Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1940/2024 30.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh, Onun nümayəndəsi qismində vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-10301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus ünvan 1ində 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsinə (fərdi yaşayış evinə daxil olmaq, sahiblik və istifadə etmək, həmin evdə yaşamaq, sərəncam vermək və s) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh azyaşlı övladları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 08 dekabr 2023cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində 0.02 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılması, ödədiyi 300 manat məbləğində hüquqi yardım xərcinin və 100 manat məbləğində dövlət rüsumunun cavabeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1987-ci il tarixdə Xaçmaz şəhərində anadan olub. 30 oktyabr 2009-cu ildə X4 ilə rəsmi nikah qeyd etdirərək ailə qurub. Ayaz Şahbalayevlə birgə nikahdan 15 sentyabr 2009-cu il tarixdə X10, 18 sentyabr 2010-cu il tarixdə isə X11 adlı övladlarımız anadan olmuşdur. O X4 ilə ailə qurduqdan sonra Quba rayonu, Püstəqasım kəndinə gəlin köçmüş, gəlin köçdükdən sonra özünə və ailəsinə daha yaxşı yaşayış qurmaq üçün heyvandarlıqla, bağçılıqla və ticarətlə məşğul olmağa başlamışdır. Bununla da min-bir əziyyətlə əldə etdiyi vəsaitlə 21 sentyabr 2017-ci il tarixdə alqı-satqı yolu ilə ünvan 1i ünvanından 0,02 ha torpaq sahəsi satın alıblar. Həmin vaxt alqı-satqı müqaviləsini həyat yoldaşı X4 alıcı kimi notariusda imzalamışdır. 04 noyabr 2021 -ci ildə həyat yoldaşı Ayaz Şahbalayev qeyd etdiyi ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsini ona bağışlamışdır. Daha sonra o həmin torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarış alıb. Eyni zamanda o Quba Rayon İcra Hakimiyyətini məlumatlandırma icraatı qaydasında məlumatlandırmaqla və fərdi yaşayış evinin layihəsini hazırlatmaqla həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikməyə başlayıb. Fərdi yaşayış evinin tikildiyi müddətdə o mütəmadi olaraq torpaq sahəsinə gələrək fərdi yaşayış evinin tikintisi və digər işlərlə yaxından məşğul olub. Fərdi yaşayış evi tikilib qurtardıqdan sonra Cavabdeh azyaşlı uşaqları ilə ona məxsus torpaq sahəsində tikdiyi fərdi yaşayış evinə daxil olaraq orada yaşamışdır. Bir müddət o mülkiyyətində olan torpaq sahəsində tikdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını cavabdehin təqsirli hərəkətləri nəticəsində qeydiyyata aldıra bilməmişdir. Ona görə də torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqununun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2009/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan, ünvan 1ində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrinin aradan qaldırılması və Cavabdeh azyaşlı övladları ilə birlikdə, həmin 0.02 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.Torpaq sahəsində tikdiyi evə həmin vaxt cavabadehin ölçmə işləri ilə bağlı manələri nəticəsində öz adına çıxarış ala bilmədiyi üçün iddia tələbi fərdi yaşayış evindən çıxarılma hissəsində təmin edilməmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestri xidmətində qeyd etdirməyə nail olmuşdur. Belə ki, ünvan 1ində 0,02 ha torpaq sahəsində yerləşən 175,9 kv.m sahədən ibarət olan fərdi yaşayış evi xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-10301 reyestr nömrəli çıxarışla onun adına qeydə alınmışdır. Göründüyü kimi əvvəllər fərdi yaşayış evinə dair hüquqların qeydiyyatdan keçməmişdisə, hal-hazırda onun hüquqları rəsmi şəkildə qeydiyyata alınmışdır. Eyni zamanda cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə dair heç bir hüququ olmadığı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Dolayısı ilə cavabdehin onun mülkiyyətimdə olan evlə bağlı da hər hansı hüququ yoxdur. İş üzrə cavabdeh isə hələ də heç bir əsas olmadan onun mülkiyyətində olan fərdi yaşayış evində yaşamaqda və ona mülkiyyətində olan evinə daxil olmağa imkan verməməklə mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqda davam edir. Göründüyü kimi cavabdeh heç bir hüququ olmadığı halda onun mülkiyyətində olan fərdi yaşayış evini qanunsuz olaraq zəbt edib çıxmır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində öz mülkiyyətində ev olduğu halda Quba rayonu, Püstəqasım kəndində yaxın qohumunun evində sıxıntı kimi yaşayır. Ona görə də cavabdehin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsilə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, 05 sentyabr 2005-ci ildə el adəti ilə gəlin köçərək nikahda olmadan X4 ilə ailə qurmuş. Uzun müddət ailə kimi bir yerdə yaşamışdır. Birgə münasibətlərindən iki övladı doğulmuşdur. Kiçik övladı üçün hal-hazırda da Ayaz Şahbalayevdən aliment alır. Qayınanası ilə münasibətləri gərgin olduğundan, onları rahat qoymamışdı, bundan sonra bir müddət kirayədə yaşamış və son nəticədə qayınanasının təkidi ilə ayrılmışlar. 2016-cı ildə onlar yenidən barışıb və kirayədə birgə yaşamağa davam etmişlər. 2017-ci ildə Ayazın adına torpaq sahəsi allınıb və qeyd edilən torpaq sahəsində yaşayış evi tikmişdilər. Yaşayış evi tikilərkən ailə kimi ustaların yeməklərini belə verib və həmin dövrdə Ayaz onunla və uşaqları ilə birgə yaşayıb. 2020-ci ildə Ayaz onu anası və qardaşı Rusiya Federasiyasında yaşadığından, onların yanına göndərmişdi ki, hamilə olduğundan hələlik anası baxsın, sonra gəlib aparacaqdır. Pandemiya düşdüyündən o planlaşdırdığı vaxt qayıda bilməmiş, nəhayət 2021-ci ildə Azərbaycan Respublikasına qayıdıb, aeroportda onu Ayaz qarşılamış və faktiki ailə kimi yaşadığı dövrdə tikdiyi evə gətirmişdir. Həmin vaxtdan hal-hazıradək övladları ilə qeyd edilən evdə yaşayır. İddiaçı heç bir vaxt mübahisələndirilən evdə yaşamamışdır, bu evdə onun heç bir zəhmət və əziyyəti olmamışdır. İddiaçı Ayazın torpağı, evi ona bağışladığından, Ayazla onun nikahının olmamasından sui istifadə edərək, onu və uşaqları evdən çıxarmaq istəyir. Evi Ayazla o tikib, həmin evdə uşaqları ilə yaşamaq hüququ vardır. Onların başqa yaşayış yeri yoxdur. Və buna görə də hesab edir ki, iddia edilən evdən istifadə hüququ verilməlidir. Göstərilənləri nəzərə alaraq, ilkin iddianın rədd edilməsini, İddiaçı adına dövlət qeydiyyatına almış, ünvan 1ində yerləşən yaşayış evinə uşaqları ilə birgə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə təqdim etdiyi etirazı onunla əsaslndırmışdır ki, qarşıqlıqlı iddia tələbini qəbul etmir, əsassız olduğundan rədd edilməsini xahiş edir. Qarşıqlıqlı iddia tələbində qeyd edilənlərdən əksinə olaraq bildirir ki, o Quba rayonu Püstəqasım kəndində yaşayır. Həyətində heyvanlar saxlayır. Kənddə yaşamaq çətin olduğundan, həm də övladlarına yaxşı təhsil vermək üçün şəhərə gəlmişdir. Bu məqsədlə əri Ayaz Şahbalayevlə məsləhət etmişdir. Onlar torpaq sahəsi alaraq ev tikmək qərarına gəlmişlər. Torpaq sahəsini aldıqdan sonra banklardan kredit alıblar orada ev tikiblər. Cavabdeh ev tikiləndən sonra evə girərək oradan çıxmaq istəməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı yaşayış evindən istifadə hüququnun tanınmasını tələb edir. Ona həmin evdən istifadə hüququ düşmür. Ona görə ki, evin mülkiyyətçisi odu, onunla Cavabdeh arasında heç bir ailə münasibəti yoxdur. Ailə münasibəti olmadığı halda istifadə hüququ müəyyən edilə bilməz. Həmçinin əri Ayazla Xəyalə arasında heç bir ailə münasibəti, rəsmi nikah yoxdur. İstifadə hüququnun yaranması üçün bir əsas yoxdur. Məhkəmədə ilkin iddia üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə iddianı müdafiə edərək, izahatında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi alınanda İddiaçı X4 ilə rəsmi nikahda olmuşdur. Torpaq 2017-ci ildə alınıb, 2017-ci ildə tikintiyə başlanıb. 04 noyabr 2021-ci ildə X23 rayonu, Timiryazev kəndində yerləşən 0,02 ha torpaq sahəsini bağışlanma müqaviləsilə İddiaçı bağışlayıb və adına DƏDRX çıxarış alınaraq, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ yaranıb. Mövcud qətnamə ilə cavabdeh azyaşlı övladları ilə birlikdə, həmin 0.02 ha torpaq sahəsindən çıxarılması qət edilmiş, lakin fərdi yaşayış evinı çıxarış ala bilmədiyi üçün həmin hissədə iddia təmin edilməmişdir. Hazırda isə iddiaçının əlində həm torpaq, həm yaşayış evinin çıxarışı vardır. Daşınmaz əmlakın mülkiyyətçisidir. Cavabdehin nə torpağa nə tikintiyə heç bir aidiyyəti yoxdur. Həmin evdə o qeyri-qanuni yaşayıb, sonradan Rusiyaya gedib, ikinci övladı Rusiyada doğulub. Aralarında heç bir qohumluq və yaxınlıqları yoxdur. Hesab edir ki, Cavabdeh mübahisəli evə heç bir hüququ yoxdur, iddia əsaslıdır və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o X4 ilə qeyri-rəsmi ailə qurmuş və uzun müddət ailə kimi bir yerdə yaşamışlar. Birgə münasibətlərindən bir oğlu, bir qızı var. Bir müddət kirayədə yaşayıblar. Ev tikmək məqsədilə torpaq almaq qərarına gəlmiş və alqı-satqı ilə bacısının, qardaşının göndərdiyi pullarla və kredit götürərək torpaq alıb və ev tikmişlər. Torpaq Ayazın adına alınmışdır. Evin təmiri və tikintisinə lazım olan malmaterialları mağazalardan özü almışdır. Evin açarı həmişə onda olmuş, həmin torpaq sahəsi onun adına olmalı olmuş, lakin o Rusiyaya gedib, ordan qayıdandan sonra əməliyyat olunduqda, Ayaz torpağı iddiaçının adına keçirmişdir. Bir sözlə torpağın alınmasına və evin tikintisi onun gəlirləri hesabına başa çatmışdır. 2017-ci ildə torpağ alınıb, 2018-ci ildə evin tikintisi başa çatıb, o evdə onun əziyyəti, əməyi var. İddia tələbilə razılaşmır və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Cavabdeh ilə rəsmi nikaha girmədən ailə qurmuş və uzun müddət ailə kimi bir yerdə yaşamışlar. Birgə münasibətlərindən bir oğlu və bir qızı vardır. O torpağı 2017-ci ildə alıb ev tikmişdir. Məqsədi həmin evi çıxarışını aldıqdan sonra satmaq yanında olan 0.04 ha torpaq sahəsinin alıb yenidən ev tikmək olmuşdur. Xəyalə onun Güllərdən əvvəl qeyri-rəsmi ailə qurduğu xanımdır. Onunla münasibətləri pozulduqdan sonra o rəsmi İddiaçılə ailə qurmuş, hazırda onunla rəsmi nikahdadır. Xəyalə uzun müddət kirayələrdə yaşayıb, ona kömək edib, kirayə pulunu verrmişdir. Yenidən aralarnda münasibət düzəlib, barışıblar. 2022-ci ildə o Rusiya Federasiyasına qardaşı və anasının yanına gedib, ikinci övladı Rusiyada doğulub. Təxminən bir ildən çox müddətdə orda qalıb. Qayıdandan sonra evi satması barədə biləndə, “bu ev onun uşağınındı, onu sata bilməzsən” deyərək evin satılmasına qəti şəkildə etirazını bildirib və çıxarışın alınması üçün ölçü işlərini aparan mütəxəssiləri belə həyətə buraxmamışdır. Sonrada döyülüb deyə ondan şikayətçi olmuşdur. Ondan izahatını geri götürülməsini istədikdə, evə köçmək niyyətilə, ya evə köçüb orda yaşayacağını, ya da izahatını geri götürməyəcəyini bildirmişdir. O Xəyaləyə və ondan olan uşaqlarına həmin evə köçüb, orada yaşamalarına razılıq vermişdir. Bundan əlavə də uşaqların bütün maddi təlabatını da ödəmişdir, -hazırda da uşaqlarına özü baxır. Torpağı öz adına alıb, tikintisinə özü xərc çəkib, həyat yoldaşı İddiaçı bağışlamışdır . Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, hüquqi əsaslarla torpağın və evin mülkiyyətçisi İddiaçıdır, lakin işin faktiki hallarından görünür ki, Cavabdeh və iki uşağı həmin evdə yaşamışlar və hal-hazırda da yaşayırlar. Hətta çıxarış alınanda belə Cavabdeh övladları ilə birlikdə həmin evdə yaşamışdır. Cavabdeh rəsmi nikahı olmasa da, uşaqlar Ayazın övladlarıdır, Ayaz da bunu etiraf edir. Cavabdeh və uşaqların həmin evdə yaşamaq hüquqları var, onlara konpensasiya verilmədən evdən çıxarılma qanuna ziddir. Ona görə də bu kimi hallarda uşaqların mənafeynin nəzərə alınmasını, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, o daş ustasıdı, sözü gedən evi yarıdan yuxarı tikintisini o aparıb. Ona kimi ev pəncərəyə kimi tikilmişdir. Kim tərəfdən tikildiyi barədə məlumatı yoxdur. Bundan başqa evin yerinin betonlama işini də o görüb, ev 4 otaqdan ibarət səkili ev idi, onunla bərabər, onun yanında fəhlə kimi Pərviz işləyib. Evin tikintisini onunla Ayaz danışıb, pulu da ona Ayaz verib. Başqa kimisə orda görməyib. Məhkəmədə şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, həmin evin damını vurub və rəngsazlıq işlərini görüb, materialı Ayazla birlikdə Xaçmazdan gedib alıblar. Çatışmayan materialların siyasını yazıb Ayaza verib, Ayaz özü gedib alıb. Orda işlədiyi müddətdə Cavabdeh bir neçə dəfə ora gəldiyini görüb, İddiaçı isə tanımır. Onu görməmişdir. Xəyalə həmin evdə olub, onlara bir neçə dəfə çay və bir dəfə yemək verib, işlədiyi işin zəhmət haqqını ona Ayaz verib. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, o taksi sürücüsüdür, Ayaz onun tanışıdır, bir-neçə dəfə Ayaz ondan xahiş etmişdir ki, Timiryazevdə yerləşən evinin təmir tikintisi üçün lazım olan materialı aparsın. Materialı əsasən Babəkgildən və müxtəlif digər mağazalardan götürmüşdür. Ora gedəndə orada ustaların işlədiyini görüb, qadınlardan kimisə görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, “FAB” inşaatda satıcı işləyir, Ayaz ondan kafel-metlaq, laminat, sement, aboy almış, ev yaxında yerləşdiyinə görə, materialı dükanın maşını ilə göndərib, materialın pulunu isə Cavabdeh və onun anası ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, tərəflərdən Cavabdeh tanıyır, yaşadığı evdə onunla qonşudur. 2017-ci ildən torpaq alqı-satqısı olub, kimin aldığını bilmir, amma alqı-satqı onun atası ilə başlamışdır. 2019-2020-ci illərdə həmin torpaqda tikinti işləri başlamış, gündüzlər orda ustalar işləmiş və axşamlar da Xəyalə xanımın orada təmizlik işlərini gördüyünü, sonra bir müddət Xəyalə xanımın görünmədiyini, təxminən 2-3 il olar yenə də həmin evdə olduğunu və hazırda da həmin evdə yaşadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin, onların nümayəndə qismində vəkillərinin izahatlarını dinləyib, şahid ifadələrini nəzərə alaraq, iş matariallarını tədqiq edərək sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli Çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi və fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır İş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2021-ci il tarixli, notarial qaydada təsdiq olunmuş bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən-X4 tam mülkiyyət üzrə ona məxsus ünvan 1ində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsini, arvadı- İddiaçı bağışlamışdır. İş materiallarında olan AZ-İ 509774 seriya və nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, X4 ilə X7 arasında xx.xx.2009-cu il tarixində Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömfə ilə qeyd edilmişdir. X7 "Şahbalayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İİ 509405 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, X10 xx.xx.2009-cu il tarixində anadan olmuş, atası- X4, anası- İddiaçı kimi müəyyən olunmuşdur. İş materiallarında olan AZ-İİ 573076 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, X11 xx.xx.2010-cu il tarixində anadan olmuş, atası- X4, anası- İddiaçı kimi müəyyən olunmuşdur. İş materiallarında olan AZE 14880150 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 272 nömrəli müqaviləyə əsasən İddiaçı hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğ ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən “AsanPay” vasitəsilə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən X14 xx.xx.2020-ci ildə və X15 xx.xx.2006-cı ildə anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-2009/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1ində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh azyaşlı övladları ilə birlikdə, həmin 0.02 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğdə və dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən ev İddiaçı mülkiyyətindədir və hazırda fərdi yaşayış evinə hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən maneə yaradıldığını, Cavabdeh övladları ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Cavabdeh azyaşlı övladları ilə birlikdə ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsindən çıxarılması barədə qüvvəyə minmiş qətnamə mövcuddur. Cavabdeh həmin yaşayış evinə istifadə hüquqlarının olmasını və başqa yaşayış yerinin olmadığına, həmin evin təmir və tikintisinə vəsait sərf etdiyinə əsaslanaraq övladları ilə birlikdə evdən çıxarılmasının əsassız olduğunu iddia edir. Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia üzrə azyaşlı uşaqlarla bağlı tələblər qeyd edilsə də, X15 xx.xx.2006-cı ildə anadan olmaqla yetkinlik yaşına çatdığından, ilkin iddia üzrə cavabdeh kimi ayrılıqda ona qarşı tələb irəli sürülmədiyindən və qarşılıqlı iddia üzrə iddiaçı kimi özü tələb irəli sürmədiyindən, hər iki iddia üzrə Cavabdeh və X8 ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi üzərində yerləşən evə istifadə hüquqlarını olub-olmaması baxımından qiymətləndirmə aparılmalıdır. Məhkəmə qeyd edir ki, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi üzərində yerləşən ev İddiaçı adına mülkiyyət hüquq üzrə qeydiyyata alınsa da, həmin evin X4 ilə birgə nikah dövründə əldə olunmaqla X1 da birgə mülkiyyət hüququ əsasında mülkiyyətçi olması istisna olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə sasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə X1 razılığı ilə ev inşa olunduğu vaxtda həmin evə köçürülmüşlər və Cavabdeh X4 ilə münasibətindən olan övladı X14 ilə birlikdə hazırda həmin evdə yaşayırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə sasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə X1 rəsmi nikahları olmadığından, onunla birgə yaşayan ailə üzvi qismində yalnız X14 çıxış edir və ona görə də ilkin iddia onun qeyd edilən evdən çıxarılması hissəsində təmin oluna bilməz və qarşılıqlı iddia məhz ona aid hissədə istəfadə hüququ müəyyən olunmaqla təmin oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayı evindən Cavabdeh çıxarılması və maneənin aradan qaldırılması hissəsində əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddia Cavabdeh həmin evə istifadə hüququnun tanınması hissəsində təmin olunmamalıdır. İlkin iddia üzrə iddiaçı həmçinin 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərcinin və 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabeh Cavabdeh alınıb ona verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia bu hissələrdə də qismən təmin edilməli, ödənilmiş tələblərin məbləğinə münasib 150 (yüz əlli) manat hüquqi yardım xərcinin, 50 (əlli) manat dövlət rüsumunun cavabeh Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsində yerləşən 175.90 kvm fərdi yaşayış evindən çıxarılsın və İddiaçı həmin evə mülkiyyəti hüququnun həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Cavabdeh hüquqi yardım üçün ödənilmiş məbləğdən 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumundan 50 (əlli) manat, cəmi 200 (iki yüz) manat tutularaq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qaşılıqlı iddia qismən təmin edilsin. X8 Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ müəyyən edilsin. Qaşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1940/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1940/2024
30.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver