Məhkəmə qərarları › İş №e-2(027)-204/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-204/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-204/2025 14.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 ilə, İddiaçı ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il 27 may tarixli 06/02912 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2500,00 (iki min beş yüz) manat borcun, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 893,00 (səkkiz yüz doxsan üç) manat dəymiş maddi ziyanın və 53 (əlli üç) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu cəmi 3446 (üç min dörd yüz qırx altı) manat 93 (doxsan üç) qəpik məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdehr oğlu arasında bağlanmış 2024-cü il 27 may tarixli 06/02912 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4000,00 (dörd min) manat öhdəlikdən 1500,00 (bir min beş yüz) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2500,00 (iki min beş yüz) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, cavabdeh isə bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Lizinq alanın 2024-cü il 27 may tarixli 06/02912 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmağı öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 893,00 (səkkiz yüz doxsan üç) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün - cəmi 893,00 (səkkiz yüz doxsan üç) manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçı ASC -nin nümayəndəsi X8 iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, o Gəncə zavod və Nazirliklə dəqiqləşmə aparılmış və ona bildirilmişdir ki, şnek şkivi, şnekinin barmağı, qoşa barmaq taxılyığan kombaynının elə bir hissəsidir, sahədə işləyərkən onun aralarına daş və möhkəm bir cisim girdikdə, onu qırır, həmçinin cavabdein özü də bilir ki, starteri 20-30 saniyədən artıq işlək vəziyyətdə saxladıqda onu vurub yandırır. Odur ki, iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materialıarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 27 may 2024-cü il tarixli 06/02912 saylı kənd təsərrüfatı texnikasının operativ lizingə (istifadəyə) verilməsi barədə müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən lizing obyekti olan 2014-cü il buraxılışlı, **-AB-*** dövlət qeydiyyat nişanlı, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynı Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunan “SR-2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan göründüyü kimi, Xaçmaz RN-nin Quba rayon bölməsi ilə mexanizator Cavabdeh arasında bağlanmış 06/02912 saylı xx.xx.2024-cü il tarixli müqavilə əsasında müvəqqəti olaraq onun istifadəsinə verilmiş 561505 şassi nömrəli SR-2045 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərə 1 ədəd dənqaldıran şnek şkivi-98 manat, 4 ədəd xeyder şnekinin barmağı- 64 manat, 4 ədəd xeyderin qoşa barmağı-80 manat, 1 ədəd mühərrikin işə salıcı starteri-411 manat, 1 ədəd işə salıcı sistemin naqillər dəsti-50 manat, 2 ədəd arxa işıq fənərləri-90 manat, işçilik haqqı-100 manat olmaqla, cəmi 893 manat məbləğində hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 27 may 2024-cü il tarixli 06/02912 saylı müqaviləsi üzrə İddiaçı ASC-nə 2500 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunan iltizamlardan görünür ki, xx.xx.2024-cü il tarixli 06/02912 nömrəli saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombayna 2024-ci il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı Cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda qeyd edir ki, biçin başlamazdan əvvəl taxılyığan kombaynı istifadə etməkdən bu və ya digər səbəbdən imtina edəcəyim və texnikanı Cəmiyyətin parkına geri qaytaracağı halda: kombaynı parka saz və dəst halda təhvil verəcəyini; kombaynın daşınması, cari texniki qulluq üçün çəkdiyim xərclərin, eləcə də tərəfimdən ödənmiş digər xərclərin geri qaytarılması ilə bağlı tələb irəli sürməyəcəyini; müqavilə öhdəliyi üçün ödədiyim vəsaiti geri tələb etməməyi, həmin kombaynı başqa mexanizator istifadəyə götürəcəyi halda müqavilənin və ödənilmiş vəsaitin digər mexanizatorun adına keçirilməsinə etiraz etməməyi öhdəsinə götürmüşdür. İş materiallarına olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh 2500,00 (iki min beş yüz) manat lizinq müqaviləsi üzrə əmələ gəlmiş borc və texnikaya dəymiş 893,00 (səkkiz yüz doxsan üç) manat məbləğində zərər olmaqla, cəmi 3393,00 (üç min üç yüz doxsan üç) manat məbləği tez bir zamanda İddiaçı ASC-nə ödənilməsu xahiş olunub. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun, texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq “Aqroservis" ASC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Quba rayon Zizik kənd sakini Cavabdeh tərəfindən Xaçmaz RN Quba RB-nin balansındakı şassi nömrəsi 561505, buraxılış ili 2014 olan “SAMPO SR-2045” markalı taxılyığan kombayn xx.xx.2024 tarixli 06/02912 saylı müqavilə əsasında operativ lizinqə götürülmüşdür. Müqavilə müddəti xx.xx.2024-cü il tarixdə sona çatmışdır. xx.xx.2024-cü il tarixdə iş vaxtı bitdikdən sonra Cavabdeh həmin kombaynı gətirərək bölmənin parkında saxlamışdır. İş vaxtının bitdiyinə görə həmin kombaynı rəsmi olaraq təhvil ala bilməmişdilər. Ertəsi gün xx.xx.2024-cü il tarixdə kombayna baxış keşirilmiş və qüsur aktı tərtib edilmişdir. Eyni zamanda texnikanın geri qaytarılması barədə 2 nömrəli akt yazılmışdır. Lakin dəfələrlə Cavabdeh mobil telefon vasitəsilə zəng etsələr də o, kombaynın geri qaytarılmasında və qüsur aktının tərtib olunması prosesində iştirak etməmişdir. Hər dəfədə "gələcəyəm" vədini verərək, bu günə qədər istifadə etdiyi kombaynı rəsmi olaraq bölməyə təhvil verməmişdir. Aktın doğruluğu İddiaçı ASC-nin Quba RB-nin rəhbəri X3, Quba RB-nin mühəndis-mexaniki X4, Quba RB-nin gözətçisi X5 tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 27 may 2024-cü il tarixli 06/02912 saylı kənd təsərrüfatı texnikasının operativ lizingə (istifadəyə) verilməsi barədə müqaviləsi bağlanmış, İddiaçı ASC tərəfindən lizing obyekti olan 2014-cü il buraxılışlı, **-AB-*** dövlət qeydiyyat nişanlı, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayn Cavabdeh istifadəsinə verilmişdir. Bununla belə tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Beləliklə, lizinq müqaviləsi aşağıdakı əlamətlərlə xarakterizə olunur:

1. Lizinq verənin maliyyələşdirmə (investisiya qoyma) marağının olması. Yəni lizinq obyekti bir əşya kimi lizinq verən üçün əhəmiyyət kəsb etmir, məhz gəlir əldə etmək məqsədi ilə alınır və lizinq ödənişləri lizinq obyektinə qoyulmuş kapitaldan əldə olunan gəlirdir.

2. Lizinq obyekti bir qayda olaraq, lizinq alanın seçimi üzrə və onun tərəfindən göstərilən satıcıdan əldə olunur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 27 may 2024-cü il tarixli 06/02912 saylı lizinq müqaviləsinə əsasən iddiaçı, lizing obyekti- 2014-cü il buraxılışlı, “SAMPO SR-2045” markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verməyi, cavabdeh müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombayna 2024-ci il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı Cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə götürmüşdür. Yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmişdir. Cavabdeh isə müəyyən olunmuş qrafik əsasında ödənişi tam həyata keçirməmiş və nəticədə onun xx.xx.2024-cü il tarixə 2500 manat məbləğində borcu yaranmışdır. Cavabdehdən borcun tutulması əsaslı olmaqla təmin edilməlidir. Göründüyü kimi, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən lizinq müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, lizinq müqaviləsi üzrə lizinq verənin lizinq obyektini lizinq alana verməsi müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bu baxımdan iddianın əsas borc hissədə iddiası təmin olunmalıdır. Məhkəmə iclaslarında həmçinin müəyyən edilmişdir ki, cavabdeh müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombayna 2024-ci il taxıl yığımına hazırlıq işləri ilə əlaqədar cari texniki qulluq işlərini göstərməyi, texnikanı müvafiq normalara uyğun saxlamağı, biçin üçün tam hazır vəziyyətə gətirməyi, eləcə də, biçin zamanı Cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi dislokasiya planına əməl etməyi, texnikadan istifadə zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət etməyi öhdəsinə götürdüyü barədə iltizamlar yazmışdır. Cavabdeh müqavilə üzrə texnikanı saz halda geri qaytarmağı öhdəliyi olmasına baxmayaraq, texnikanın nasaz vəziyyətdə saxlanca verildiyi müəyyən olunmuşdur. Cavabdehin istifadəsinə verilmiş “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombayna baxış keçirildiyi və nəticədə texnikaya 893,00 (səkkiz yüz doxsan üç) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Cavabdeh qeyd edilən məbləği mübahisələndirməmiş, irad və etirazını bildirməmiş, məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı dəymiş maddi ziyanın tələbində haqlı olduğu müəyyən edilməklə, məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməlidir.Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh təqsirli və hüquqa zidd əməli nəticədə İddiaçı ASC-nə zərər vurmaqla mülki hüquqi məsuliyyəti yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci maddəsinə əsasən texnikanın təyinatına uyğun səmərəli istifadəsi, saz vəziyyətdə saxlanması,vaxtında texniki xidmət aparılması, təmiri və s. Lizinq alanın öhdəliyidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 53 (əlli üç) manat 93 (doxsan üç) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh 27 may 2024-cü il tarixli 06/02912 saylı müqavilə üzrə 2500 (iki min beş yüz) manat borc, 1 ədəd “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 893,00 (səkkiz yüz doxsan üç) manat dəymiş maddi ziyan və 53 (əlli üç) manat 93 (doxsan üç) qəpik dövlət rüsumu - cəmi 3446 (üç min dörd yüz qırx altı) manat 93 (doxsan üç) qəpik məbləğ tutularaq İddiaçı ASC-nə hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar