Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1892/2025 14.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, “0431096” saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən abonentin sayğacın çıxış hissəsində deşici alətlə sayğacı deşdiyi aşkar olunmuşdur.
2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli təlabnaməyə əsasən xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən **********01560 saylı abonent kodu üzrə qaz itkisi 2.6x12x90=2808, 1.2x12x90=1296, 0.6x12x90=648 olmaqla cəmi 4752 m3 hesablanmışdır.
3. ******* saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı istifadəsində olan sayğac çıxarılaraq “Elster K” markalı sayğac quraşdırılmışdır.
4. Abonentin saldosuna əsasən Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən mənzilə aid **********01560 saylı abonent kodu (İddiaçı) üzrə itirilmiş qazın bərpası üçün 570.24 manat məbləğində borc hesablanmışdır.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİnin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi ******* saylı akt əsasında ünvan 1 ünvanında yerləşən evinin **********01560 saylı abonent kodu üzərinə hesablanmış 570.24 (beş yüz yetmiş manat, iyirmi dörd qəpik) məbləğində borc pulun abonent bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən evində olan qaz sayğacı (abonent **********01560) onun adınadır. O, bir abonent olaraq istifadə etdiyi qazın pulunu həmişə vaxtında ödəyir. xx.xx.2024-cü il tarixində Cavabdeh İB-nin əməkdaşları həmin evə gələrək ******* nömrəli akt tərtib edərək qaz sayğacını çıxarıb aparıblar. Bundan sonra Cavabdeh, X4 İstismar İdarəsindən onun ünvanına, abonent kodu üzərinə 570 manat 24 qəpik borc hesablandığı barədə tələbnamə göndərilmişdir. Bu borc 26 dekabr 2024-cü il tarixində tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə hesablanmışdır. Aktda “Abonentin qaz sayğacına baxış keçirilərkən aşkar olundu ki, abonent sayğacın çıxış hissəsində deşici alətlə sayğacı deşmişdir” qeydi yazılmışdır. Nəinki qanunsuz, hətta bir abonent kimi ona yaraşmayan bir ifadədir. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac evinin həyət qapısından bayırda quraşdırılmışdır və bir başa olaraq onun qorunması abonentin yox, Qaz paylayıcının funksiyasina aiddir. Həmçinin Qaz İdarəsinin əməkdaşları sayğacı xəttən ayırarkən iştirakı ilə plomblu qutuya qoyaraq laboratoriyaya aparmalı və laboratoriyada iştirakı ilə baxış keçirilməli olduğu halda bu qaydaya əməl olunmamışdır. Subyektiv mülahizələr əsasında ona məxsus qaz sayğacı üzərinə dəymiş ziyanın bərpası məqsədilə borcun hesablanması əsassızdır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh İB nümayəndəsi nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
12. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
13. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən mənzilə baxış keçirilən zaman deşici alətlə sayğacın deşilməsi nəticəsində təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması ilə bağlı 26 dekabr 2024-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir və abonentə 570.24 manat ziyan məbləği hesablanmışdır.
14. Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, eyni zamanda cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanlarına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.Lakin hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir.
15. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı yeganə sübut qismində tərtib edilmiş akta və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübutlarla bağlı qeyd edir ki, həmin aktın sübut əhəmiyyəti inzibati xəta üzrə və ya cinayət təqibi üzrə İcraat zamanı kimi yoxlanıla bilər. Bu halda isə həmin akt iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması baxımından sübut vasitəsi kimi qəbul edilə bilməz. Digər sübut olaraq təqdim edilmiş tələbnamədə isə mötəbər əsasa istinad edilmədən sayğacın dəyəri və sərfiyyat üzrə dəymiş ziyanın istehlakçı kimi İddiaçı tərəfindən ödənilməli olması qənaətinə gəlinmişdir.
Vİ Nəticə
16. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 26 dekabr 2024-cü il tarixli, “0431096” nömrəli akt əsasında hesablanmış 570,24 (beş yüz yetmiş manat, iyirmi dörd qəpik) manat məbləğində borc **********01560 saylı abonent hesabından silinməlidir . Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 570.24 (beş yüz yetmiş manat, iyirmi dörd qəpik) manat məbləğində borc **********01560 kodlu abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli