Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1906/2022 08.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması tələbinə” dair kiçik mübahisələrə üzrə iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim : İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması tələbinə” dair kiçik mübahisələrə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlərr. Kiçik mübahisələrə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, kiçik mübahisələrə üzrə iddia ərizəsi Sumqayıt şəhər Məhkəməsinə ünvanlanıb və iş üzrə cavabdeh "xxxx" MMC-nin ünvanı ünvan 2 Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı ümumi qaydada ikinci dəfə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması tələbinə” dair kiçik mübahisələrə üzrə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ümumi qaydada ikinci dəfə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1906/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1906/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver