və həmin aktların hamısının icraya yönəldilməsinə baxmayaraq, Cavabdeh MMC 13 iyul 2021-ci il tarixli "xxxx" müqavilə üzrə ödəliklərini hələ də icra etməmiş və müəyyən olunmuş ödənişləri etməmişdir. Halbuki, Müqavilədə bunun üçün cəmi 5 (beş) gün vaxt nəzərdə tutulmuşdur. Hazırda Cavabdeh MMC-nin ona, ona göstərilmiş xidmətlərə görə əlavə 11525 (on bir min beş yüz iyirmi beş) manat məbləğində (vergi və sığorta xərcləri daxil olmaqla) borcu mövcud olsa da, bu borcu ödəməkdən bu günə kimi yayınmaqdadır. Bu məqsədlə tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində EBEC 577334 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərilmiş və həmin qaimə-faktura sistem tərəfindən təsdiqlənmişdir (elektron qaimə-faktura ərizəyə əlavə edilir). İddiaçı məhkəməyə ərizə göndərərək, baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********80 olan Qəbələ rayonu, Mamaylı kəndi ərazisində yerləşən 3 ha xüsusi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay hüququ əsasında Cavabdeh MMC-nin adına daşınmaz əmlakın Dövlət reyestrində 46 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan Qəbələ rayonu, Mamaylı kəndi ərazisində yerləşən 3 ha xüsusi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay hüququ əsasında Cavabdeh MMC-nin adına daşınmaz əmlakın Dövlət reyestrində 53 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 02 iyul 2021-ci il, 09 fevral 2022-ci il, 20 aprel 2022-ci il, 07 oktyabr 2022-ci il, 23 noyabr 2022-ci il, 09 yanvar 2023-cü il və 31 may 2023-cü il tarixli müqavilələrdən görünür ki, Hüquqi xidmət göstərilməsi haqqında Cavabdeh MMC ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada vəkillik fəaliyyəti ilə məşqul olan vəkil İddiaçı arasında müqavilələr bağlanmışdır. Həmin müqavilələr əsasında Vəkil orderlərinin surəti işə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-nin direktoru X2 ilə Azərbaycan respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada vəkillik fəaliyyəti ilə məşqul olan vəkil İddiaçı arasında "xxxx" bağlanmış müqavilə əsasında MMC tərəfindən İddiaçı işin nəticəsindən asılı olaraq əlavə haqq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı Cavabdeh MMC-yə cəmi 11525 (on bir min beş yüz iyirmi beş) manat məbləğində hüquqi xidmət göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 124,58 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında hüquqi xidmət barədə müqavilə bağlanılmış və iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və göstərilmiş xidmətlərə görə 11525 (on bir min beş yüz iyirmi beş) manat məbləğində (vergi və sığorta xərcləri daxil olmaqla) borcu yaranmışdır. Bununla da müqavilə şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh MMC-dən 11525 (on bir min beş yüz iyirmi beş) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 124.58 (yüz iyirmi dörd manat əlli səkkiz qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1736/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1736/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver