Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-187/2023 22.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin (bundan sonra BOKT MMC) nümayəndəsi X1, cavavdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, PSG FİNANS” BOKT MMC-nin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, 601 saylı kredit müqaviləsinin ləğv edilməsi; xx.xx.2022-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan borc 4949.46 (dörd min doqquz yüz qırx doqquz manat qırx altı qəpik) manat, əsas məbləğə hesablanmış faiz borcu 1614.33 ( bir min altı yüz on dörd manat otuz üç qəpik) manat, dəbbə pulu 3249.96 (üç min iki yüz qırx doqquz manat doxsan altı qəpik) manat; cəmi 9814.25 (doqquz min səkkiz yüz on dörd manat iyirmi beş qəpik) manat məbləğdə olmaqla, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 118.14 (bir yüz on səkkiz manat on dörd qəpik) manat dövlət rüsumu Cavabdeh2 alınaraq,İddiaçı BOKT MMC- nin xeyrinə ödənilməsi; Borcun, kreditin təminatı məqsədilə ipotekaya qoyulmuş AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********97-10301, Qeydiyyat nömrəsi **********) xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 59.2 kv.m olan yaşayış evinə yönəldilməsi; İpoteka ilə yüklü edilmiş yaşayış evinin ilkin satış qiymətinin 18 000 (on səkkiz min) manat məbləğində müəyyən edilməsı; Həmin yaşayış evində yaşayan şəxslərin evdən çıxarılması; İpoteka ilə yüklü edilmiş AR DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Çıxarışla Cavabdeh1 mülkiyyətində olan, Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.1 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən ümumi sahəsi 59.2 kv.m olanyaşayış evinin açıq hərracda satılması; satışdan əldə olunan vəsaitdən İddiaçı BOKT MMC-yə olan borcunun ödənilməsi və vəsaitin artıq qalan hissəsinin cavabdeh tərəfə qaytarılması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı BOKTMMCQuba filialı ilə Cavabdeh2 arasında 08 avqust 2019-cu iltarixli 601 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən fərdi ev təmiri üçün 7000 (yeddi min) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh2 illik 24 % faiz olmaqla, 24 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit Müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 370.10 (üç yüz yetmiş manat on qəpik) manat ödəməli olduğu halda, qeyd edilən məbləğdən az ödəmişdir. Nəticədə gecikən günlərə görə ikiqat faiz hesablanmışdır. Kredit Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dəbbə pulu və vaxtı keçmişkredit_üzrə ikiqat olmaqla faiz ödəyir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********97-10301, Qeydiyyat nömrəsi **********,) xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 59.2 kv.m olan yaşayış evi ipotekaya qoyulmuş, 08 avqust 2019-cu il tarixli 601 saylı İpoteka Müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq, İpoteka Müqaviləsi Azərbaycan Respublikası DƏDRX-nin müvafiq Ərazi İdarəsində Dövlət qeydiyyatına alınmışdır.Bununla bağlı reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. İddiaçı BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləği Cavabdeh2 vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə və şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq öhdəliyini tam icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2022-ci il tarixinəİddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Quba filialına olan borcu aşağıdakı kimi təşkil etmişdir: Kreditin əsas məbləğindən qalan borc: 4949.46 (dörd min doqquz yüz qırx doqquz manat qırx altı qəpik) manat; Əsas məbləğə hesablanmış faiz borcu: 1614.33 (bir min altı yüz on dörd manat otuz üç qəpik)manat; Dəbbə pulu: 3249.96 (üç min iki yüz qırx doqquz manat doxsan altı qəpik) manat; Cəmi: 9813.75 (doqquz min səkkiz yüz on üç manat yetmiş beş qəpik) manat; Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək, tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı BOKT MMCdən 7000 manat məbləğində kredit almış, faiz məbləği yüksək olduğundan, həmçinin pandemiya səbəbindən maddi vəziyyəti aşağı düşdüyündən borcunu tam ödəyə bilməmişdir. Hazırda bankla danışıqlar apardığını borcunu ödəmək fikrində olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izhatalarını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 601 saylı kredit müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh2 İddiaçı BOKT MMC-nin Quba filialından fərdi ev təmiri məqsədilə illik 24% faiz olmaqla 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Quba rayonu, 0,1 ha torpaq sahəsi və üzərində tikilmiş 59,2 kv.metr fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı BOKT MMC-nin Quba filialına kreditin əsas məbləğindən 4949,46 (dörd min doqquz yüz qırx doqquz manat qırx altı qəpik) manat əsas, 1614,33 (bir min altı yüz on dörd manat otuz üç qəpik) manat faiz, 3249,96 (üç min iki yüz qırx doqquz manat doxsan altı qəpik) manat dəbbə pulu olmaqla, cəmi 9813,75 (doqquz min səkkiz yüz on üç manat yetmiş beş qəpik) manat borcu qalmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu tarixli Çıxarışdan görünür ki, Quba rayonu Birinci Nügədi kəndində yerləşən, 0,1 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, Cavabdeh2 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********97-10301 olan, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məxsus Quba rayon Birinci Nügədi kəndində 0,1 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş və xəbərdarlığın surətlərindən görünür ki, Cavabdeh2 kredit təşkilatına olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 118,14 (bir yüz on səkkiz manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8733 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, 601 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı BOKT MMC-ə əsas kredit borcu 3.496,46 manat; faiz borcu 426,57 manat təşkil edir. İş materiallarında olan Fame Pro qiymtələndirmə mərkəzinin hesabatından görünür ki, ipoteka predmetini təşkil edən Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən ümumi sahəsi 59.2 kv.m olan fərdi yaşayış evinin 0,1 ha torpaq sahəsi ilə birlikdə bazar qiyməti 55000, likvid dəyəri 47000 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında İddiaçı BOKT MMC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsininin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürürborc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlərborc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadından görünür ki, borc üzrə tutmanın yönəldilməsi zamanı ipoteka predmeti olan torpaq sahələrinin ilkin satış qiyməti də likvid qiymətlə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, Cavabdeh2 borcu ilə bağlı “PSG FİNANS» BOKT MMC-nin xx.xx.2022-ci il tarixli, 243 saylı arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8733 saylı rəyi arasında ziddiyyətə qiymət verərək, hesab edir ki, işdəki sənədlərə istinadən xüsusi bilik əsasında müəyyən edildiyi və işin halları ilə ziddiyət təşkil etmədiyi üçün, bu xüsusda məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8733 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Ona görə də məhkəmə Cavabdeh2 iddiaçı təşkilata borcunu məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8733 saylı rəyi əsasında 3496,46 manat əsas borc və 426,57 manat faiz borcu məbləği kimi qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, ipotekaya qoyulmuş Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,01 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 59.2 kv.m olan fərdi yaşayış evinin ekspertizanın rəyi nəzərə alınaraq bazar dəyəri 55000, likvid dəyəri 47000 manat müəyyən edilməlidir. Məhkəmə cavabdehlərin ipoteka predmeti olan yaşayış evində yaşayan şəxslərin evdən çıxarılması tələbinə qiymət verərək hesab edir ki, həmin tələbin heç bir hüquqi əsası olmadığından, yəni tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə və ipoteka münasibətlərini tənzimləyən qanunvericilik normalarına zidd olduğuna görə rədd olunmalıdır. Belə ki, “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Hal-hazırda ipoteka predmeti olan mənzilin boşaldılması ipoteka qoyanın və borcalanın “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının, yəni ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına qədər əsas öhdəlik üzrə borcu ödəyərək ipoteka predmetinə tutmanın yönəldilməsi və onun satışına xitam verilməsinə dair hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmiş olardı. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5–ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 312.4-cü maddəsinə əsasən, ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 47.2-ci maddəsinə əsasən, poteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.3-ci maddəsinə əsasən, birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür; 47.4-ci maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər; 59.3-ci maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; 59.4-ci maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipoteka qoyanın torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, əmlakın boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni torpaq sahəsinə tutma yönəldilməli və o satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni ipoteka predmeti olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, əsas borc 3496,46 manat və faiz borcu 426,57 manat təşkil etdiyi halda, 3249,96 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 350 manata qədər azaldılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 9/8733 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə məbləğ onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası xərcini təşkil edən 50 manatdan 21,76 manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlundan və 28,24 manat isə İddiaçı BOKT MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 601 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 3496,46 manat əsas, 426,57 manat faiz borcu, 350 manat cərimə olmaqla, ümumilikdə 4273,03 (dörd min iki yüz yetmiş üç manat üç qəpik) manat Cavabdeh2 alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu tarixli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,1 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 59.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan 0,1 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 47000 manat məbləğində müəyyən edilməli; həmin 0,1 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə ediləcək vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait ipoteka qoyana verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə, iddia tələbi qismən təmin edildiyə görə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 118,14 manat məbləğində pulun 66,71 manatı iddiaçıya aid edilməli, 51,43 manat isə cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 601 saylı kredit müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli, 601 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 3496,46 manat əsas, 426,57 manat faiz borcu, 350 manat cərimə olmaqla, ümumilikdə 4273,03 (dörd min iki yüz yetmiş üç manat üç qəpik) manat Cavabdeh2 alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********97-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu tarixli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,1 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 59.2 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan 0,1 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 47000 manat məbləğində müəyyən edilsin. Həmin 0,1 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərraca çıxarılaraq satılsın, satışdan əldə ediləcək vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait ipoteka qoyana verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 118,14 manat məbləğində pulun 66,71 manatı iddiaçıya aid edilsin, 51,43 manat isə cavabdehlərdən alınaraq iddiaçıya verilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası xərcini təşkil edən 50 manatdan 21,76 manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 və 28,24 manat isə İddiaçı BOKT MMC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-187/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-187/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver